Weboxu →  Weboxu 2010 istifadəçi seçimlərinin nəticələri


2011 başlayanda Weboxu-nun oxucuları üçün, bir səsvermə başlatdıq. Bu tip səsvermələr internetdə ənənəvidir və müxtəlif resurslar öz oxucularının ötən il nələri bəyəndiyini beləcə təyin edir.

Biz də ayın birindən seçimlərə başladıq. Seçim əvvəli müzakirələr zamanı namizədlər qərarlaşdırıldı və səsvermə başladı. 4 nominasiyada aparılan səsvermələr dünən axşam etibarı ilə başa çatdı. Gecə 24.00-da screen aldım. Onun əsasında da sıralamanı edəcəm. Gecikmə üçün əvvəlcədən üzrlər. Xüsusi səhifənin hazırlanması obyektiv səbəblərə görə bir qədər yubanır. Onu gözləməmək üçün blog postunu yazıram.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 14 января 2011, 00:00
  • Shaig
  • 3

Təhlil →  2010 sona çatdı! Nələr yadda qaldı, nələri bəyəndik?


2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.
Ona görə mən də ötən ilki kimi (İTinternet yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 1 января 2011, 17:51
  • Shaig
  • 5

Təhlil →  BakuTel 2010 - yeni mərkəzdə, köhnə sərgi


Bu gün BakuTel sərgisinə tamaşa etməyə getmişdim. Əslində plan o idi ki, sərginin ilk günü gedək. Məlum olaraq, sərginin açılış vaxtı dəyişdiyindən, sərgini ziyarət vaxtı da avtomatik dəyişildi. Ona görə bu haqda öz fikirlərimi hələki indi yazıram. Yəqin ki, indiyə qədər sərginin gedişatı, oradakı stendlər haqqında oxucuların çoxusu ya gedib görüb, ya da indiyə qədər oxuyub. Mən də ona görə sərginin gedişatı haqqında yox, elə ümumiyyətlə sərgi haqqında fikirlərimi qeyd edəcəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 26 ноября 2010, 01:51
  • Shaig
  • 1

Texnologiya →  BakuTel 2010 başlayır


Bu gün 23 noyabr tarixlərində “Bakı Ekspo” Sərgi və Toplantı mərkəzində “BakuTel-2010” başlayır. Tədbirin rəsmi açılışı saat 12-də nəzərdə tutulmuşdu, ancaq təxirə salındı və 16.30-a dəyişdirildi.
23 — 26 noyabr tarixlərində sərgiyə bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.
Tələbələr, iş yeri və ya məşğulluğu olmayanlar və yaşı 17-dən az olan şəxslər 25-26 noyabr tarixində daxil ola bilərlər.

Sərginin iş saatları
Çərşənbə axşamı, 23 Noyabr 16:30 — 18:00
Çərşənbə, 24 Noyabr 10:00 — 18:00
Cümə axşamı, 25 Noyabr 10:00 — 18:00
Cümə, 26 Noyabr 10:00 — 16:00

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 23 ноября 2010, 11:36
  • Weboxu
  • 1

Texnologiya →  16-cı Bakutel - "Bakutel 2010" keçiriləcək.


Press-reliz: 2010-cu ilin 23-26 noyabr tarixlərində “Bakı Ekspo” sərgi mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan “BakuTel 2010” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək. Sayca 16-cı olan və hər il bütün regionun telekommunikasiya sektorunun peşəkarlarını bir araya toplayan bu sərgi “Beynəlxalq İKT Həftəsi” şüarı altında keçirilir. Bir sıra tədbirləri əhatə edəcək bu sərgi “Iteca Caspian LLC” və “ITE Group PLC” şirkətləri tərəfindən təşkil olunacaqdır. Sərginin inkişafında sərgi və konfransa son dərəcə mühüm dəstək göstərən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müstəsna rol oynayır. Sərgi həmçinin bu sahədə fəaliyyət göstərən Beynəlxalq Telekommunikasiya Birliyi (ITU), İnformasiya və Rabitə Texnologiyaları və İnkişaf üzrə Qlobal İttifaqı (GAID) və Rabitə sahəsində Regional Birlik (РСС) kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənir. Beynəlxalq Sərgi Sənayesi Assosiasiyasının (UFI) “BakuTel” sərgisini keyfiyyət nişanı ilə təltif etməsi, sözügedən sərginin beynəlxalq müstəvidə tanınmasını təsdiq edir. UFI keyfiyyət nişanı bu tədbirin yüksək beynəlxalq səviyyəyə uyğunluğu üzrə hamı tərəfindən qəbul edilmiş bir sertifikatdır.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 11 октября 2010, 12:24
  • Weboxu
  • 1