Tədbirlər → “Android Erası 2” yarışmasında qeydiyyat başa çatıb

Samsung-un baş sponsorluğu ilə təşkil olunan “” yarışmasının qeydiyyat mərhələsi artıq yekunlaşıb.
Bu gün – 24 mart tarixində “Android Erası 2” yarışması çərçivəsində Təşkilat Komitəsinin görüşü baş tutub. Görüşdə əsas müzakirə mövzusu mart ayının 15-dən etibarən start götürən seçim turunun nəticələri ilə bağlı olub.
( Ətraflı oxuyun )
- 0
- 25 марта 2012, 00:01
- şərh yaz
Tədbirlər → “Android Erası 2” mobil proqramçıların növbəti yarışması başlayır

Press-reliz: “Hackathon Azerbaijan” layihəsi çərçivəsində növbəti müsabiqəyə start verilir. Samsung-un platin sponsorluğu ilə təşkil olunan “Android Erası 2” yarışması istedadlı proqramçılara özünü ifadə etmə imkanı təqdim edir. Belə ki, müsabiqə iştirakçıları yarışma müddətində həm Android proqramlaşdırmaya aid müxtəlif biliklər əldə edəcək, həm bu istiqamətdə yazmış olduqları proqramları, müxtəlif tətbiqləri təqdim edəcək, həm də bir-birindən dəyərli hədiyyələrə sahib olma şansı qazanacaqlar.
( Ətraflı oxuyun )
- +1
- 15 марта 2012, 08:38
- 8
Tədbirlər → “Android Erası” yarışması çərçivəsində yazılmış layihələr

Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azərbaycan Android Erası” yarışması artıq yekunlaşıb.
Bu münasibətlə – 19 Fevral 2012-ci il tarixində saat 10:00-da Qafqaz Universitetində “Hackathon Azərbaycan Android Erası” yarışması qaliblərinin elan olunması ilə bağlı tədbir keçiriləcək.
Tədbirdə yarışma müddətində hazırlanmış lahiyələr haqqında danışılacaq, onlar haqda məlumat veriləcək və qaliblər elan olunacaq.
( Ətraflı oxuyun )
- +1
- 18 февраля 2012, 23:30
- 2
Tədbirlər → Hackathon Azerbaijan-da ilk təlim baş tutub.

-da təlimlər başlayıb. 8 yanvar bazar günü ilkin təlim baş tutub.
Təlim zamanı istifadə olunan materiallar isə, tədbirin rəsmi saytında yerləşdirilib:
Təlim proqramı:
— Android SDK, Eclipse, ADT ilə tanışlıq
— Android proqramlaşdırmaya giriş
— “Salam Dünya” – İlk proqram
— Repository
— Androiddə proqramlaşdırma imkanları və əsas API-lar
( Ətraflı oxuyun )
- 0
- 9 января 2012, 22:46
- şərh yaz
Tədbirlər → "Baku GTUG" top GTUG tədbirləri arasında

Baku GTUG qrupu cari ilin iyul ayından fəaliyyətə başlamışdı. 6 aylıq fəaliyyətləri aktiv olduğu üçün, digər GTUG-lar arasında fərqləniblər və GTUG saytında top 10-luğa .
Bu barədə Baku GTUG qrupu Google Plus hesablarında məlumat .
Buradakı aktivlik keçirilən tədbirlərin sayı ilə ölçülür. Son 6 ay ərzində 9 event keçirən Azərbaycan qrupu ilk 10-luqda 7-ci yeri və ilə bölüşür. Daha bir neçə tədbirdən sonra Baku GTUG daha üst sıralarda yer ala bilərlər.
Baku GTUG-ın aktivində sıralanmış tədbirlər:
( Ətraflı oxuyun )
- 0
- 27 декабря 2011, 23:25
- 1
Tədbirlər → “Hackathon Azerbaijan”-da ilkin mərhələ qeydiyyatı başa çatıb
“” lahiyəsi çərçivəsində keçirilən “Android erası” müsabiqəsinə qeydiyyat artıq başa çatıb. Qeydiyyata düşmüş iştirakçılar arasında seçim etmək və müsabiqənin açılış tədbirini planlaşdırmaq məqsədi ilə lahiyənin növbəti iclası 18 Dekabr baş tutmuşdur. Beləliklə toplantıda bu müsabiqənin ikinci turuna haqq qazanan namizədlərin adları da bəlli oldu. Uzun müzakirələrdən sonra, müraciət etmiş 98 nəfərdən 75 -i mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən səs birliyi ilə iştirak haqqı qazandı. Qeyd etmək lazımdır ki, iştirakçılar müxtəlif yaşda və statusda android həvəskarlarından ibarətdir. Bunların arasında Azərbaycanın aparıcı şirkətlərinin (“Sinam”,”İdrak”,”Risk”, “Azercell”, “Azerfon” və s) nümayəndələri, öndə gələn universitetlərin tələbələri, dövlət orqanları işçiləri (Rabitə və informasiya texnologiyaları nazirliyi) də var.
( Ətraflı oxuyun )
- 0
- 20 декабря 2011, 09:20
- şərh yaz
Tədbirlər → Növbəti İT tədbir - Hackathon Azerbaijan

Azərbaycanda Texnologiya və İnternet inkişaf etdikcə bu sahədə olan tədbirlərin də sayı artır. Növbəti tədbir adlanacaq. Hackathon — hacker neologiyasıdır – proqrammistlərin birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqrammist və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.
Hackathon Azerbaijan sözügedən hadisənin Azərbaycanda təşkil edən bir lahiyədir. Baku Google Technology User Group tərəfindən yaradılan bu lahiyənin əsas məqsədi yerli proqrammistlərin və texnologiya həvəskarlarının öz biliklərini yoxlama, bir-biriləri ilə yarışma, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir.
( Ətraflı oxuyun )
- +2
- 5 декабря 2011, 13:01
- şərh yaz
Google → "Around the Google Technology" tədbiri uğurla başa çatdı.
Baku GTUGın ikinci tədbiri oktyabr ayının 1-i 2011-ci il, Qafqaz Universitetinin konfrans zalında baş tutudu. Hava şəraitinin pis olmasına və gözlənilməz texniki problemlərin yaşanmasına baxmayaraq tədbir zalında 100ə yaxın iştirakçı var idi. Tədbir planlaşdırılıandan daha uzun, 4 saat çəkdi.
( Ətraflı oxuyun )
- +2
- 2 октября 2011, 10:53
- 1
Google → Around the Google Technology
növbəti tədbiri keçiriləcək. İlk tədbirdən fərqli olaraq bu "Around the Google Technology" daha çox texniki ağırlıqlı olacaq. Adından da göründüyü kimi bu tədbirimizdə sırf Google texnologiyalarının tətbiqi istiqamətində çıxışlar nəzərdə tutulub.
( Ətraflı oxuyun )
- 0
- 15 сентября 2011, 19:32
- 1



