Twitter →  Twitter hashtag-lərində Azərbaycan şriftlərini dəstəkləyir - #əıöüğçş


Twitter microblog-unun ən vacib hissələrindən biri də hashtag-lərdir. Hashtag-lər əsasən ingilis şriftlərindən istifadə edilərək yazılırdı.
Bu günki Twitter müşahidələrindən görmək olur ki, Azərbaycan şirftləri də artıq hashtag-lərdə dəstəklənir.
Əvvəl Azərbaycan şriftlərini hashtag-də istifadə etdikdə, şriftlər işlənən yerə qədər link yaranır, şrift işlənəndə isə, ondan sonrakı simvollar linkdən kənarda qalırdı. Bu da Azərbaycan şriftlərindən hashtag kimi istifadəni əlverişsiz hala gətirirdi.
Twitter istifadəçilərindən isə şriftlərin artıq bir aydır ki, hashtag-lərdə istifadənin mümkün olduğunu bildirir.
Azərbaycan şriftlərinin dəstəkləməsi ilə birgə həm axtarışlarda, həm də fikirlərin daha aydın çatdırlmasında istifadəçilərə böyük kömək olacaq.
Paylaş :
  • +2
  • 30 марта 2012, 17:53
  • Weboxu
  • 2

AzTWI →  AzTWI-də 2011-ci ilin populyar trendləri

Bir ildən azca artıq müddətdir fəaliyyət göstərən aztwi.com saytı bildiyiniz kimi Twitterin Azərbaycan seqmentinin monitorinqi ilə məşğul olur, bu monitorinq zamanı ən çox müzakirə olunan mövzuları, ən çox işlədilən sözləri aşkara çıxarıb yayımlayır. Qeyd etmək lazımdır ki, ötən 2011-ci ildə Azırbaycanlı Twitter istifadəçilərinin sayı xeyli dərəcədə artıb. Twitter rəhbərliyi rəsmi rəqəmlər açıqlamasa da, tanınmış mikrobloqların izləyici sayındakı artım tempindən ümumi artımın hansı dərəcədə olması aydın olur. Məsələn 1 il öncə ölkə prezidentinin rəsmi mikrobloqunun izləyici sayı 2000 idisə, indi bu göstərici bir neçə dəfə yüksəlib(təxminən 15000) və mikrobloqu hər gün 60-80 yeni izləyici izləməyə başlayır. Həmçinin ölkənin ən iri mobil operatoru Twitter üzərindən texniki dəstəyə başladıqdan sonra ötən il izləyici sayını dəfələrlə artırdı.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 16 января 2012, 11:59
  • anar
  • 2

Blog: farxadus →  #aztwi meetup

IT aləminin kollektiv görüşlərində artıq neçə illərdir ki iştirak edirəm. Yeni tanışlıqlar, yeni insanlar…  İlk kompüterimi 1999 almağıma baxmayaraq, AzNetə ilk olaraq 2001-ci ildə mIRC proqramından qoşuldum. O vaxtlar hələ 12 yaşım var idi və maximum Counter-Strike oynayırdıq. mIRC-də ilk olaraq «dal.net» sonra isə 2001-də yaradılmış «chat.az» serverlərində otururdum. Elə o vaxtdan @Amidos (IRCop chat.az) tanıyırdım. + Elnur Bayımov və dig. insanlar #bakililar kanalını idarə edirdilər. İlk dəfə 13 yaşımda  #bakililar, #azerinet və #help kanallarının görüşlərində olmuşam. Bu görüşlər «Cобрание» deyə adlandırılırdı. Sonra «Lineage2» oyun sevərləri ilə görüşlər edirdik. mIRC-də aktivlik yox olduqdan sonra, AzNetdə passivləşdim. www.bakmil.net, www.anit.az və digər İT saytların keçirilən görüşləri haqqında xəbərim var idi, amma qoşulmurdum.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 18 сентября 2011, 01:42
  • farxadus
  • 1

İnternet →  Bir gündə AzNet-də nələr olur? [infoqrafika]


Əsasən dünya internetində bir saatda, bir gündə nələr olduğu ilə bağlı infoqrafikalar görürük. Belə bir infoqrafikanı yerli internet seqmentində verməyi düşündük. Bizdə istifadəçilərin o qədər də çox olmadığını nəzərə aldıqda bu bir saat ərzində olaraq yox, bir gün ərzində olmaqla statistikaları araşdırmaq daha rahat olar. Ən uyğun isə servis saytların statistikalarını araşdırmaq olar. Bunun üçün Azərbaycan internetində keyfiyyətli, çox istifadə edilən hesab etdiyimiz servis saytlarının statistikalarından ibarət müxtəlif məlumatlar əsasında infoqrafika hazırladıq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 18 сентября 2011, 01:19
  • Shaig
  • 13

AzTWI →  İyun ayının #aztwi trendləri

Mayın sonlarında bizim twitter servisinin populyar istifadəçilər və mövzular bölməsi texniki problemlərlə üzləşdi, məhz bu səbəbdən həmin vaxt ərzində qaynar mövzular və populyar istifadəçiləri dərc etmək mümkün olmadı. İyunda problem artıq həll olundu, sistem əvvəlki iş rejimini bərpa etdi. Bunun sayəsində də keçən ayın obyektiv trendlərini almaq imkanı oldu. Qeyd edək ki, Twitter bir sıra yeniliklər də etdi, bu haqda həmkarlarımız da yazdılar. Avroviziya finalı günündə isə «Azərbaycan» sözü 4 dildə qlobal trendə düşdü. Bu faktı da qeyd etmək yerinə düşər ki, Twitter ölkəmizdə çox böyük sürətlə olmasa da, populyarlaşmaqda davam edir. Ən çox izləyicisi olan prezident İlham Əliyevin Twitter hesabının izləyici sayı 5 minə yaxınlaşır. @aztwi botunun izlədiyi aktiv mikrobloqqerlərin sayı isə təxminən 2 mindir. Yaxın aylarda biz aztwi seqmentinin yenilənmiş statistikasını təqdim edəcəyik.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 3 июля 2011, 21:42
  • anar
  • 1

Sosial Media →  Bakcell-in pulsuz SMS(siz) günü


Bakcell 10 iyun tarixində şəbəkə daxili SMS-ləri pulsuz etmək barədə qərar aldı. Adını da «Pulsuz SMS günü» qoydu.
Günün nəticə isə Bakcellin aktivinə mənfi xal olaraq yazıldı. Bakcell abunəçilərinin düşünüləndən çox SMS göndərməsi səbəbi ilə SMS mərkəzi həddindən artıq yüklənib və tələbi qarşılamaq iqtidarında olmayıb.
Nəticə sosial mediada da öz əksini tapdı. İstifadəçilər SMS-lərin getməməsindən şikayətlənir, hətta günün sonuna yaxın geri sayım olaraq saymağa belə başlayanlar var idi.

( Ətraflı oxuyun )
Paylaş :

AzTWI →  Azərbaycan Twitterin dünya trendlərinə dörd dildə düşdü


Azərbaycanın dünən Düsseldorfda keçirilən «Avroviziya 2011» mahnı müsabiqəsində qalib gəlməsi ölkəmizin adını Twitterin dünya trendlərinə (haqqında ən çox danışılan mövzular) saldı, özü də eyni zamanda 4 dildə olan yazılış ilə: ingilis, alman, rus və yunan dillərində. Maraqlısı budur ki, yazılanların əksəri xəbər və təbrik xarakteri daşıdığı halda, heç də az olmayan bir hissəsi də “Azərbaycan nədir?”, “Bu ölkə hara yerləşir ki?” tipli suallar idi. Ümid edək ki, bu savadsız görünən sualları verənlər digər istifadəçilərdən lazımı informasiyanı ala bildilər. Bu mövzudakı böyük yazı axınında təbii ki, Azərbaycanlı istifadəçilərin də yazılarının sayı hədsiz dərəcədə çox idi. Təəssüf edirik ki, www.aztwi.com saytının qaynaq kimi istifadə etdiyi API Twitter xidmətinin qoyduğu bəzi məhdudiyyətlərə görə biz heç də bütün yazıları emal edə bilmədik. Həmin ana olan müşahidələrimizə görə Azərbaycan seqmentində müəyyən pik anında daxil olan tvitlərdə aztwi.com bazasında adı olan 500-ə yaxın “qeyd olunan” istifadəçi, hər dəqiqəyə 100-dən artıq tvit olurdu ki, bu da bizim seqment üçün rekord göstəricidir. Ümumi göstəricidə dünən gecə olan tvit axını adi vaxtlarda olan axının həcmindən 3 dəfə böyük oldu.

Aztwi.com heyəti adından biz də Eldar və Nigarın təbriklərinə qoşularaq onlara gələcək karyeralarında uğurlar arzu edirik.
Paylaş :
  • +4
  • 15 мая 2011, 16:45
  • anar
  • 12

AzTWI →  #aztwi-də ötən ayın qaynar mövzuları

Twitterin Azərbaycan sektorunun istifadəçi sayının artımı ötən ayda da davam etdi. Əsasən də bunu Twitterin ötən həftə rus və türk dillərində versiyalarının çıxmasından sonra müşahidə etmək daha asandır. Populyar mövzular rubrikasını davam etdirərək aztwi.com saytının statiskasına əsaslanaraq ötən ayda müzakirə olunan əsas mövzuları təqdim edirik.


( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 1 мая 2011, 21:46
  • anar
  • 3

AzTWI →  Twitter ötən həftə

Yeni bloqumuzda birinci yazımızı (giriş yazını çıxsaq) keçən həftənin «qaynar» mövzularına həsr etməyi qərara aldıq. Ola bilsin ki, bu rubrika dövri olacaq və saytdakı qaynar mövzularla yanaşı aznet-də son həftə boyu müzakirə olunan əsas mövzuları cəmləşdirəcək.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 27 марта 2011, 23:58
  • anar
  • 1

AzTWI →  AzTWI layihəsinin rəsmi bloqu açıldı



Budur, nəhayət ki bizim «korporativ» bloqumuz fəaliyyətə başladı. Əlbəttə biz hər hansı korporasiyanı təmsil etmirik, amma hər halda aztwi.com proyekti üzərində işləyən komanda qərara gəldi ki, artıq yeniliklərimizi təkcə 140 simvolluq tvitlər ilə etməyək. Sosiallaşma yönündə bu bloqla yanaşı həmçinin facebook səhifəsi də yaradıldı: www.facebook.com/aztwi. Odur ki istifadəçilərin qarşılıqlı əlaqə imkanları artıq az deyil. Layihə haqda ilk dəfə eşidənlər və ya çox az məlumatı olanlar üçün qısa məlumat verək.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 25 марта 2011, 10:42
  • anar
  • 5