Bloglar → AzeriBlog yenidən açılır.

Təqribən 1 ay əvvəl — oktyabr ayının 28-də, -un bağlanmağı ilə əlaqədr . Həm blog servisinin bağlanmağı məyus etdi. İlk blog servisi bağlanırdı. Həm də bir qədər istənməyən söz-söhbətlər olmağı məyus edti.
Başqa bir maraqlı məqam isə, dalbadal Azərbaycana aid blog servisləri bağlandı. Azeriblogun ardından servisi bağlandı. Üstündən bir az keçmiş, yumruya məxsus servisinə daxil olmaq mümkün olmadı. Belə görünür ki, servis artıq fəaliyyətini dayandırıb.
Bu gün e-mailimə Azeriblogdan bir məktub gəldi. Məktubda blog servisinin aqibəti haqqında məlumat verilirdi.
Sitat:
Yeni ilin ilk gününün ilk dəqiqəsində AzəriBlog sistemi yeni dizayn və yeni imkanlarla yenidən istifadiyə veriləcək.
Mətndən belə görünür ki, 2011-ci ilin başlanğıcında blog servisi yenidən açılacaq. Həm dizaynda, həm də sistemdə müəyyən yeniliklər də olacaqmış. Düzdü məktubda məlumat verilməyib, ancaq mən hesab edirəm ki, baza da bərpa olunar. Sayt açılanda yenidən baxıb nə yerdə olduğunu görə bilərik. Uğurlar.
Məni maraqlandıran digər məsələ isə, saytın açılandan sonra onun köhnə mövqeyinə qayıdıb-qayıtmayacağıdır. İndiyə qədər kifayət qədər ciddi qəbul edilmiş resurs idi. Lakin birdən-birə xəbərsiz bağlanması onun ciddiliyinə indiki anda xələl gətirib. Sayt iki aydan çox bağlı qalacaq. Bu müddətdə oradakı blog sahibləri öz bloglarını yeniləyə bilməyəcək. Bu isə gələcəkdə insanların blog açarkən düşünməyə vadar edən məsələ olacaq. Ümumiyyətlə yerlo blog servislərinə inam azalacaq. Bu tək Azeribloga aid deyil. Digər sistemlər də eyni vəziyyətdədir. Beləliklə Azeriblogun yenidən mövqeyini bərpa etməyi yəqin ki asan olmayacaq. Üstündə çox çalışmaq gərək olacaq.
- +3
- 27 ноября 2010, 17:45
- şərh yaz
Təhlil → Azeriblog bağlandı, domain satılır [Yeniləmə]
Azərbaycanın ən böyük blog servisi, blog şəbəkəsi olan təəssüfki bağlandı. Saytın əsas səhifəsində domainin satıldığı yazılır. Bu satış məsələsi barədə çoxdan eşitmişdim. Belə sonlanacağını isə ehtimal etmirdim. Yəqinki satış barədə çoxlarının da artıq xəbəri var. Yazmaqda gecikmə səbəbim Azeriblogla əlaqə saxlamağa çalışmağım oldu. Ancaq e-mail və msn-dən bir cavab gəlmədiyi üçün mən də müşahidələri qeyd edəsi olacam.
( Ətraflı oxuyun )
- +3
- 28 октября 2010, 15:08
- 19



