İnteraktiv Marketinq →  Rekord sayda şərh toplamış yarışmanın qalibi

Facebook-da 1 statusda rekord sayda şərh toplamış yarışmanın qalibi müəyyənləşdi.
26 yaşlı Rəşad Mehdiyev Nar Mobile tərəfindən keçirilən yarışmanın qalibi oldu. Qalib 3G dəstəkli mobil telefonu qazandı. Xatırladaq ki, yarışın qaydalarına əsasən, Nar Mobile-ın rəsmi Facebook səhifəsinə daxil olub, sadəcə bir şərh yazaraq, 3G dəstəkli müasir telefon qazanmaq mümkün olub. Yarışmanın əsas şərti isə yazılan şərhin sonuncu olması və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamasıydı.
Nar Mobile hədiyyə konkursunun qalibi
Qalib isə özünün də dediyi kimi 7 gecə yuxusuz qalan, 11.981 şərh arasında cənab Rəşad Mehdiyev adlı istifadəçi olub. O, 04 yanvar 2012-ci il, saat 05.32 – 07.32 arasında qalib olmağı bacarıb.
Paylaş :

İnteraktiv Marketinq →  Facebook -da rekord sayda şərh yığmış Azərbaycan şirkəti

Bir statusda 6 mindən çox şərh yazılmağın səbəbi sən demə qeyri-adi viktorinadır.
Yarışın qaydalarına əsasən aşağıda göstərilən ünvana daxil olub sadəcə bir şərh yazıb 3G dəstəkli müasir telefon qazanmaq mümkündür. Bircə şərt var: yazılan şərh sonuncu olmalı və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamalıdır.

( Ətraflı oxuyun )
Paylaş :

BakuTel →  “Azerfon” və “AZAL” MDB məkanında təyyarələrdə rabitə xidmətlərinin tam çeşidini təqdim edən ilk operatorlar olacaqlar


Azərbaycanda 3G xidmətlərinin ilk provayderi olan “Azerfon” mobil operatoru Azərbaycan Hava Yolları (AZAL) və hava nəqliyyatında mobil rabitə sistemlərinin təchizatçısı olan İsveçrənin “OnAir”şirkəti ilə əldə olunan razılaşmaya əsasən “AZAL” şirkətinə məxsus təyyarələrdə mobil rabitə xidmətləritəqdim ediləcək

Azərbaycanda 3G rabitə xidmətlərinin ilk provayderi olan “Azerfon” şirkəti və Azərbaycan Hava Yolları “AZAL” şirkətinin 11 “Airbus” və 4 “Boeing” təyyarələrində mobil rabitə xidmətlərinin tam çeşidinin təqdim edilməsi haqqında planlarını bəyan etdilər. Bu hava nəqliyyatında mobil rabitə sistemlərinin dünya üzrə yeganə provayderi olan “OnAir” ilə eksklüziv sazişin nəticəsidir. Pilot layihə ilk dəfə Bakıda keçirilən “BakuTel 2011 Expo” sərgisində təqdim edilmişdi. 2012-ci ildə onun kommersiya baxımından işə salınmasından sonra, AZAL sərnişinləri NarMobile şəbəkəsi vasitəsilə bütün mobil və internet xidmətlərdən uçuş zamanı istifadə edə biləcəklər. Buraya səs və SMS xidmətləri, verilənlərin ötürülməsi və internetə giriş daxil olacaqdır. Bunun nəticəsində də, təyyarə sərnişinləri uçuş zamanı həmkarları, dostları və ailələri ilə eynilə yerdə olduğu kimi ünsiyyətdə ola biləcəklər.

( Ətraflı oxuyun )
Paylaş :

BakuTel →  Azerfon və Nokia Siemens Network BakuTel- 2011 sərgisində müasir texnologiyaları təqdim edirlər [ #Bakutel ]


BakuTel – 2011 sərgisində Azerfon şirkətinin təqdim etdiyi ən son yeniliklər və NSN şirkətinin müasir şəbəkə texnologiyaları İnformasiya Texnologiyaları və Rabitə sahəsində MDB bazarında Azərbaycanın lider mövqelərini möhkəmləndirəcəkdir.

3G xidmətlərinin ilk provayderi olan Azerfon və Nokia Siemens Networks şirkətləri BakuTel – 2011 sərgisində iştirakına dair mətbuat konfransı keçirmiş və MDB məkanında ilk dəfə tətbiq edilən bir sıra innovativ mobil rabitə həlləri və layihələri təqdim etmişlər. Bundan əlavə, Azerfon şirkəti Nokia Siemens Networks şirkəti ilə 80 milyon ABŞ dolları məbləğində saziş imzaladığını bildirmişdir. Bu saziş çərçivəsində şəbəkə avadanlığının istehsalı sahəsində lider olan NSN şirkəti bu yaxınlarda Azərbaycanda ən geniş 3G şəbəkəsinin qurulmasını başa çatdıracaqdır.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: farxadus →  Bu qarlı günlərdə 3G olacaq?

Hə, öncə hamınızı ilk qar yağması münasibətilə təbrik edirəm, amma onu da deyim ki, sabahki çirkli yollara hazır olun :) 3G ilə yazdığım keçən postuma qayıtmaq istəyirəm. Hamının bu saat gözlədiyi 3G şəbəkəsinin Azercell və Bakcell mobil operatorlarında ha vaxt aktivləşəcəyi mövzusunda bir daha toxunmaq istəyirəm. Yəqin ki, keçən postumda, Bakcell`in 3G şəbəkəsi olan və «BKCELL» adlandırılan şəbəkəsi haqda söhbət yadınızdadır. Çünki mən 100% əminəm ki, mən Samsung Galaxy telefonunun düzəlişlərində, mobil nömrənin yalnız 3G şəbəkəsində işləməsini seçmişdim, və heç cür bu 3G şəbəkəsi olmadan, düzəlişlər GSM şəbəkəsi ilə dəyişdirilə bilməzdi (onu da deyim ki, düzəlişlərdə yalnız GSM və GSM+3G avtomatik seçilmə variantlarıda var).

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Azərbaycan İnternet Sürətinə Görə Dünyada 106-cı yerdədir


Internet Provayderlərin sürətləri barədə məlumat verən Yoxla.az saytı, blogunda yeni bir araşdırma yazıb. SpeedTest statistikalarının nəticələrinə görə hazırlanmış yazıda ortalama sürət və provayderlərin sürətlərinin ortalama həddi qeyd edilib:
“SpeedTest” testləri əsasında formalaşdırılan “NetIndex” reytinqində Azərbaycan 106-cı yerdədir. Bu məlumat 24 Sentyabr – 23 Oktyabr müddətində toplanılmış 300.000-dən çox testlərin əsasında formalaşdırılıb.

Ölkə üzrə ortalama sürətlər aşağıdakı kimidir:

Endirim sürəti (download) – 2.78 Mb/s
Yükləmə sürəti (upload) – 0.92 Mb/s


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 25 октября 2011, 13:53
  • Weboxu
  • 3

Azercell →  Azercell-ə 3G lisenziyası verildi (?)


Azercell uzun müddətdir 3G xidməti üçün hazırlaşır və bu barədə RİTN-ə dəfələrlə müraciət edirdi.
Hələki ölkədə yeganə 3G xidməti olan operator Azerfon-dur. Trend-in verdiyi xəbərə görə artıq Azercell də 3G lisenziyasını alıb:
Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyası «Azercell Telekom» mobil rabitə operatoruna 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik resurslarının verilməsi barədə müsbət qərar qəbul edib. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Radiotezliklər İdarəsindən məlumat verilib.


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 3 октября 2011, 12:54
  • Weboxu
  • 6

Blog: farxadus →  Axı kimdir birinci? [infoqrafika]

Dünən Azercell şirkətinin sentyabr ayının 20-də facebook sosial şəbəkəsində yazdığı «Biz, Birinci» sözləri ilə bol olan yazısı haqda bloq post yazdım. Bu yazı @Azercell @rauf_Sr və @TSalahov tərəfindən çox da ürəkaçan qarşılanmadı. Əlbəttə neqativ tərzdə olan yaxşı yaxşı qarşılanmaz, amma mən faktlara söykənib yazını şərh etmişdim. Bir qədər sonra, Dima m. təklifi ilə, Azərbaycan mobil operatorlarının sosial şəbəkələrdə aktivliyi ilə bağlı bir statistika keçirmək qərarına gəldik. Əsasən ölkəmizdə populyar olan 3 sosial servis götürdük. Bunlar Facebook, twitter və youtube`dur. Bu infoqrafikadan, hansı operatorun sosial servisdə birinci və yaxud aktiv olduğu açıq-aydın görünür. Kimin yaxşı, kimin pis xidmət göstərməsi göz qabağındadır. Statistika, dünənki günə, yəni 21 sentyabr tarixində olan nəticələrə görə göstərilib. Digər əlavə göstəricilər ilə infoqrafikin sonunda tanış ola bilərsiniz.

Original: http://elekberov.com/axi-kimdir-birinci/
Rus dilində versiya: http://infocity.az/index.php/news/74-services/830-info

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 22 сентября 2011, 16:07
  • farxadus
  • 5

Parketinq →  Nar Mobile-dən Limitsiz fırıldaq!

Nar Mobile - Limitsiz danış tarif planının reklamı

Son zamanlar Nar Mobile-da «Limitsiz» adı ilə bir neçə reklam kampaniyası keçirilib. Qərara gəldim ki, bu reklamları araşdırım. Əvvəlcə, «limit» sözünün mənasını aydın başa düşmək üçün Azərbaycan dilinin izahlı lüğətinə baxaq:
Limit — (lat. limites — sərhəd) Bir şeyi işlətmək, bir şeydən istifadə etmək üçün icazə verilən norma, miqdar; son hədd.

Demək «limitsiz» sözü də «sərhədsiz», «son hədsiz» deməkdir. Amma Nar Mobile-nin həmin kampaniyalarının hamısı hədlidir, özü də necə.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Mobil operatorlardan hansı daha sərfəlidir? [video]

Mobil operatorların hesablamaları konturdan qəpik sisteminə keçdikdən sonra onların qiymətlərini daha aydın görmək olur. Bu zaman da çeşidli araşdırmalar və hesablamalar üçün daha yaxşı zəmin yaranır. Son belə bir araşdırmanı isə ANS TV aparıb. Onlar bu barədə müxtəlif mütəxəssilərin rəyi əsasında xüsusi reportaj hazırlayıblar. Mütəxəssilər Osman Gündüzİlqar Mirzə operatorların danışıq qiymətlərinə öz münasibətlərini bildiriblər.
Paylaş :
  • +1
  • 19 августа 2011, 15:23
  • Weboxu
  • 1