Azerfon → AZERFON-VODAFONE Naxçıvan şəhərində Satış və Xidmət Mərkəzini abunəçilərinə təqdim etdi
Press-reliz: Naxçıvan şəhərində Azerfon – Vodafone Satış və Xidmət Mərkəzinin açılış mərasimi keçirildi. Naxçıvanda ilk məkrəzin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının Rabitə Nazirliyi nümayəndələri, Azerfon MMC-nin məsul işçiləri, şəhər ictimaiyyəti iştirak edirdi. Naxçıvan şəhəri N.Əliyev küç., 5 ünvanında yerləşən Mərkəzin açılış mərasimində çıxış edən Azerfon-Vodafone brendinin rəhbəri xanım Leyla Nəsrullayeva Naxçıvan şəhərində 3G texnologiyasının təqdim olunmasının əhəmiyyətindən və bu texnologiyanın abunəçilərə təqdim etdiyi imkanlardan danışdı. “Azerfon-Vodafone istifadəçiləri video-zəng, verilənlərin yüksək sürətlə ötürülməsi, təkmilləşdirilmiş səs keyfiyyəti, habelə genişləndirilmiş əhatə dairəsi kimi 3G xidmətlərindən bəhrələnə biləcək ilk Azərbaycan istifadəçiləridir” – L. Nəsrullayeva bildirdi.
( Ətraflı oxuyun )
- 0
- 14 января 2010, 10:54
- şərh yaz
Azerfon → Azerfon-Vodafone ilk Satış və Xidmət Mərkəzini açır
Azerfon, Press-reliz:
2009-cu il 17 dekabr tarixində Azadlıq prospekti 18 ünvanında yerləşən ilk Azerfon – Vodafone Satış və Xidmət Mərkəzinin açılş mərasimi keçirildi. Açılış Mərasimində çıxış edən Azerfon MMC-nin Baş Direktoru Gido Helbix ilk Mərkəzin açılışı münasibətilə abunəçiləri təbrik etdi, və bir gün əvvəl, 16 dekabr tarixindən ölkənin mobil rabitə bazarında yeni Azerfon-Vodafone brendinin öz faəliyyətinə başlamasını və Azərbaycanda ilk dəfə olaraq 3G xidmətinin tətbiqini elan etdi.
( Ətraflı oxuyun )
2009-cu il 17 dekabr tarixində Azadlıq prospekti 18 ünvanında yerləşən ilk Azerfon – Vodafone Satış və Xidmət Mərkəzinin açılş mərasimi keçirildi. Açılış Mərasimində çıxış edən Azerfon MMC-nin Baş Direktoru Gido Helbix ilk Mərkəzin açılışı münasibətilə abunəçiləri təbrik etdi, və bir gün əvvəl, 16 dekabr tarixindən ölkənin mobil rabitə bazarında yeni Azerfon-Vodafone brendinin öz faəliyyətinə başlamasını və Azərbaycanda ilk dəfə olaraq 3G xidmətinin tətbiqini elan etdi.
( Ətraflı oxuyun )
- 0
- 17 декабря 2009, 18:23
- şərh yaz
Azerfon → Gözümüz aydın, 3G gəldi - Azerfon&Vodafone brendi ilə... (Yenilənib)
Bu gün Azərbaycan texnologiya sferası üçün hərəkətli bir gün keçdi demək olar. Dünya 4G-ni bayram eləməyə hazırlaşanda, bizim də yeni il hədiyyəmiz 3G oldu.Həmişəki kimi Twitter`i nəzərdən keçirəndə aldıq ki, bəs Azerfon-Vodafone brendinin yeni saytı açılıb — (). Daha sonra isə gəldi ki, artıq mətbuat konfransı keçirilib və yeni brend olaraq Azerfon-Vodafone mətbuatla tanışlığı baş tutub və yeni xidmətlər barədə və nahayət hamımızın gözlədiyi 3G barədə məlumat verilib.
Sizləri bilmirəm amma mən, 3G`ni Nar nömrələrdə gözləyirdim. Amma deyəsən bu belə olmayacaq. 3G`ni dəstəkləyən nömrələrin prefiksi (077) olacaq. İlkin mərhələ üçün xidmətlər Bakı, Abşeron yarımadası, Sumqayıt, Gəncə, Şirvan, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz, Şəmkir və Naxçıvanda aktiv olacaqmış.
Yeni brendin və 3G-nin bazara daxil olması 16 dekabr 2009-cu il axşam həyata keçəcək. Ümid edək ki, gələcəkdə bu tarixi yaxşı xatirələrlə yada salaq =)
Yeniləndi:
Bu da Azerfon-Vodafone reklam çarxı.
- +1
- 16 декабря 2009, 14:14
- 15



