Azercell →  Azercell`in Datakart üçün yeni reklamı [video]

Bu gün Mak.az`da gördüm bu reklamı:
Artlab reklam agentliyi Azercell üçün yeni, imic xarakterli reklam çarxı hazırlayıb. Reklam çarxı Azercell-ə məxsus Datakart üçün hazırlanıb.


Belə görsənirdiki, deyəsən Azercell 3G lisenziyasını ala bilmədiyi üçün gücünü verir bu Datakarta. Beləcə imic reklamları ilə aktual saxlamağa çalışır.
Mənə isə o maraqlıdır ki, görən bu 3G`dən sonra bu Datakart`ın aqibəti necə olacaq.

Paylaş :
  • 0
  • 6 февраля 2010, 13:32
  • Shaig
  • 18

Azercell →  Azercell - Mobile Call Barring xidməti

Qeyri-rəsmi mənbələrdən aldığım məlumata görə Azercelldə yeni bir xidmət istifadəyə veriləcəkmiş. Hələki rəsmi olaraq xidmət istifadəyə verilməyibdi.
Düzü son zamanlarda bu Azercell spamları çoxalıbdı, elə bunla bağlı bir araşdırma eləyəndə rastlaşdım bu xəbərlə də. Yeni xidmətin adının Mobile Call Barring adlanması gözlənilir. Bəs bu «Mobile Call Barring» nədir? Bunun vasitəsi ilə siz öz contact əlaqələrinizi, sizə gəlib-gedən nömrələrin siyahısını özünüz tənzimləyirsiniz. Məsələn, «mənə sadəcə bu nömrələrdən zəng gəlsin» seçməklə sizə ancaq məhdud nömrələrin əlaqəsini tənzimləyə bilərsiniz. Ya da, «mənə filan nömrədən zəng gəlməsin» seçməklə ancaq bir neçə nömrənin zəngini qəbul etməyə bilərsiniz.
Bu xidmətin sərhəddinin necə olacağını bilmirəm, ancaq sərhədiz olsa idi — şəhər nömrələri, Bakcell, Azerfon, Catel kimi nömrələri və eyni zamanda Azercell`in öz reklam nömrələrini də əhatə etsə çox sevindirici olardı. Həm də ancaq zənglər yox bütün contact vasitələrini əhatə etsə idi — sms/mms. Beləcə çox yararlı xidmət olardı. İndi görək tərkibində nələr olacaq.
Paylaş :
  • 0
  • 5 февраля 2010, 14:00
  • Shaig
  • 4

Parketinq →  Azercell-dən Maksimum məsuliyyətsizlik

2 gün əvvəl (26 yanvar) Bakıya qar yağdı. Dostlarımızla birlikdə soyuq havada qızışmaq və nahar etmək üçün Fəvvarələr Meydanında yerləşən McDonalds-a üz tuturuq. Qapının girişindəki Maksimum kampaniyasının elanını görürük və Azercell abonenti olaraq kampaniya imkanlarından istifadə etmək qərarına gəlirik. Saat 14.05-i göstərir – demək ki, kampaniya yenicə başlayıb (qeyd: kampaniya həftə içi günləri, saat 14.00-18.00-dək davam edir). Yaxınlaşırıq Maksimum paltarında olan və kodu yoxlayan gənc oğlanlara – onların cavabı məni çox təəccübləndirir: “- İnternetimiz yoxdur!“.
Maraqlandım, onlar McDonalds-ın İnternetini vasitəsi ilə bazaya qoşulurlar, amma bu McDonalds-dakı wi-fi-dan nə vaxtsa istifadə etməyə cəhd edənlər bilirlər ki, çox keyfiyyətsizdir. Bu məqamda sual ortaya çıxır – çox maraqlıdır, niyə Azercell öz kampaniyası üçün DataKart tətbiq etmir?! Yoxsa öz DataKartlarının olmasından xəbərsizdirlər? Bu çox gülüncdür ki, İnternetə qoşulma xidməti göstərən operatorun öz kampaniyasında İnterneti yoxdur.
Ətraflı oxuyun
Paylaş :

Azercell →  Azercell-in Virtual Müştəri Xidməti səhifəsində "Texniki səhv"

Axşamüstü tezbazar SMS göndərmək üçün Azercell-in Webmesaj səhifəsinə daxil oldum. SMS-i göndərəndən sonra, "Ödəmələr" bölməsinə keçdim. Ən sonuncu ödəmə tarixini görəndə, bir az çaşdım. Çünki göstərilən tarixdə mən balansa kontur yükləməmişəm. Ən maraqlısı isə, son ödənilən kontur sayı idi. Şəkildən gördüyünüz kimi, sıfır kontur.

Tənbəllik eləməyib 2002-yə zəng etdim. Operator cavab verdi, bu haqda ona məlumat verdim. «Gözləyin» deyib, hardasa 3 dəqiqəlik fasilədən sonra (arada «siz gözləyirsiz də, hə?» — deyə soruşdu), bu problemin texniki səhv olduğunu, həmin tarixdə balansıma heç bir konturun yüklənmədiyini dedi. İstədim deyəm, narahat olmayın, orda samballı bir ədəd yazılmayıb ki, sıfırdır da :)) Nəysə, operatorla sağollaşdım.
Nədənsə harda belə əcaib «texniki səhv»lər var, Azercell-dən çıxır. Saat 18:30-da onlara məlumat verməyimə baxmayaraq, «texniki səhv» hələ də öz yerində durur. Sonuncu ödəmənin səhv məlumat olduğunu nəzərə alsaq, demək başlıqda yazıldığı kimi, «son üç ödəmələrim barədə məlumat»ı orda görə bilmirəm.
Paylaş :

Azercell →  Azercell`in WebmesajCell`ində mənfi amillər.


Artıq bir neçə vaxtdır ki, Azercell Webmesajcell xidmətində təkmilləşdirmələr edibdi. Əvvəl belə idi ki, gün ərzində Azercell abonentlərinə 10 pulsuz SMS yollamaq olurdu. Ancaq dəyişiklikdən sonra bir neçə daha əlavələr olubdu. Belə ki, artıq ölkədaxilində bütün mobil operatorlar istiqamətində 100 ödənişli mesaj göndərmək imkanı var. Mesajı yollayırsan və səndən kontur çıxırlar. Mənfi hal isə elə məhz buradadırki, kontur çıxanda nə səbəbdən çıxdığı yazılmır. Uzun-uzadı reklamdansa çıxan konturun səbəbi də yazılsa yaxşı olardı. Çünki kimsə sizin parolunuzu oğurlayıb özü üçün Webmesaj yollasa sizdən təkcə konturlar çıxacaq. Bilməyən adam da elə Azercell`i günahlandıracaqdıki durduq yerdə məndən konturlar çıxılır. Fikrimcə yaxşı olardıki bu barədə kontur çıxanda, istifadə səbəbidə yazılsın. Səhv etmirəmdə əvvəldən elə MMS xidməti də belədir, konturun çıxma səbəbi yazılmırdı. Ancaq bu Webmesaj daha çox istifadə edilir.
Başqa bir mənfilik isə Webmesaj`ın parolu xatırlatmaq hissəsindədir. Bu problem də çoxdan bəridir var. Ancaq hələdə düzəltmirlər. Girib sadəcə nömrəni yazırsan və parolu telefon nömrəsinə yollayır. Bu təhlükəsizlik cəhətdən yaxşı prosses deyil. Telefon nömrəsindən savayı captcha da istəməlidir parolu xatırlatmaq üçün. Elə təhlükəsizlik cəhətdən yazmaq istəmirəm ki, niyə lazımdır bu captcha. Qısa zamanda buraya bir captcha mütləq lazımdır.
Paylaş :
  • +1
  • 17 января 2010, 17:31
  • Shaig
  • 4

Blog: Shaig →  Mən Azercell`in "DaydayCell" tarif planından istifadə edirəm.


Bu yazını yazmağa səbəb dünən şəhərdə rastlaşdığım bir hadisə oldu. Yəni tənqidi yazıdan daha çox təklifi yazıdır :). Dünən Sahil metrosundan çıxanda gördüm ki, Maksimumgənc geyimdə bir qrup gənc çıxış tərəflərdə dayanıbdı. Onlar nəsə soruğu keçirirdilər Maksimumçular arasında. Mətləbə keçməmişdən əvvəl maraqlı məqamlardan onu qeyd edimki, Sahil metrosunun həmin çıxışı tərəfdə Azerfon-Vodafone logolu bir mağaza (müştəri xidməti) gözümə dəydi. Yəni düz oranın qarşısında bir sorğu keçirilirdi. Bu qəsdən belə yer seçilmişdi bilmirəm, ya elə deyiblər şəhərdə soruğu aparın onlarda buranı seçibdi.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 24 декабря 2009, 14:35
  • Shaig
  • 14

Azercell →  Azercell`in internet saytı işləmir. - #3

Bu gün uzun bir müddət Azercell`in saytı işləməyibdi (mən yazını yazanda da işləmirdi).
Yəqinki buna nəsə bir açıqlama gətirərlər. Bu əsasən serverlə bağlı olan hadisədir. Ola bilsinki ya DNS`lərində nəsə bir problem var.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 20 декабря 2009, 17:09
  • Shaig
  • 6

Texnologiya →  RİTN “Azercell”ə 3G lisenziyasının verilməsində tərəddüd edir başlıq-keçid

"Azərbaycanda fəaliyyət göstərən digər mobil rabitə operatorlarına 3G xidmətlərinin göstərilməsi üçün lisenziyanın verilməsi onların sözügedən xidmətlərin göstərilməsinə hazırlıq səviyyəsindən asılıdır”. Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirnin müavini Elmir Vəlizadə bildirib.
Paylaş :

Texnologiya →  Dünyada 4G istifadəyə verildi. Bizdə də Azercell gözünü 4G`ə tikib?


Biz Azərbaycanda 3G gəlir, gələcək deyə-deyə qalsaqda, camaat 4G`ə keçid edir. Bu gün artıq dünyada rəsmi olaraq 4G xidməti istehlakıçların istifadəsinə verildi. Mən bilən bu ilin iyun ayında Yaponyanın NTT DoCoMo operatoru belə bir bəyanat vemişdiki, 2010-cu ildən 4G xidmətləri verməyə başlayacaq. Mən 4G`ni Şərqdən gözləyirdim. Xəbəri isə Qərbdən gəldi. Belə ki, TeliaSonera” şirkət dünyada ilk dəfə olaraq 4G mobil rabitə xidmətlərini Stokholm Oslodakı abonentlərin istifadəsinə verib.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 15 декабря 2009, 18:37
  • Shaig
  • 1