Azercell →  Azercell-in Facebook Hədiyyələri


Azercell Faebook üzərindən Sosial Media kampaniyasına başladı.
Facebook səhifəsində xüsusi bir Application vasitəsi ilə kampaniyada iştirak mümkündür.
Facebook hesablarından bu barədə məlumat verdilər.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  3Gmax üçün @Azercell -in mi-fi cihazı - #unboxing


Həftənin birinci günü (23 yanvar) Azercell əməkdaşları tərəfindən bizə (Fərhadla mən) 3Gmax üçün «3G GSM Wireless Router Mobile Hotspot WiFi» qısaca Mi-Fi cihazı verildi. Cihazlar satışdan qabaq təqdim edilmişdi. 2 gün ərzində bir qədər test etdim. Hələki çox gec olmadan istifadə təcrübəm barədə qeydləri etmək istədim. Çünki, sosial mediada test barədə yazdıqda suallar verilir.
İlkin təcrübələrimdən sonra, qarşıma qeyd etməyə maraqlı nəsə çıxdıqca onları da şərhlərdə bölüşəcəm. Nəsə xüsusi bir təcrübə əldə etsəm də haqqında post yazaram.
Başlayacaq necə deyərlər "Unboxing«dən. Bu demək olar ki, mənim cihazları ilk „Unboxing“ postumdu.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Bakcell "Opera Mini" və Azercell pulsuz "Samsung" telefonlarının tanıtımları


GSM Operatorları istifadəçiləri üçün xüsusi güzəşt kampaniyalarını keçirirlər.
Bildiyiniz kimi, Bakcell «Opera» ilə yeni əməkdaşlığa başlamışdı. Həmin əməkdaşlıq çərçivəsində, Opera Mini-ni artıq tanıtmağa başlayıb. Bu münasibətlə də, Opera-nın səhifələri sıxışdırmağı və qənaətindən bəhs edən video rolik hazırlayıb.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 26 декабря 2011, 17:51
  • Weboxu
  • 3

Azercell →  Azercell şirkəti Naxçıvanda 4G-ni sınaqdan keçirtdi


Press-reliz: 4G şəbəkəsinin köməyilə 4 000-dən artıq tələbə Innovativ mobil texnologiyalardan faydalana biləcək.

Noyabr ayının 29-da Azercell Telekom MMC şirkətinin prezidenti cənab Ali Ağan Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Rövşən Məmmədov ilə görüşmüş, daha sonra Naxçıvan Dövlət Universitetinə 4G sınaqları layihəsinin açılışı münasibətilə səfər etmişdir. Hər zaman gənc nəslin bilgilərinin inkişafına istiqamətlənən layihələrlə çıxış edən Azercell Telekom MMC bu dəfə Naxçıvan Dövlət Universitetinin tələbələri üçün innovativ layihə təqdim etdi. Mobil Rabitə sahəsində müxtəlif texnoloji həllər təqdim edən Çinin ZTE şirkəti ilə birgə həyata keçirilən bu layihənin köməyilə ümumi ərazisi 108 hektar olan Universitetdə 4 mindən artıq tələbənin 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən yararlanmaq imkanı olacaqdır. Bu isə, yüksək sürətli mobil internet, böyük həcmdə mobil datanın ötürülməsi kimi son texnoloji nailiyyətləri tələbələrin şəxsən özlərinin sınaqdan keçirmək imkanı deməkdir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 2 декабря 2011, 19:11
  • Weboxu
  • 6

Mobil Texnologiya →  3G xidməti üzrə @Azercell "3Gmax" və @Bakcell "Sür@" [video]


Bildiyiniz kimi bu gündən etibarən artıq Bakcell-in də bu xidməti verməsi ilə, Azərbaycanda bütün mobil operatorlar öz abonentlərinə 3G mobil internet texnologiyasından istifadəni təklif etmyə başladılar. Gün ərzində artıq mobil operatorların qiymətləri qarşlaşdırımışdı. Ümumi mənzərədə Bakcell-in mobil internet tarifləri daha sərfəli görünür. Ancaq iş təkcə qiymətdə deyil. Xidmətin aktiv edilməsindən sonra bu gün işdə iki yeni lisenziya qazanmış Azercell ilə Bakcell-in sürətlərini qarşılaşdırdıq. Qarşılaşdırma zamanı istifadə edilən telefonlar eyni marka idilər — HTC Desire HD. Hər iki operatorda rabitə növü olaraq 3G işarəsi yox, telefonda H işarəsi görsənirdi. Qarşılaşdırmanı videoya çəkdik. Həmin videonu paylaşıram:


( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 23 ноября 2011, 23:04
  • Sadig
  • 6

BakuTel →  Bu sərgidə @Azercell şirkəti müxtəlif xidmətlərin ödənilməsi üçün virtual kartlar təqdim edir [ #Bakutel ]

Bu il biz sərgidə 3G və 4G sürət testlərini, habelə M2M (aparatlararası ünsiyyət və məlumat mübadiləsini təmin edən texnologiya), Mobil Virtual Kart, “Application store” və bir sıra digər xidmət və texnologiyaların demo-nümayişini təqdim edirik. Məlum olduğu kimi, “Azercell” şirkəti gələn il Azərbaycanda keçiriləcək “Avroviziya-2012” mahnı müsabiqəsinin baş sponsordur və biz böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, sərgiyə gələn ziyarətçilər interaktiv müsabiqələrdə iştirak etməklə bu mahnı müsabiqəsinə ilk biletləri qazana bilərlər.

“Azercell” şirkəti hər il “BakuTel” sərgisinin işində yaxından iştirak edir. Sərgi meydançası istehlakçılarla birbaşa əlaqə qurmaq üçün unikal imkandır və məhz burada şirkətin abunəçiləri və gələcəkdə şirkətin xidmətlərindən istifadə etmək istəyən potensial müştərilər şirkətin ən son yenilikləri və texnoloji nailiyyətləri ilə tanış ola bilərlər. Biz hesab edirik ki, bu sərgi Azərbaycanda İKT sektorunun inkişafına mühüm töhfədir. Belə ki, bu sərgi hər il müxtəlif şirkətləri ən yeni ixtiralar təklif etməyə stimullaşdırır və heç şübhəsiz ki, nəticədə bundan məhz istehlakçılar yararlanırlar.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 23 ноября 2011, 20:08
  • Weboxu
  • 5

Mobil Texnologiya →  BBTV şirkəti 3G ilə bağlı Azercell-i məhkəməyə verir?

Bu gündən etibarən artıq Azercell abunəçiləri 3G xidmətindən istifadə edə bilirlər. Bu barədə blogumuzda da yazıldı.
Sosial Mediada da bunun əks sədası hiss olunur. Twitter-də Azercell axtarışı edərək yazılanlar barədə məlumat əldə edə bilərsiniz — http://twitter.com/#!/search/realtime/azercell.
İstifadəçilər tərəfindən isə B&BTV-nin Azercelli 3G ilə bağlı məhkəməyə verdiyi barədə sənədin şəkli yayıldı:


Mətn:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 18 ноября 2011, 13:12
  • Weboxu
  • 2

Azercell →  Artıq @Azercell 3G-yə keçdi. #3gmax


Bu yaxınlarda axir ki, Azercell-in 3G lisenziya alması barədə yazmışdıq. Bu yazıdan sonra yaranan ilk sual «Bəs 3G xidməti nə vaxt aktiv olacaq?» olmuşdu. Bu gün bu suala Azercell cavab verdi.

Artıq hər bir Azercell abonenti 3G yazıb 2525-ə göndərərək xidməti öz telefonunda aktivləşdirə bilər. Azercell 3G-nin əsəs üstünlüyü onun əhatə dairəsidir. Şəkildən göründüyü kimi demək olar ki, Azərbaycanın bütün şəhərlərini əhatə edir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 18 ноября 2011, 09:53
  • Amidos
  • 7

Blog: farxadus →  Bu qarlı günlərdə 3G olacaq?

Hə, öncə hamınızı ilk qar yağması münasibətilə təbrik edirəm, amma onu da deyim ki, sabahki çirkli yollara hazır olun :) 3G ilə yazdığım keçən postuma qayıtmaq istəyirəm. Hamının bu saat gözlədiyi 3G şəbəkəsinin Azercell və Bakcell mobil operatorlarında ha vaxt aktivləşəcəyi mövzusunda bir daha toxunmaq istəyirəm. Yəqin ki, keçən postumda, Bakcell`in 3G şəbəkəsi olan və «BKCELL» adlandırılan şəbəkəsi haqda söhbət yadınızdadır. Çünki mən 100% əminəm ki, mən Samsung Galaxy telefonunun düzəlişlərində, mobil nömrənin yalnız 3G şəbəkəsində işləməsini seçmişdim, və heç cür bu 3G şəbəkəsi olmadan, düzəlişlər GSM şəbəkəsi ilə dəyişdirilə bilməzdi (onu da deyim ki, düzəlişlərdə yalnız GSM və GSM+3G avtomatik seçilmə variantlarıda var).

( Ətraflı oxuyun )
Paylaş :

Azercell →  Androidli Samsunglar (Galaxy-lər) üçün @Azercell -in kampaniyası


Avqust ayında Androidli HTC-lər ilə kampaniya keçirən Azercell, indi də Androidli Samsunglar üçün kampaniya keçirir. Galaxy ailəsindən olan telefonlar üçün xüsusi güzəştlər tətbiq olunacaq. Bu barədə Azercell-in rəsmi blogunda məlumat verilib:
Nəzərinizə çatdırırıq ki, 04 noyabr 2011-ci il tarixindən etibarən Azercell abunəçiləri üçün Samsung Galaxy Family smartfonları üzrə kampaniya keçiriləcək. “Galaxy family” smartfonlarını əldə edən Fakturalı və Fakturasız Xətt abunəçiləri təqdim edilən 3 güzəştli paketlərdən birini seçərək sərfəli qiymətlə Danışıq vaxtı, SMS və Mobil İnternet xidmətlərindən istifadə edə bilərlər.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 4 ноября 2011, 12:33
  • Weboxu
  • 5