Azercell →  Azercell şirkəti Naxçıvanda 4G-ni sınaqdan keçirtdi


Press-reliz: 4G şəbəkəsinin köməyilə 4 000-dən artıq tələbə Innovativ mobil texnologiyalardan faydalana biləcək.

Noyabr ayının 29-da Azercell Telekom MMC şirkətinin prezidenti cənab Ali Ağan Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Rövşən Məmmədov ilə görüşmüş, daha sonra Naxçıvan Dövlət Universitetinə 4G sınaqları layihəsinin açılışı münasibətilə səfər etmişdir. Hər zaman gənc nəslin bilgilərinin inkişafına istiqamətlənən layihələrlə çıxış edən Azercell Telekom MMC bu dəfə Naxçıvan Dövlət Universitetinin tələbələri üçün innovativ layihə təqdim etdi. Mobil Rabitə sahəsində müxtəlif texnoloji həllər təqdim edən Çinin ZTE şirkəti ilə birgə həyata keçirilən bu layihənin köməyilə ümumi ərazisi 108 hektar olan Universitetdə 4 mindən artıq tələbənin 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən yararlanmaq imkanı olacaqdır. Bu isə, yüksək sürətli mobil internet, böyük həcmdə mobil datanın ötürülməsi kimi son texnoloji nailiyyətləri tələbələrin şəxsən özlərinin sınaqdan keçirmək imkanı deməkdir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 2 декабря 2011, 19:11
  • Weboxu
  • 6