Oxatan →  Azadlıq qəzetinin İT savadsızlığı


Əslində ənənəvi medianın IT-ə aid olan yazılarında çox səhvliklərlə qarşılaşırdım. Hətta belə yazılar qarşıma çox çıxmağa başladığından qərar verdim linklərdən bəzilərini atım bir kənara, ümumi bir yazı yazaram. Ancaq son oxuduğum yazı sanki «yanğına benzin tökdü». Bu gün əsasən mobil internetdən istifadə etmişəm və yazını da Facebookda friendlərimin share-indən görmüşəm. Ona görə oxusam da, bu haqda blogda qaralaya bilmədim, axşama qədər saxlamalı oldum.
Yazını oxuyanda acı bir təbəssüm yarandı. Bilməmək eyib deyil, əsl soruşub öyrənməmək eyibdir. Bilmirəm onların IT mütəxəssisi kimdir, ancaq ya onlarla məzələnir, ya heç nə bilmir, ya da onun dediyini saytlarındakı yazıda səhv şərh ediblər. İstənilən normal bir IT mütəxəssisi bu yazını oxusa sadəcə gülər. Çox savadsız yazıdır. Mənim bildiyim sahə IT-dir belə savadsız yazı, araşdırma ilə rastlaşıram. Maraqlı gəlir görən bilmədiyim sahələr nə gündədir, Jurnalistikamız nə gündədir?
Əvvəla məsələdə məntiq səhvi var. Heç bir ağlı başında olan adam, biznes resursundan belə məqsədlə istifadə etməz… Deyək ki, xəfiyyəlik, araşdırma edilib. Bəs əlaqə saxlamaq?
Məsələnin mahiyyəti isə belədir:

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 21 октября 2010, 21:06
  • Shaig
  • 15