İnternet →  Bir gündə AzNet-də nələr olur? [infoqrafika]


Əsasən dünya internetində bir saatda, bir gündə nələr olduğu ilə bağlı infoqrafikalar görürük. Belə bir infoqrafikanı yerli internet seqmentində verməyi düşündük. Bizdə istifadəçilərin o qədər də çox olmadığını nəzərə aldıqda bu bir saat ərzində olaraq yox, bir gün ərzində olmaqla statistikaları araşdırmaq daha rahat olar. Ən uyğun isə servis saytların statistikalarını araşdırmaq olar. Bunun üçün Azərbaycan internetində keyfiyyətli, çox istifadə edilən hesab etdiyimiz servis saytlarının statistikalarından ibarət müxtəlif məlumatlar əsasında infoqrafika hazırladıq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 18 сентября 2011, 01:19
  • Shaig
  • 13

AzTWI →  AzTWI.com - Twitter-in Azərbaycan istifadəçilərinin statistikası [ #bloqosfer təqdimatı ]


Bloqosfer 2011-də Sosial Media — microblogingin inkişafına verdiyi dəstəyə görə AzTWI.com da təltif edilənlər arasına düşdü. Bundan başqa, sayt tədbir zamanı apardığı sorğunun nəticələrini təqdimatla iştirakçılara göstərdi.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 5 сентября 2011, 16:36
  • Weboxu
  • 1

AzTWI →  AzTWI layihəsinin rəsmi bloqu açıldı



Budur, nəhayət ki bizim «korporativ» bloqumuz fəaliyyətə başladı. Əlbəttə biz hər hansı korporasiyanı təmsil etmirik, amma hər halda aztwi.com proyekti üzərində işləyən komanda qərara gəldi ki, artıq yeniliklərimizi təkcə 140 simvolluq tvitlər ilə etməyək. Sosiallaşma yönündə bu bloqla yanaşı həmçinin facebook səhifəsi də yaradıldı: www.facebook.com/aztwi. Odur ki istifadəçilərin qarşılıqlı əlaqə imkanları artıq az deyil. Layihə haqda ilk dəfə eşidənlər və ya çox az məlumatı olanlar üçün qısa məlumat verək.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 25 марта 2011, 10:42
  • anar
  • 5

Sosial Media →  Facebook və Twitter-in Azərbaycan infoqrafikası


Azərbaycanın texnologiya jurnallarından biri (deyərdim düzgün fəaliyyət göstərən elə budur) olan Infocity-nin fevral ayı üçün nəzərdə tutulmuş nəşrində maraqlı bir infoqrafiya olacaq. Saytın twitter hesabından bu barədə oxudum.
İnfoqrafiyada yer alan məlumatlar 2011-ci ilin yanvar ayının 25-nə görə etibarlı sayılan məlumatlardır.

Facebook:
Buradakı statistik məlumatlar www.socialbakers.com saytının verdiyi məlumatlar əsasında qurulmuşdur.
312,720 istifadəçi qeydiyyatlıdır.
Facebook reytinqdə 94-cü yerdəyik istifadəçi sayına görə.
Üzvlərin 63% kişi, 37% qadın istifadəçilərdir. Hərçənd dünyada bu vəziyyət tərsinədir. Qadınlar sosial şəbəkələrdə həmişə daha çox faizə malik olurlar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 26 января 2011, 17:25
  • Shaig
  • 5

Weboxu →  Weboxu 2010 istifadəçi seçimlərinin nəticələri


2011 başlayanda Weboxu-nun oxucuları üçün, bir səsvermə başlatdıq. Bu tip səsvermələr internetdə ənənəvidir və müxtəlif resurslar öz oxucularının ötən il nələri bəyəndiyini beləcə təyin edir.

Biz də ayın birindən seçimlərə başladıq. Seçim əvvəli müzakirələr zamanı namizədlər qərarlaşdırıldı və səsvermə başladı. 4 nominasiyada aparılan səsvermələr dünən axşam etibarı ilə başa çatdı. Gecə 24.00-da screen aldım. Onun əsasında da sıralamanı edəcəm. Gecikmə üçün əvvəlcədən üzrlər. Xüsusi səhifənin hazırlanması obyektiv səbəblərə görə bir qədər yubanır. Onu gözləməmək üçün blog postunu yazıram.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 14 января 2011, 00:00
  • Shaig
  • 3

Təhlil →  2010 sona çatdı! Nələr yadda qaldı, nələri bəyəndik?


2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.
Ona görə mən də ötən ilki kimi (İTinternet yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 1 января 2011, 17:51
  • Shaig
  • 5

Start-up`lar →  Aztwi.com - Twitter-in Azərbaycan istifadəçiləri


Twitter Azərbaycanda çox geniş olmasa da müəyyən kütlə arasında yayılmış micrososial platformadır. Əsasən İT nümayəndələrinin üzvlüyü ilə başladı. İndi də elə istifadəçilərin böyük əksəriyyəti İT sahəsində olanlardır. Sonra bloggerlər, jurnalistlər və siyasilər üzv olurlar. Twitterin özünə məxsus hashtag, trends və s kimi xüsusuyyətləri var. Həmin bu xüsusiyyətlərin lokallaşdırımış xidmətlərini Aztwi.com təqdim edir. Bir müddətdir twitter.com/aztwi useri ilə işləyən sistemin sayt formasına keçməsi ona əlavə üstünlüklər də qatacaq. Məsələn mən həmin useri follow etmək istəmirəm, amma arada açıb mesajlarına baxıram. Sayt olanda isə bu raha rahat olacaq. Saytda gün, həftə, ay və bütün vaxtlar ərzində olan populyar mövzular və populyar mikrobloqqerlərin statistikasını əldə etmək olacaq. Sistem Twitter API-ləri ilə işləyir və orada ən çox bəhsi keçən sözləri, eyni zamanda ən çox müraciət, retweet edilən userləri araşdırır və buna uyğun statistika çıxarır.

( Ətraflı oxuyun )
Paylaş :