Texnologiya → SAZZ və AzEduNet-dən «Məktəblilər üçün təhlükəsiz İnternet» xidməti

Press-reliz: Yaxın gələcəkdə orta məktəb şagirdləri evdə filtrasiyalı internetdən istifadə edə biləcəklər.
Azərbaycan Təhsil Şəbəkəsi və Simsiz İnternet Operatorunun təqdim etdiyi yeni xidmət valideynlərə uşaqları arzuolunmaz İnternet-saytlardan qorumağa imkan verəcək, həmçinin övladlarınızın ümumdünya şəbəkəsinin mənfi təsirindən tam qoruyub SAZZ-ın mobil yüksəksürətli limitsiz İnternetindən bəhrələnməyə imkan verəcək.
( Ətraflı oxuyun )
- +1
- 25 ноября 2011, 11:08
- şərh yaz
Texnologiya → Ölkənin 35 şəhərinin təhsil müəssisələri Azərbaycan Təhsil Şəbəkəsinə qoşulublar

Press-reliz:Hazırda ölkənin 35 şəhərinin təhsil müəssisələri Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) qoşulmuşlar. Bu haqda AZEDUNET-in direktoru Səməd Abbasov bəyan etdi. Onun sözlərinə görə, hazırda şəbəkəyə bütün ölkə üzrə 600-dən artıq təhsil müəssisəsi qoşulmuşdur.
( Ətraflı oxuyun )
- 0
- 1 ноября 2010, 12:05
- şərh yaz
Texnologiya → AZEDUNET təşkilatı ZyXEL şirkətinin Gümüş Sistem İnteqratoru statusunu aldı

Press-reliz: Azərbaycan Təhsil Şəbəkəsi layihəsini həyata keçirən AZEDUNET təşkilatı ZyXEL şirkətinin Gümüş Sistem İnteqratoru statusunu aldı. Bu haqda AZEDUNET təşkilatının direktoru Səməd Abbasov xəbər verdi.
“Uzun müddətdir ki, bu şirkətin həllərini tətbiq edirik. ADSL2+ və VDSL2 texnologiyaları üzrə giriş səviyyəsi məhz bu vendorun həlləri üzərində qurulur. Gümüş Sistem İnteqratoru statusu vendorla münasibətlərimizi daha da effektiv qurmağa və yerli bazara kompleksli həlləri çıxarmağa imkan verəcək. Təşkilatımızda ZyXEL-in Sertifikatlaşdırılmış Sistem Mühəndisi statusuna (ZCSE – ZyXEl Certified System Engineer) malik olan on nəfər işləyir”, deyə S. Abbasov qeyd etdi.
Xatırladaq ki, Azərbaycan Təhsil Şəbəkəsi 2008-2012-ci illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində yaradılır. 2008-2009-cu illərdə şəbəkəyə 500-dən artıq təhsil müəssisəsi qoşulmuşdur. 2010-cu ildə isə AZEDUNET Azərbaycan Təhsil Şəbəkəsinə daha 500 təhsil müəssisəni qoşacaq.
- +1
- 13 октября 2010, 11:54
- 1
Texnologiya → Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulub
Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə () ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulub. Bu haqda AZEDUNET təşkilatının direktoru Səməd Abbasov bəyan etdi. Onun sözlərinə görə, bu günə qədər şəbəkəyə ölkə üzrə 500-dən çox təhsil müəssisəsi qoşulmuşdur. “300 təhsil müəssisəsi Bakı və Sumqayıt şəhərlərində, qalanları isə Azərbaycanın digər 16 şəhərində yerləşir. Hər bir təhsil müəssisəsində biz ilkin olaraq kompleks hazırlıq işlərini həyata keçirirk. Buna bütün kompüter və proqram təminatının standartlaşdırılması aiddir. Daha sonra məktəbdə bütün kompüter siniflərini, direktorun otağını, müəllimlər otağını və kitabxananı birləşdirən lokal şəbəkəni quraşdırırıq. Bundan sonra isə qoşulmanı təmin edirik”, deyə S. Abbasov qeyd etdi.
Onun sözlərinə görə, 2010-cu ilin sonunadək AZEDUNET-ə daha 500 təhsil müəssisəsi qoşulacaqdır. Bununla yanaşı, bu müəssisələr 50-dən çox şəhər və şəhərətrafı qəsəbələri əhatə edəcək.
- 0
- 18 августа 2010, 13:55
- şərh yaz
Texnologiya → “Elektron məktəb” layihəsi çərçivəsində videozəngli İP-telefoniya həlləri tətbiq olunur

Press-reliz: “Elektron məktəb” layihəsi çərçivəsində məktəblərə kommunikasiyaları daha effektiv şəkildə qurmağa imkan verən videozəng funksiyası tətbiq olunur. Bu haqda Azərbacan Təhsil Şəbəkəsinin (AzEduNet) rəhbəri Səməd Abbasov bəyan etdi.
“Elektron məktəb” layihəsi “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı, Sumqayıt və digər şəhərlərin 30 məktəbində reallaşdırılır. Sözügedən layihə çərçivəsində AzEduNet ən qabaqcıl Cisco texnologiyalarını tətbiq edir. Məktəblər şəbəkəyə fiber-optik kabel ilə qoşulur. Məktəblərdə Cisco avadanlığı və videozəngli İP-telefoniya sistemi quraşdırılır.
( Ətraflı oxuyun )
- 0
- 1 июля 2010, 14:05
- 1
Ultra → Ultra şirkəti e-Təhsil layihəsi çərçivəsində növbəti məktəbdə sisteminin istifadəsini təhvil verdi
2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sisteminin tam istifadəsini təhvil verdi. Sistemin tam hazırlanması üçün neçə aydır ki, hazırlaşan konsorsium şirkətlər e-Təhsil layihəsi üzrə layihənin sistemini tətbiq etdilər. Artıq “Elitar Gimnaziya”-da e-Təhsil sisteminə tam qoşuldu. Bununla yanaşı, e-Təhsil layihəsinə 10 məktəb tam qoşulmuşdur.Elitar Gimnaziyanın müəllim heyəti e-Təhsil sisteminin özəlliklərindən istifadəyə başlayıblar. Artıq müəllimlər elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından və Təhsil Portalından istifadə etməyə başlayıblar. E-Təhsil sisteminin tam tətbiqi üçün Gimnaziyanın bütün müəllimlərinə xüsusi treyninqlər keçirilmişdir. Təhsilin tam informasiyalaşdırılması üçün məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində yerləşən təhsil şəbəkəsinə qoşularaq yüksək sürətli fibrooptik kabelli internetə qoşulmuşdur.
( Ətraflı oxuyun )
- 0
- 24 мая 2010, 10:51
- şərh yaz
Texnologiya → “Elektron Təhsil” Respublika müsabiqəsinə 347 layihə təqdim olunmuşdur
Press-reliz: “Elektron Təhsil” Respublika müsabiqəsinə 347 layihə təqdim olunmuşdur. 2010-cu il Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə İKT ili”-nin əsas fəaliyyətlərindən biri olan, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.( Ətraflı oxuyun )
- +1
- 14 мая 2010, 11:06
- şərh yaz
Texnologiya → “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi
Press-reliz: 6 apreldə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi. 2010-cu il Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunmuşdur və müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir. Müsabiqənin rəsmi internet-səhifəsi ünvanında yerləşdirilmişdir. ( Ətraflı oxuyun )
- 0
- 6 апреля 2010, 12:19
- 6
Texnologiya → “Azərbaycan Təhsil Şəbəkəsi” layihəsi Cisco Networkers Awards 2010 müsabiqəsinin finalında

Press-reliz: “Azərbaycan Təhsil Şəbəkəsi” layihəsi Cisco Networkers Awards 2010 müsabiqəsinin finalına çıxdı. Bu haqda Cisco şirkətinin Mərkəzi Asiyanın sistem mühəndisləri üzrə meneceri Rövşən Əkbərov bəyan etdi. Müsabiqə Cisco-nun tərəfdaşları arasında inkişafda olan ölkələr üçün keçirilir. Qeyd etmək lazımdır ki, sözügedən müsabiqənin qaliblərinin adları 29 mart tarixində Bəhreyndə açıqlanacaq. Cisco şirkətinin tərəfdaşları – AZEDUNET və ULTRA –tərəfindən həyata keçirilən “Azərbaycan Təhsil Şəbəkəsi” layihəsi “Society Impacting Network” nominasiyası üzrə irəli sürülüb.
( Ətraflı oxuyun )
- 0
- 18 марта 2010, 12:47
- şərh yaz
Texnologiya → 2009-cü ilin sonunadək Azərbaycan təhsil şəbəkəsinə qoşulacaq təhsil müəssisələrinin sayı 500-ə çatacaq

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2009-cu ilin sonunadək Azərbaycan təhsil şəbəkəsinə (AZEDUNET) qoşulacaq təhsil müəssisələrin sayının 500-ə çatdırılması planlaşdırılır. Bu haqda AZEDUNET təşkilatının rəhbəri Səməd Abbasov bildirmişdir. Onun sözlərinə görə, hazırda 350-dən yaxın müəssisə bu şəbəkəyə qoşulmuşdur. Daha 150 məktəbin şəbəkəyə qoşulması istiqamətində hazırda iş gedir.
( Ətraflı oxuyun )
- 0
- 9 ноября 2009, 15:25
- şərh yaz



