Yazı-Pozu → Azərbaycan şriftləri və @font-face barədə

Bu yaxınlarda bir layihədə işləyərkən font (yəni şrift) anlayışı ilə ətraflı maraqlanmalı oldum. Topladığım qeydləri və informasiyaları burada səliqəli şəkildə qeyd edirəm ki, hamılıqla çatışmamazlıqları qeyd edək və yeni nəsə öyrənək. Yazı biraz uzun alına bilər amma çalışacam yararlı informasiyalar olsun, söz yığını yox. (çünki bu post bir növ özüm üçün də qeyd xarakteri daşıyır)
Məndən tələb olunan Azərbaycan şriftlərini dəstəkləməyən bir şrifti dilimiz üçün istifadəyə yararlı hala gətirmək idi. İlk olaraq köməyimə `kı yazısı çatdı. Amma mən yazıdakından fərqli olaraq təkcə Ə hərfini yox bütün Azərbaycan şriftlərin əlavə etməli idim. Ona görə biraz daha araşdırma aparmalı oldum. Belə aydın oldu ki, dilimizin çətin dəstəklənən simvolları, da (List of Unicode characters) Latin-1 (Ç-00C7 / ç-00E7, Ö-00D6 / ö-00F6, Ü-00DC / ü-00FC), Latin Extended A (Ğ-011E / ğ-011F, Ş-015E / ş-015F, İ-0130, ı-0131), Latin extended-B (Ə-018F) və IPA Extensions (ə-0259) bölmələrində (kodları ilə) sinifləndiriliblər.
Tipoqrafiya ümumiyyətlə çox geniş və dərin anlayışdı. Öz fontunuzu yaratmaq üçün araşdırıb internetdə əkrəsən ingiliscə çox maraqlı və faydalı məlumatlar tapa bilərsiniz. Məktəblər, cərəyanlar, konsepsiyalar filan araşdırılıb öyrənilməsi gərəkən bir çox amillər var.
Amma mən mövcud font`a Azərbaycan şriftlərin əlavə etməli idim. qeyd edildiyi kimi mən şrifti “redaktə” üçün Fontlab programını seçdim. Problem ondan ibarət idi ki, şrift o qədər də sadə formaya malik deyildi və Fontlabın imkanları mənə bir qədər məhdud göründü istədiyim nəticəni ala bilməyim üçün.
( Ətraflı oxuyun )
- +1
- 19 июня 2011, 00:08
- 4
Texnologiya → Skype - Azərbaycan dili paketi

Bu gün Twitter-də username-li istifadəçinin retweetində bu dil paketini gördüm. Hal hazırda dünyada çox məşhur olan Skype Azərbaycanda o qədər də geniş istifadə olunmur. Ancaq xarici əlaqələr üçün əvəzsizdir.
Dil paketi istifadəçi tərəfindən tərcümə olunub və axırıncı redaktə tarixi 21 iyul olaraq . Skype forumunda tərcümə paketini isə Bürhan Ağazadə adlı istifadəçi yerləşdirib:
( Ətraflı oxuyun )
- +5
- 30 сентября 2010, 01:38
- 6



