Blog: Subhan_CS →  Windows 7-ni Azərbaycan dilində edin


Əksər Windows 7 istifadəçiləri komputerlərini (əməliyat sistemini) Azərbaycan dilində istifadə etmək istəyirlər. Ancaq bunu etmək istəyərkən müəyyən problemlərlə qarşılaşırlar.
Hətda komputer ustalarına (usta demək olarsa) aparırlarki Azərbaycan dilində etsinlər, ustalar da deyir ki ya Azərbaycan dili olmur ya da yüksək məbləğ tələb edirlər. Mən də bütün bunları nəzərə alıb sizlər üçün dərslik hazırladım.



( Ətraflı oxuyun )
Paylaş :

Blog: RMehbaliyev →  Facebook internetdə Azərbaycandilli məzmunun yaranmasına mane olur?

Azərbaycanda son illər ərzində Facebook sosial şəbəkəsinin üzvləri durmadan artmaqdadır. Bunun əlbəttə ki, bir çox müsbət cəhətləri olsa da, mənfi cəhətləri də var. Xüsusən Facebook-un geniş yayılmasından sonra milli kontentimizin inkişafına bəzi istiqamətlərdə mənfi təsirini görmək mümkündür:

1. Forumların azalması. Azərbaycanda cəmi bir neçə il öncə kifayət qədər aktiv forum var idi və Google-da nəsə axtaran zaman daha əvvəl bir çoxlarının artıq bunu hansısa forumda soruşduğunu və bizim üçün də yarayacaq cavabı aldığının şahidi ola bilərdik. İndi isə insanlar adətən bunu öz Facebook statuslarında və ya müvafiq Facebook səhifələrində və qruplarında soruşub cavab tapırlar. Lakin məlumdur ki, daha sonra eyni sual kimdəsə yaranarsa, o həmin cavabdan istifadə edə bilməyəcək, çünki Google-da axtarış zamanı Facebook-dakı yazışmalar çıxmır və axtaran adam daha əvvəl həmin suala verilmiş cavabı görməyəcək. Eləcə də müxtəlif müzakirələrin forumlarda yox, Facebook-da aparılması Azərbaycandilli forumların zəifləməsinə səbəb olur.

2. Bloqların lazımi sürətlə artmaması. Bloqların sayı Azərbaycanda artsa da, qeyd etməliyik ki, bir çox hallarda Facebook-da qeyd (Note) funksiyası istifadəçiləri şəxsi bloqlarını yaratmaqdan daha çox onu elə çox asanlıqla Facebook hesabları ilə qeyd şəklində yazaraq paylaşmağı üstün tuturlar. Facebook-da qeyd funksiyası olmasaydı, bloqlarımızın sayı daha sürətlə artardı. Bu tipli yazıların bloqda yazılması həm də ona görə faydalıdır ki, hamı üçün baxmaq imkanı var və Google-da axtarışlar zamanı nəticələrdə görünür.

( Ətraflı oxuyun )
Paylaş :

Wikipedia →  Vikipediyada yazmaq istəyənlər üçün: Tez-tez verilən suallara cavablar


WebOxu-nun daimi oxucuları yəqin bir neçə gün öncə Vikipediya haqqında yazdığım məqaləni xatırlayırlar. Həmin yazıdan sonra Vikipediyada yazmaq istəyənlərin və buna maraq göstərənlərin əslində çox olmasını hiss etməyə başladım. Ona görə də mənə ən çox verilən suallara yazdığım qısa cavablarə və müvafiq keçidləri təqdim edirəm:

* Vikipediyada yazmaq üçün məndən nə tələb olunur? Bu suala sayt özü cavab verir: Yazmaq istəyirsənsə, cəsur ol!

* Vikipediyada yazı yazmaq istəyirəm, amma daha əvvəl bunu etməmişəm, nədən başlayım? Vikipediya bu məqsədlə Yeni istifadəçilərə kömək səhifəsi hazırlayıb.

* Yazdığım məqaləni və ya başqalarının yazdıqlarını necə redaktə edə bilərəm? Vikipediyada Məqalələrin redaktə qaydaları ilə tanış olduqda görürük ki, bu olduqca asandı və adi mətn yazmaq qədər sadədi.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Dünya Spam şəbəkəsində Azərbaycan adı da çəkilir


Yəqin ki, blogumuzun oxucuları spam barədə kifayət qədər məlumatlıdırlar. Korporativ e-maili olanların isə demək olar ki, spam e-maillər baş bəlasıdır.
Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan New York Times-da Spammerlərin Bankları haqqında bir yazı dərc olunub. Bu yazıda Azərbaycanın da adı çəkilib. Belə ki, spamerlər pul transferləri üçün Azərbaycandan da istifadə edirlər. İstəyən verilmiş linkdən yazını oxuya bilər. Yazının maraqlı məqamlarını isə mümkün qədər tərcümə edək.
Məqalə maraqlı bir fraza ilə başlayır:
Bill Gates-in 2004-cü ilin əvvəlindəki bir ifadəsi ilə — «2 il sonra spam problemi həll ediləcək». O vaxtdan indiyə çox vaxt keçib ancaq həll olunmayıb. Üstəlik indi e-maillərin 70%-ini də spamlar təşkil edir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 31 мая 2011, 03:34
  • Shaig
  • 6

Texnologiya →  Azərbaycan Respublikası “Microsoft” şirkəti ilə Proqram Təminatının Qanuniləşdirilməsinə dair Saziş imzalayır


Press-reliz: Saziş hökumət idarələrində proqram piratlığının azaldılması istiqamətində mühüm addım təşkil edir.

Azərbaycan Respublikasının hökumət rəsmiləri bu gün “Microsoft” şirkəti ilə rəsmi saziş imzalamışdır və bu isə, bütün ölkə ərazisində proqram piratlığının azaldılmasına dair yeni öhdəliyə işarə edir və sazişin əhatə etdiyi bütün hökumət idarələrində qanuni lisenziyalaşdırılmış proqram təminatından istifadə olunmasını təmin etməyə köməklik edəcək. Bu sazişin bir hissəsi kimi Azərbaycan hökuməti saxta proqram təminatı ilə bağlı riskləri azaltmaq və beləliklə də vətəndaşlara, biznes subyektlərinə və Hökumət işçilərinə göstərilən xidmətləri yaxşılaşdırmaq məqsədilə e-Hökumət xidmətlərinin yaradılması öhdəliyini götürmüşdür. Bu sazişin məqsədi 12 may 2011-ci il tarixində dərc edilmiş Business Software Alliance təşkilatının 2010-cu il üçün piratlıq üzrə tədqiqat adlı nəşrinə əsasən hal-hazırda 88 faiz kimi qiymətləndirilən Azərbaycandakı yüksək piratlıq səviyyəsinin aradan qaldırılmasına yönəldilib.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Azərbaycanda internet istifadəçilərin statistikası: 45% hardan əmələ gəlib?!


Son zamanlar Azərbaycanda internet istifadəçilərinin statistikası tez-tez xəbərlərdə qeyd olunur. Və ged-gedə qeyd olunan rəqəmlər artır. Bu yaxınlarda «Azərbaycan Marketinq Cəmiyyəti»-də tədqiqat aparıb və hesablayıb kı ölkə əhalisinin 45%-i internetdən istifadə edir. Bu rəqəmdən şübhələnib Internet World Stats saytına baş çəkdim və oradada bu rəqəmin 44,4% qalxmasının şahidi oldum (ilin əvvəli ~30% idi). Təbii ki, gündən-günə Azərbaycanda userlərin sayı artır, amma məncə statistik rəqəmlər xeyli şişirdilib. Və bunu bir nümunədə göstərmək istəyirəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 26 октября 2010, 15:48
  • anar
  • 12

Google →  Google Analytics-dəki Azərbaycan xəritəsində düzəliş

Bu mövzu barədə yazılmışdı, və bir xeyli müzakirə olunmuşdu. Bu gün Twitterdə gördüm ki, Google səhvliyi düzəldib.
Problem xəritə ilə bağlı idi. Azərbaycan, Google Analytics-də ərazirəli təhrif olunmuş formada göstərilmişdi. Ətraflı olaraq şəkilləri ilə bigə verdiyim linkdən baxmaq olar.
Düzü mən özüm analyticsdə baxdığımla, twitterdə gördüyüm şəkil arasında fərq gördüm (yenilənmə: fərqin nədən qaynaqlandığı şərhdə məlum oldu). Düzdür ərazilərin forması dəyişib. Müqayisə üçün:

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 9 июня 2010, 11:03
  • Shaig
  • 4

Blog: rashadaliyev →  GOOGLE Analytics Azərbaycanı tanımır??

Bu gün iş yoldaşımdan bir email aldım. Emaildə onun saytının Google Analytics reportu var idi və bu ölkələrə görə idi. Azərbaycan yoxdur deməsinə inanmadım doğrusu. Xəritə çox uzaqdan olduğu üçün görmədiyini düşündüm. Çünkü saytımın statistiklərinə baxarkən Azərbaycanı özəlliklə görürdüm. Daha diqqətli baxmasını yazdım… Aldığım cavab siliblər yoxdur olduğu zaman şübhələnib özüm bir daha baxmaq istədim. Axırıncı dəfə bir xeyli vaxt idi ki, xəritə olaraq analiz etmədiyim üçün şübhələndim. Baxarkən Azərbaycanı tapdım amma necə…


( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  Belarus-Azərbaycan İKT forum


Bu barədə artıq çoxlarınızın xəbəri var. İstər mətbuatda öz əksini tapan press-relizlərdən, istərsə də WebOxu`dan. Dünən bir qədər qəribə və hərəkətli bir gün keçdi. Bütün Bakı elektrik enerjisindən məhrum olduğu anda, Belarus və Azərbaycan tərəfi İKT-ni biryerdə inkişaf etdirməyə çalışırdılar. Xoşbəxtlikdən «Park-inn» generatorları sayəsində qonaqların qarşısında yalnız 2-3 san.lik elektik itkisi ilə gözükölgəli olduq. Qalan hər şey isə qrafikə uyğun keçdi.
Tədbirdə əsas maraqlı tərəflər ölkələr (Azərbaycan, Belarusiya) olduğu üçün rəsmi dəstəklə həyata keçən forumda ab-hava da rəsmi olub. Azərbaycanda bir növ «Slikon vadisi» yaratmaq üçün Belarusiya`nın da təcrübəsini öyrənmək və «Elektron Hökumət» layihəsində istifadə olunmağa yarayacaq proqram həllərinin araşdırılması üçün nəzərdə tutulan forum dünən baş tutdu.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 10 февраля 2010, 09:00
  • Sadig
  • 3