Blog: RMehbaliyev →  Facebook internetdə Azərbaycandilli məzmunun yaranmasına mane olur?

Azərbaycanda son illər ərzində Facebook sosial şəbəkəsinin üzvləri durmadan artmaqdadır. Bunun əlbəttə ki, bir çox müsbət cəhətləri olsa da, mənfi cəhətləri də var. Xüsusən Facebook-un geniş yayılmasından sonra milli kontentimizin inkişafına bəzi istiqamətlərdə mənfi təsirini görmək mümkündür:

1. Forumların azalması. Azərbaycanda cəmi bir neçə il öncə kifayət qədər aktiv forum var idi və Google-da nəsə axtaran zaman daha əvvəl bir çoxlarının artıq bunu hansısa forumda soruşduğunu və bizim üçün də yarayacaq cavabı aldığının şahidi ola bilərdik. İndi isə insanlar adətən bunu öz Facebook statuslarında və ya müvafiq Facebook səhifələrində və qruplarında soruşub cavab tapırlar. Lakin məlumdur ki, daha sonra eyni sual kimdəsə yaranarsa, o həmin cavabdan istifadə edə bilməyəcək, çünki Google-da axtarış zamanı Facebook-dakı yazışmalar çıxmır və axtaran adam daha əvvəl həmin suala verilmiş cavabı görməyəcək. Eləcə də müxtəlif müzakirələrin forumlarda yox, Facebook-da aparılması Azərbaycandilli forumların zəifləməsinə səbəb olur.

2. Bloqların lazımi sürətlə artmaması. Bloqların sayı Azərbaycanda artsa da, qeyd etməliyik ki, bir çox hallarda Facebook-da qeyd (Note) funksiyası istifadəçiləri şəxsi bloqlarını yaratmaqdan daha çox onu elə çox asanlıqla Facebook hesabları ilə qeyd şəklində yazaraq paylaşmağı üstün tuturlar. Facebook-da qeyd funksiyası olmasaydı, bloqlarımızın sayı daha sürətlə artardı. Bu tipli yazıların bloqda yazılması həm də ona görə faydalıdır ki, hamı üçün baxmaq imkanı var və Google-da axtarışlar zamanı nəticələrdə görünür.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: istiot →  Ən populyar saytlarımız hansıdır?


Bu qısa yazının məqsədi oxucuların vasitəsi ilə Azərbaycanda istifadə olunan ən populyar saytları üzər çıxarmaqdır. Xahiş edirəm şərhlərinizdə gün və ay ərzində ən çox istifadə etdiyiniz saytları göstərəsiniz. Qolunuza qüvvət!

Düzəliş (08.07.2010 20:00): Deyəsən ilk yazımdə dəqiq olmamışam. Sualım Azərbaycan saytlarına aid idi. Məqsədim Azərbaycanda yaradılan (dilindən asılı olmayaraq) saytların siyahısını çıxarmaqdır. Təbii ki, bu məqsədlə müəyyən reytinq saytlarına müraciət etmək mümkündür, lakin mən istərdim ki, burada bir növ canlı ünsiyyət yaradaq. Bu, gələcək yazılarım üçün bir cığır açacaq.
Paylaş :