Blog: thebayramli → Azərbaycan dilində WordPress pluginlər - Contact Form 7 ver. 3.1

WordPress pluginlərin Azəri dilinə tərcüməsi.
baxanda bir çox pluginlərin müxtəlif dillərə olan tərcümələrini gördüm. Fikirləşdim ki, Axı niyə görə Azəri dili bu dillər sırasında olmamalıdır? Sırf buna görə vaxta israf edirəm deməyib, WordPress pluginlərdən ən məşhurlarını tərcümə etməyə başladım və plugin müəlliflərinə göndərdim. Bunlardan isə Contact Form 7 plugini ilk olaraq yeniləndi və yeni versiyaya «Azeri» dili daxil edildi. Təbbi ki, tərcümədə bəzi sözlərin tərcüməsində nöqsanlar ola bilər. Ona görə də, nöqsanların düzəldilməsi üçün sizlərdən təklif və tələblər gözləyirəm.
( Ətraflı oxuyun )
Blog: thebayramli → WordPress quraşdırıldıqdan sonra tənzimləmələr və seçimlərin düzəldilməsi
Ümumi Məlumat:
WordPressi Real Serverdə quraşdırdıqdan sonra tənzimləmələri qaydasına salmaq lazımdır ki, gələcəkdə əlavə problemlər yaranmasın. Bunun üçün öncə Admin panelə daxil olmaq lazımdır. WordPress blogumuzun Admin Panelinə daxil olmaq üçün (istər real, istərsə local serverdə), browserdə sizinblog.com/wp-admin yazırıq, sonra WordPressi quraşdırarkən təyin etdiyimiz administrator adı və şifrəsin yazıb daxil oluruq. Daxil olduqdan sonra Admin Panelin menyusunda Tənzimləmələr (Settings) Menyusunda olan, Ümumi (General), Writing (Yazma), Reading (Oxuma), Discussion (Müzakirə), Media (Media), Privacy (Məxfilik), Permalinks (Perma Linklər) alt menyularına bir-bir daxil olaraq tənzimləməliyik.
( Ətraflı oxuyun )
- +1
- 12 января 2012, 23:48
- şərh yaz
Blog: RMehbaliyev → Facebook internetdə Azərbaycandilli məzmunun yaranmasına mane olur?
Azərbaycanda son illər ərzində sosial şəbəkəsinin üzvləri durmadan artmaqdadır. Bunun əlbəttə ki, bir çox müsbət cəhətləri olsa da, mənfi cəhətləri də var. Xüsusən Facebook-un geniş yayılmasından sonra milli kontentimizin inkişafına bəzi istiqamətlərdə mənfi təsirini görmək mümkündür:1. Forumların azalması. Azərbaycanda cəmi bir neçə il öncə kifayət qədər aktiv forum var idi və -da nəsə axtaran zaman daha əvvəl bir çoxlarının artıq bunu hansısa forumda soruşduğunu və bizim üçün də yarayacaq cavabı aldığının şahidi ola bilərdik. İndi isə insanlar adətən bunu öz Facebook statuslarında və ya müvafiq Facebook səhifələrində və qruplarında soruşub cavab tapırlar. Lakin məlumdur ki, daha sonra eyni sual kimdəsə yaranarsa, o həmin cavabdan istifadə edə bilməyəcək, çünki Google-da axtarış zamanı Facebook-dakı yazışmalar çıxmır və axtaran adam daha əvvəl həmin suala verilmiş cavabı görməyəcək. Eləcə də müxtəlif müzakirələrin forumlarda yox, Facebook-da aparılması Azərbaycandilli forumların zəifləməsinə səbəb olur.
2. Bloqların lazımi sürətlə artmaması. Bloqların sayı Azərbaycanda artsa da, qeyd etməliyik ki, bir çox hallarda Facebook-da qeyd (Note) funksiyası istifadəçiləri şəxsi bloqlarını yaratmaqdan daha çox onu elə çox asanlıqla Facebook hesabları ilə qeyd şəklində yazaraq paylaşmağı üstün tuturlar. Facebook-da qeyd funksiyası olmasaydı, bloqlarımızın sayı daha sürətlə artardı. Bu tipli yazıların bloqda yazılması həm də ona görə faydalıdır ki, hamı üçün baxmaq imkanı var və Google-da axtarışlar zamanı nəticələrdə görünür.
( Ətraflı oxuyun )
- +1
- 4 августа 2011, 19:55
- 25
Wikipedia → Vikipediyada yazmaq istəyənlər üçün: Tez-tez verilən suallara cavablar

WebOxu-nun daimi oxucuları yəqin bir neçə gün öncə i xatırlayırlar. Həmin yazıdan sonra Vikipediyada yazmaq istəyənlərin və buna maraq göstərənlərin əslində çox olmasını hiss etməyə başladım. Ona görə də mənə ən çox verilən suallara yazdığım qısa cavablarə və müvafiq keçidləri təqdim edirəm:
* Vikipediyada yazmaq üçün məndən nə tələb olunur? Bu suala sayt özü cavab verir: Yazmaq istəyirsənsə,
* Vikipediyada yazı yazmaq istəyirəm, amma daha əvvəl bunu etməmişəm, nədən başlayım? Vikipediya bu məqsədlə səhifəsi hazırlayıb.
* Yazdığım məqaləni və ya başqalarının yazdıqlarını necə redaktə edə bilərəm? Vikipediyada ilə tanış olduqda görürük ki, bu olduqca asandı və adi mətn yazmaq qədər sadədi.
( Ətraflı oxuyun )
- 0
- 21 июля 2011, 22:20
- 6
Texnologiya → Skype - Azərbaycan dili paketi

Bu gün Twitter-də username-li istifadəçinin retweetində bu dil paketini gördüm. Hal hazırda dünyada çox məşhur olan Skype Azərbaycanda o qədər də geniş istifadə olunmur. Ancaq xarici əlaqələr üçün əvəzsizdir.
Dil paketi istifadəçi tərəfindən tərcümə olunub və axırıncı redaktə tarixi 21 iyul olaraq . Skype forumunda tərcümə paketini isə Bürhan Ağazadə adlı istifadəçi yerləşdirib:
( Ətraflı oxuyun )
- +5
- 30 сентября 2010, 01:38
- 6
PHP-Fusion → PHP-Fusion
PHP proqramlaşdırma dilində yazılmış, MySQL Məlumat bazası istifadə edən sürətli, təhlükəsiz Açıq Qaynaq Kodlu(Open Source) CMS(Content Management System — Tərkib İdarəetmə Sistemi)-dir.

4 ilə yaxındır ki, bu script-dən istifadə edirəm. Çox razıyam. Kodları aydın və səliqəli yazılıb. Çoxlu modulları var. İstənilən dəyişikliyi etmək mümkündür. Mənfi cəhəti odur ki, tənbəl malı deyil. Hər şeyi bir tıkla həll olunmur vördpress-dəki kimi :)
Scriptin tərcüməsi mənə aiddir(bəzi düzəlişlərə görə Qoşqar Məmmədova təşəkkürlər). Scriptlə bağlı tərcümə və paylaşımlarımı bundan sonra burada paylaşacağam.
Rəsmi Sayt:
Vaxt elədikcə burada paylaşımlarımı yerləşdirəcəyəm.

4 ilə yaxındır ki, bu script-dən istifadə edirəm. Çox razıyam. Kodları aydın və səliqəli yazılıb. Çoxlu modulları var. İstənilən dəyişikliyi etmək mümkündür. Mənfi cəhəti odur ki, tənbəl malı deyil. Hər şeyi bir tıkla həll olunmur vördpress-dəki kimi :)
Scriptin tərcüməsi mənə aiddir(bəzi düzəlişlərə görə Qoşqar Məmmədova təşəkkürlər). Scriptlə bağlı tərcümə və paylaşımlarımı bundan sonra burada paylaşacağam.
Rəsmi Sayt:
Vaxt elədikcə burada paylaşımlarımı yerləşdirəcəyəm.
- +1
- 7 февраля 2010, 21:44
- 10
AzerDict → AzerDict Yeni Onlayn Lüğət Səhifəsinin Açıldığını Elan Edir
Press-reliz: AzerDict Onlayn Azərbaycanca-İngiliscə və İngiliscə-Azərbaycanca lüğəti istifadəyə verdi.İstanbul, 01.02.2010 – AzerDict Azərbaycanda artan istifadəçi kütləsini və onların xarici saytlara artan marağını nəzərə alaraq internetdə Azərbaycan və İngilis dillərində ən böyük və ən əhatəli ikitərəfli tərcümə xidməti təklif edən onlayn lüğəti yayımladı.
( Ətraflı oxuyun )
- +1
- 1 февраля 2010, 19:26
- 7
AİF → İKT və Azərbaycan dilinin istifadəsi problemləri
Bu gün Atatürk Mərkəzində AİF tərəfindən “İKT və Azərbaycan dilinin istifadəsi
problemləri” mövzusunda Dəyirmi Masa keçirilib.
AİF prezidenti Osman Gündüz son dövrlərdə müasir Azərbaycan dilində İKT ilə əlaqəli xeyli yeni sözlərin əmələ gəldiyini və bu sözlüklərin də böyük əksəriyyətinin Orfoqrafiyada
öz əksini tapmadığını bildirib. O, ölkədə İKT –nin inkişaf tempi ilə, İnformasiya texnologiyalarından istifadə edənlərin artım tempi ilə bu sahədə Azərbaycan dilindən effektiv istifadənin uzlaşmadığını vurğulayıb. Bununla bağlı maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələrin keçirilməsinin zərurət yarandığı və bunun əhəmiyyətli olacağını qeyd edilib.
( Ətraflı oxuyun )
problemləri” mövzusunda Dəyirmi Masa keçirilib.
AİF prezidenti Osman Gündüz son dövrlərdə müasir Azərbaycan dilində İKT ilə əlaqəli xeyli yeni sözlərin əmələ gəldiyini və bu sözlüklərin də böyük əksəriyyətinin Orfoqrafiyada
öz əksini tapmadığını bildirib. O, ölkədə İKT –nin inkişaf tempi ilə, İnformasiya texnologiyalarından istifadə edənlərin artım tempi ilə bu sahədə Azərbaycan dilindən effektiv istifadənin uzlaşmadığını vurğulayıb. Bununla bağlı maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələrin keçirilməsinin zərurət yarandığı və bunun əhəmiyyətli olacağını qeyd edilib.
( Ətraflı oxuyun )
- 0
- 25 ноября 2009, 19:42
- şərh yaz
AİF → “İKT və Azərbaycan dilinin istifadəsi problemləri” mövzusunda Dəyirmi Masa keçiriləcək.
25 noyabr tarixdə Azərbaycan İnternet Forumu tərəfindən “İKT və Azərbaycan dilinin istifadəsi problemləri” mövzusunda Dəyirmi Masa keçiriləcək.Dəyirmi Masada İKT sahəsində, o cümlədən İnternetdə dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemlər ətrafında müzakirələr aparılacaq.
( Ətraflı oxuyun )
- 0
- 20 ноября 2009, 12:32
- şərh yaz
Texnologiya → “İKT və Azərbaycan dilinin istifadəsi problemləri”-nə dair Dəyirmi Masa keçiriləcək

25 noyabr tarixdə Azərbaycan İnternet Forumu “İKT və Azərbaycan dilinin istifadəsi problemləri” mövzusunda Dəyirmi Masa keçirəcək.
Dəyirmi Masada İKT sahəsində, o cümlədən İnternetdə dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemlər ətrafında müzakirələr aparılacaq.
( Ətraflı oxuyun )
- 0
- 16 ноября 2009, 14:32
- şərh yaz



