Blog: Shaig →  Niyə sərbəst browser seçimindən sonra Opera istifadəçiləri çoxalır?


Fevral ayından yazmışdım ki, Microsoft Avropada browser seçim hüququnu sərbəst edibdi. Bundan ən xeyir görən isə Opera olubdu. Operanın yüklənməsi sürətlə artıbdı. Ümumiyyətlə Opera bu müddətə 2 dəfə böyüyübdü. Yəqinki araşdırma şirkətlərinin açıqlamaları gələndə bunu daha aydın görmək olacaqdı. Bu Operanın öz məlumatlarıdır. Hətta bəzi Avropa dövlətlərində 200-300% yükləmə artımı olubdu. Bəs bunun görən bunun səbəbi nədir? Yəni adi istifadəçi, browseri olmayan biri ilk dəfə niyə Operanı yükləmək üçün seçir. Razıyamki Opera, İnternet Explorer`dən yaxşıdır. Ancaq Firefox, Chrome, Safari kimilərindən daha çox niyə Opera seçilir? Hətta Firefox və Chrome Operadan da üstündürlər demək olar. Mənim şəxsi fikrimcə bunun 2 səbəbi var. Bir səbəb rəngdir. Operanı digərlərindən dərhal seçir. Qırmızı logo. Daha çox diqqət çəkir. Digər səbəb isə onun adıdır. Opera bir musiqi növü kimi, Avropada kifayət qədər seviləndir. Adıda insanların ağlında yer eləyibdi. İnsanlara FireFox ya da Chrome heç bir məna ifadə etmir. Ona görə Opera adı daha doğma gəlir istifadəçilərə. Avropa mədəniyyətində olan Opera musiqisi, onların səyyah seçiminə də təsir edir. Mən belə düşünürəm. Beləcə Opera daha çox yüklənir.
Paylaş :
  • +1
  • 19 марта 2010, 13:19
  • Shaig
  • 8