Mobil Texnologiya →  Opera Mini artıq iPhone`da! [video]

Mobil browserlər arasında ən çox istifadə olunan Opera Mini artıq iPhone`larda da istifadəyə hazırdı. Mart ayının 23-də öz saytları üzərindən rəsmi şəkildə press-reliz yayıblar. Opera Mini Apple App Store`a təqdim olunubdu. İndi təsdiqlənməyini gözləyir. Mobil Dünya Konqresi 2010`da ilk dəfə ortaya çıxan və çox müvəffəqiyyətli olan browser, rəqiblərinə görə 6 qat sürətli olmaqla öyünür. Bunun arxasındakı texnologiya isə Operanın serverlərində yatır. Şirkətə görə, açılacaq səhifəni 90% nisbətində sıxışdırıb daha sonra telefona köçürən bu sistem, həm sürət həm də endirilən məlumat baxımından istifadəçiyə asanlıq yaradır. Safari üçün webdə də ciddi rəqib olan Opera`nı görək Apple mobil cihazlarında da özünə rəqib olmaq üçün App Store`a qəbul edəcək, ya yox. Hər halda Opera artıq iPhone üçün tam hazırdı. Qalır Apple`ın Store üçün təsdiqləməyi. Hətta nümunə videosu da çəkilibdi:


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 24 марта 2010, 01:47
  • Shaig
  • 2

Təhlil →  Apple və Microsoftun sosial platforma marağı

Bu FacebookTwitter gedərək böyüyür, böyüdükcə də böyük Texnologiya şirkətlərinin canına qorxu salır. Hətta Hitwise deyilən bir araşdırma şirkətinin mart ayının ikinci həftəsinə olan raportuna görə ABŞ`ın ən çox ziyarət edilən saytı ənənəvi olaraq Google yox Facebook oldu. Yəni çox kiçik bir payla da olsa Facebook Google`u arxada qoydu. Bu isə Facebook`un gücünü həqiqətən göstərir.

0.04% `lük bir qabaqlama ilə Google`u keçən Facebook`un bundan sonra nələ edəcəyi maraqlıdır. Hər halda Google`un sosial şəbəkəyə olan marağını indi daha yaxşı başa düşmək olar. Ancaq bu maraq təkcə Google`a məxsus deyil. Digər böyük texnologiya şirkətləri də buna maraq göstərir.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Nəhənglərin mübahisəsi qızışır


Nəsə son vaxtlarda texnologiya nəhəngləri yola getmirlər. Hər dəfə bacardıqca biri, digərindən üstünlüyünü göstərməyə çalışır. Artıq iş o yerə çatıbdı ki, arada başqa şirkətlər də qalır. Axırıncı dəfə isə məsələ HTC`nin «başında çatlayıb». Bu Apple, Nokia ilə bir xeyli məhkəmələrdə üz-üzə gəlirdi, ona görə bir xeyli təcrübəsi var. Bu dəfə Steve Jobs`un xətrinə Google dəyibdi. Arada qalan isə HTC olub. Çünki Steve Jobs iddia edir ki, onlara aid texnologiyaları məhz Nexus One`da istifadə ediblər. Bu məhkəmə bir növü Google`a atılan daşdır. Əvvəl rəqabət sahəsində Microsoft-Apple görmək daha xarakterik hal almışdı. Google`un belə gözlənilməz yüksəlişi ona qarşı olanlarında sayını artırıbdı. Görünür Apple Nexus One`ı həqiqətən də iPhone`a rəqib görür ki, bu addımı atıbdı.
Paylaş :
  • +2
  • 3 марта 2010, 17:21
  • Shaig
  • 5

Apple →  Apple rəqiblərinə acıq verib


Apple`ın səhmdarları arasında toplantı keçirilibmiş. Əsasən bu yığıncaqlarda Steve Jobs iştirak etmir. Ancaq bu dəfəki yığıncaqda iştirak edibdi. Belə görsənir ki, nəsə vacib məsələləri müzakirə ediblər. Üstəlik yığıncaqdan sonra da Steve yaman iddialı danışıbdı. Onun açıqlamasına görə, Apple bundan sonra bir sıra riskli işlərə yatırım edəcəkmiş. Eyni zamanda bəzi şirkətləri də satın almaq niyyətləri var. Bu yatırımlarda isə, Steve Jobs uğursuzluq halında isə, 40 milyard dollarlıq nəğdinə güvəndiklərini dedi.
Apple`ın iPhone və iPod satışlarından hədis kar əldə etdiyi bilinir. Həmin gəlirlərə görə də Apple heç yerdən kredit almadan istədiyi işə sərbəst şəkildə girə bilər. Şirkətin belə böyümə potensialının olmağı və bunu yaxşı dəyərləndirməyi də, başda Google olmaq üzrə bir çox rəqib şirkəti də narahat edər yəqin.
Digər tərəfdən Google`un mobil telefonundan sonra Steve Jobsun səhmdarlar toplantısında iştirakı və sonrasındakı bu cür açıqlamaları adamda şübhələr də yaradır. Maraqlıdır görən Apple internet sahəsində nələrsə etməyi fikirləşir?

Yeri gəlmişkən qeyd edim ki, Apple`ın yeni qərarları arasında Çində 25 rəsmi store açmaq var.
Paylaş :

Texnologiya →  Texnologiya sahəsində rəqiblər artır


Nəsə son zamanlarda texnologiya şirkətləri bir-birlərinin bazarına girməyə başlayırlar. Gedərək rəqabət qızışır. Əvvəl daha çox hamı Microsoft`a «cırnayırdısa» indi artıq vəziyyət dəyişibdi. Müxtəlif güclü qütblər yaranır və onlar arasında ciddi mübarizə başlayır. İndi biz Google-Apple (Nexus One-iPhone, Tablet PC`lər, Chrome-Safari, Chrome OS-Macintosh), Google-Microsoft (Chrome-Explorer, Windows-Chrome OS, Windows Mobile-Android, Google search-Bing) Microsoft-Apple (Explorer-Safari, Windows-macintosh, Windows Mobile-iPhone). Əsas bu nəhənglər arasında olan mübarizədən başqa, bir pillə aşağıda olan texnologiya şirkətləri də bu mübarizəyə qoşulublar.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 22 февраля 2010, 21:09
  • Shaig
  • 2

Apple →  Apple Azərbaycanın saytı işləmir

Keçənlərdə APPLE`ın Azərbaycan CEO`su Ramin Musayev`in müsahibəsini oxumuşdum. Müsahibədən hiss olunurdu ki, Apple`a xüsusi bir simpatiyası da var.
Müsahibəsində alıcalara məsləhət görərək bir ünvan vermişdi ki, həmin ünvandan alış-verişdən qabaq istifadə etsinlər:

Ancaq həmin vaxtdan bu linkdən istifadə etmək olmurdu. Buraya daxil olanda HostCMS`in xəbərdarlığı çıxırdı:

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 9 февраля 2010, 01:00
  • Shaig
  • 7

Apple →  Apple, Tablet PC-ni tanıtdı [video-pic]


Apple nəhayət hər kəsin gözlədiyi Tablet PC`ni təqdim elədi. 27 yanvarda keçirilən Apple eventi zamanı təqdim edilən məhsul artıq bütün texnologiya aləminin müzakirə mövzusudur. Düzü indiyə qədər iSlate olaraq adı keçirdi. Deyilənlərə görə guya belə adlanacaqdı. Ancaq yeni cihazın adı Apple iPad`dir. Bu arada onu da deyim ki, iSlate olsa daha yaxşı olardı.
Cihaz bir növ mobil ilə netbuk arasıdır (nəsə hələ ki qıraqdan mənə oyuncaq kimi gəlir). İndidən bunun üçün app`lar hazırlanmaq yolunda addımlar atılır. iPhone üçün yazılmış app`lar isə iPad üçün istifadəyə yararlı hala gətirilir. Texnologiya dünyasına xeyirli olsun.

Yeri gəlmişkən Çinlilər bunun da bənzərini çıxarıblar.

iPad`ın vedio istifadəsi:

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 28 января 2010, 17:44
  • Shaig
  • 2

Texnologiya →  Böyük şirkətlərin rəqabəti

Texnologiya sahəsində fəaliyyət göstərən nəhəng şirkətlərin bir-birinə qarşı rəqabət sahəsi genişlənir. Bu sahədə əsasən 3 böyük və 1 orta şirkətin mübarizəsi var. Onlar getdikcə bir-birlərinin fəaliyyət sahəsinə daxil olurlar.
2008`də başlayan iqtisadi böhran 2009-cu ilin ikinci yarısından sonra sona çatdı. Bundan sonra şirkətlər daha böyük sərmayə qoyuluşları və yeni sahələrə giriş etdilər. Xüsusəndə son zamanlar Google`un xəbərlərini çox verməyə başlamışdıq. 2010 isə təzə başlayıbdı və artıq rəqabət sahəsi daha genişlənibdir. Bu gün Habr`da oxuduğum bir blog posta, New York Times`a istinadən bir qrafika göstərilmişdi. Mənə çox maraqlı gəldi və bölüşməyi qərara aldım:
Paylaş :
  • 0
  • 23 января 2010, 16:33
  • Shaig
  • 2

İnternet →  New York Times`ın internet saytı pullu olacaq


New York Times, 2011-ci ildən etibarən internet məzmununu ödənişli təqdim edəcək.

Apple və ABŞ`ın ən böyük nəşr orqanlarından New York Timesin (NYT) arasından su keçmir. Qəzet rəhbərliyi, NYT, ödənişli veb məzmunu dövrünə keçəcəyini və bunun əbədi dostu Apple ilə əməkdaşlıqla olacağını bəyan etdi

Əgər nəsə bir axsaqlıq olmasa proyekt 2011-ci ildə reallaşacaq. Müəyyən sayta ödənişsiz məzmundan sonrasında internet üzərində oxunan xəbərlər üçün abunəlik istəniləcək. Ödənişli — ödənişsiz məzmun tarazlığı, «sayğac» ilə idarə olunacaq. Ayrıca hələ rəsmi olaraq var olmayan «Apple Tablet» üçün xüsusi məzmun və kampaniyalar da olacaq.

Düzü bu proyektin uğurlu olub olmayacağı hamı üçün maraqlıdır. Çünki kifayət qədər pulsuz xəbər almaq imkanları olduğu halda kim pul ilə internetdə məzmun satın alar bilinmir.
Paylaş :
  • +1
  • 21 января 2010, 21:27
  • Shaig
  • 8

Blog: KoLGe →  Apple iPhone-nun default axtarış sistemini Bing-ə dəyişmək üçün Microsoftla danışıqlara başlayıb.

Apple ilə Google şirkətlərinin bir-birilərini «sevmədiklərini» bilirdik amma deyəsən vəziyyət get-gedə gərinləşməkdədir :)



Google-un iPhone rəqib olaraq bazara çıxardığı Nexus One-dan sonra isə ara lap qızışdı…

Deyilənlərə görə Apple Microsoft ilə danışıqlara girib ki, iPhone-nin "default" axtarış sistemini Bing ilə dəyişsin. (Google əvəzinə Bing)

İphone çox satılıb və istifadəçisi çoxdur… Bu Google-a hər halda öz təsirini göstərəcək… Bing üçün çox gözəl «raskrutka» imkanı yaranıb.

Görək nəticə necə olacaq.

Mənbə: Mashable
Paylaş :
  • +1
  • 20 января 2010, 18:32
  • Panda
  • 3