Blog: n_rashad1989 → Apple istədiyini etdi!HTClərin satışı qadağan edildi! Amma buna sevinən də HTC oldu!
Apple 2010cu ilin martında ABŞ-da HTC-ə qarşı açdığı iddiada, şirkətin özünə aid 10 patenti pozduğunu qeyd etmiş və aralarında EVO 4G-nin də olduğu bəzi HTC modellərinin satışını qadağan edilməsini istəmişdi.Məhkəmə qərarı açıqladı.HTCin yalnız 1 ədəd Apple patentini pozduğuna qərar verdi, 2012ci ilin Aprel ayından etibarən bu modellərin satışının qadağan edildiyini elan etdi.
( Ətraflı oxuyun )
- +1
- 20 декабря 2011, 18:12
- şərh yaz
Mobil Texnologiya → Google, Androidlərdə istifadə edilən "pattern unlock" patentini aldı

Apple-dan sonra Google da öz mobil əməliyyat sistemi Androiddə istifadə edilən ekran kilidi açma üsulunun patentini aldı. Bundan sonra Google-un icazəsi olmadan bu üsul istifadə edilə bilməyəcək.
İndiki vaxtda bir çox Androidli telefon istehsalçısı tərəfindən istifadə edilən bu ekran kilidi açma üsulu, əməliyyat sisteminin menyusunda var. İstifadəçiyə öz istədiyi fiquru çəkərək onu ekran kilidi kimi istifadə etməyə imkan verir.
( Ətraflı oxuyun )
- +1
- 21 ноября 2011, 00:10
- şərh yaz
Blog: Teodor86 → Barak Obama: Stiv Cobs Amerikanın ən böyük innovatorlarından biri idi

ABŞ prezidenti Barak Obama (Barack Obama) Stiv Cobsun (Steve Jobs) ölümünə həsr edilmiş şəxsi bəyanatını dərc edib.
« Mişel və mən Stiv Cobsun ölümü xəbəri ilə sarsılmışıq. Stiv Amerikanın ən böyük innovatorları arasında idi; başqa cür düşünmək üçün kifayət qədər cəsarətli, dünyanı dəyişdirə biləcəyinə inanmaq üçün kifayət qədər kobud və bunu etmək üçün kifayət qədər istedadlı idi" — Obama bildirib.
"Öz qarajından başlayaraq dünyada ən müvəffəqiyyətli şirkətlərdən birini yaradaraq o, amerika ixtiraçılığının ruhunu təcəssüm edirdi. Kompyuterləri fərdi edərək və interneti ciblərimizə qədər gətirərək, o, informasiya inqilabını yalnız əlçatan deyil, həm də aydın və şən edib. Stiv tez-tez belə deməyi sevərdi: o, hər gün elə yaşayır ki, sanki bu, onun üçün son gün idi. Bu səbəbdən o, bizim həyatımızı, bütövlükdə sənayelərin iş prinsiplərini dəyişdirə bildi.
( Ətraflı oxuyun )
- +2
- 6 октября 2011, 10:09
- şərh yaz
Blog: Tural → Steve Jobs dünyasını dəyişdi
Bilindiyi kimi Jobs, bir müddətdir xərçənglə mübarizə aparırdı. Son zamanlarda xəstəliyinin artması, onun çox sevdiyi Appledən belə uzaq qalmasına səbəb olmuşdu və son olaraq CEO-luq vəzifəsini Tim Cooka həvalə etmişdi…56 yaşında həyatını itirən əfsanə adın ölüm xəbərini Apple, rəsmi internet saytından bildirdi. Jobsun şəkilini əsas səhifəsinə yerləşdirən şirkət, bu sözləri yazdı:
( Ətraflı oxuyun )
- 0
- 6 октября 2011, 09:00
- 1
Blog: Teodor86 → Apple: Stiv Cobs dünyasını dəyişib

Apple şirkəti faciəli hadisə haqqında bildirib: Apple şirkətinin baş direktoru vəzifəsindən formal gedişindən 1 ay sonra sonra əvəzsiz lider, şirkətin və onun bütün yeniliklərinin əsas ilhamvericisi olan Stiv Cobs ölüb. Cobsun ölümünü şirkətin mətbuat xidməti rəsmən təsdiq edib. Hal-hazırda Apple saytında artıq müvafiq informasiya və qısa nekroloq (ölən adama və onun həyat və fəaliyyətinə həsr olunan məqalə) yerləşdirilib.
Cobsun 56 yaşı var idi. O, ağır xəstəlikdən – mədəaltı vəzi xərçəngindən ölüb. Şirkətdən bildirirlər ki, Cobs son günə qədər Apple şirkəti ilə birlikdə idi və hətta öz gedişindən sonra belə şirkətə kömək edirdi. Öz əvəzolunmaz, xarizmatik liderinin ölümü münasibəti ilə Apple şirkətindən bildiriblər: insanların ən yaxşı halda edə bildikləri bu, başsağlığı ifadə etmələri və internetdə öz fikirlərini bölüşmələridir. " Əgər siz öz fikirlərinizlə, xatirələrinizlə bölüşmək istəyirsinizsə, zəhmət olmasa RememberingSteve@apple.com ünvanına yazın" — şirkətdən bildiriblər.
( Ətraflı oxuyun )
- +1
- 6 октября 2011, 08:23
- 2
Apple → iPhone 4S-in təqdimatından videolar [edit#1] [video]

Bu gün iPhone 4-ün tanıtımı oldu. Apple bu cür tanıtımları digər texnologiya şirkətlərindən fərqli olaraq canlı yayımla vermir. Ancaq tədbirdən canlı bloglar yazılır. Tədbirin mühüm hissələri barədə Weboxu-da Engadget və başqa resurslardan əldə etdiyimi mühüm məlumatları .
CNN isə tədbirin bəzi yerlərini video formatında internetdə yerləşdirib.
( Ətraflı oxuyun )
- +1
- 5 октября 2011, 01:22
- şərh yaz
Apple → Steve Jobs, Apple CEO-luğundan istefa verdi
Steve Jobs, Çərşənbə günü həmtəsisçi olduğu Apple-ın idarə heyətinə istefasını təqdim etdi.«Mən həmişə demişəm, əgər Apple CEO-su kimi öz vəzifəmin öhdəsindən gələ bilməsəm ilk olaraq özüm bu barədə məlumat verəcəm. Təəssüf ki, o gün gəlmişdir» deyə yazdı.
( Ətraflı oxuyun )
- 0
- 25 августа 2011, 03:39
- 2
Blog: Teodor86 → Apple şirkətinin yeni qərargah binası ölçülərinə görə Pentaqonu üstələyəcək

Apple korporasiyasının yeni qərargahı (2015-ci ildə istifadəyə vermək planlaşdırılır) ölçülərinə görə Pentaqonu (ABŞ Müdafiə Nazirliyinin binası) üstələyəcək, Mac Observer nəşri bildirib.
Nəşrin jurnalistlərinin hesablamalarına əsasən, Apple şirkətinin silindrik formada olacaq yeni qərargah binasının diametri təxminən 492 metr təşkil edəcək. Bu halda isə beşbucaqlı formasında hazırlanmış Pentaqon binasının yerləşdiyi dairənin diametri 477 metrə bərabərdir.
( Ətraflı oxuyun )
- 0
- 18 августа 2011, 15:31
- şərh yaz
Apple → AppStore Azərbaycan üçün də aktiv oldu [yenilənib]
Apple şirkətinə məxsus application mağazadı AppStore-da Azərbaycanın adı yox idi. Qeydiyyatdan keçmək, oradan nəsə endirmək istəyənlər qonşu ölkələr adından qeydiyyatdan keçirdilər.
Bu gün Apple-ın Azərbaycandakı mağazası Alma Store-un Facebook Page-ində bu barədə xəbər . Yazılana görə, App Store-da ölkəmizin adını əlavə etmək üçün Apple-ın Azərbaycandakı biznes partyoru olan Mac.az Ltd şirkətinin təşəbbüsü olub.
Bu mağaza Mac OS X Lion üçün olan -dur. Ümid edirik, ki yaxın vaxtlarda Azərbaycan Apple məhsullarında tam dəstəklənəcək. Mövzu barədə ətraflı olaraq İnfoCity-də .
Qeyd edək ki, dünyada fəaliyyət göstərən nəhəng şirkətlərdən yalnız Apple-ın application mağazası Azərbaycan üçün aktiv deyildi. Bundan əvvəl və Google Androidin mağazası də Azərbaycan üçün aktivləşmişdi. Beləliklə texnologiya nəhənglərinin Azərbaycan bazarına girişləri də sürətlənir.

Yeniləmə #1: 25 iyul — iTunes Store-da da Azərbaycan adı aktivdir. Artıq istənilən şirkət öz app (proqram) –ini hazırlayaraq App Store-da yerləşdirə və lokal iPhone, iPad və iPod touch istifadəçilərinin onların xidmətlərindən yararlanmasına şərait yarada bilərlər.
Bu gün Apple-ın Azərbaycandakı mağazası Alma Store-un Facebook Page-ində bu barədə xəbər . Yazılana görə, App Store-da ölkəmizin adını əlavə etmək üçün Apple-ın Azərbaycandakı biznes partyoru olan Mac.az Ltd şirkətinin təşəbbüsü olub.
Bu mağaza Mac OS X Lion üçün olan -dur. Ümid edirik, ki yaxın vaxtlarda Azərbaycan Apple məhsullarında tam dəstəklənəcək. Mövzu barədə ətraflı olaraq İnfoCity-də .
Qeyd edək ki, dünyada fəaliyyət göstərən nəhəng şirkətlərdən yalnız Apple-ın application mağazası Azərbaycan üçün aktiv deyildi. Bundan əvvəl və Google Androidin mağazası də Azərbaycan üçün aktivləşmişdi. Beləliklə texnologiya nəhənglərinin Azərbaycan bazarına girişləri də sürətlənir.

Yeniləmə #1: 25 iyul — iTunes Store-da da Azərbaycan adı aktivdir. Artıq istənilən şirkət öz app (proqram) –ini hazırlayaraq App Store-da yerləşdirə və lokal iPhone, iPad və iPod touch istifadəçilərinin onların xidmətlərindən yararlanmasına şərait yarada bilərlər.
- 0
- 22 июля 2011, 13:48
- şərh yaz
Blog: Teodor86 → Bloomberg agentliyi iPhone 5-in xarakteristikalarını bildirib
Bloomberg informasiya agentliyi Apple şirkətinin istifadəyə hazırladığı yeni iPhone smartfonunun xarakteristikalarını dərc edib. İnformasiyanı şirkətə yaxın və anonim qalmağı istəyən 2 mənbə verib.Yeni iPhone 2 nüvəli A5 prosessoru əsasında olacaq. Analojı çip iPad 2 planşetində istifadə olunur. Qurğu 8 meqapiksellik kamera ilə təchiz ediləcək və iOS 5 əməliyyat sistemi ilə işləyəcək.
Bloomberg-in məlumatına görə, şirkət qurğunu sentyabrda təqdim edəcək. Xarici görünüşünə görə o, sələfi — iPhone 4 smartfonu ilə oxşar olacaq. Xatırladaq ki, iPhone 4 800 meqahers (MHz) tezlikli A4 prosessorundan istifadə edir və5 meqapiksellik kamera ilə təchiz olunub.
( Ətraflı oxuyun )
- 0
- 22 июня 2011, 13:02
- 4



