Apple →  AppStore Azərbaycan üçün də aktiv oldu [yenilənib]

Apple şirkətinə məxsus application mağazadı AppStore-da Azərbaycanın adı yox idi. Qeydiyyatdan keçmək, oradan nəsə endirmək istəyənlər qonşu ölkələr adından qeydiyyatdan keçirdilər.
Bu gün Apple-ın Azərbaycandakı mağazası Alma Store-un Facebook Page-ində bu barədə xəbər veriblər. Yazılana görə, App Store-da ölkəmizin adını əlavə etmək üçün Apple-ın Azərbaycandakı biznes partyoru olan Mac.az Ltd şirkətinin təşəbbüsü olub.
Bu mağaza Mac OS X Lion üçün olan Mac App Store-dur. Ümid edirik, ki yaxın vaxtlarda Azərbaycan Apple məhsullarında tam dəstəklənəcək. Mövzu barədə ətraflı olaraq İnfoCity-də yazılıb.
Qeyd edək ki, dünyada fəaliyyət göstərən nəhəng şirkətlərdən yalnız Apple-ın application mağazası Azərbaycan üçün aktiv deyildi. Bundan əvvəl Blackberry-nin mağazası App World və Google Androidin mağazası Android Market də Azərbaycan üçün aktivləşmişdi. Beləliklə texnologiya nəhənglərinin Azərbaycan bazarına girişləri də sürətlənir.


Yeniləmə #1: 25 iyul — iTunes Store-da da Azərbaycan adı aktivdir. Artıq istənilən şirkət öz app (proqram) –ini hazırlayaraq App Store-da yerləşdirə və lokal iPhone, iPad və iPod touch istifadəçilərinin onların xidmətlərindən yararlanmasına şərait yarada bilərlər.
Paylaş :

Mobil Texnologiya →  App Store ilə Android Market app sayı avqust 2011-də eyniləşə bilər


Fevral ayından bəri Android Marketin böyüklüyünün Applenin App Store-nu keçəcəyinə istiqamətli analizlər nəşr olunur. Android Marketin göstərdiyi diqqətə layiq böyümə və App Store-daki yavaşlama bu inancın qaynağını meydana gətirir. Nəşr olunan son bir analiz isə bir az daha iddialı versiya irəli sürərək Android Marketin böyüklüyünün Avqust 2011′də Applenin mobil app. mağazasınınkını geridə buraxacağını deyir.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Google və Apple-ın yeni ödəniş formaları

Developerləri və media yayım şirkətlərini cəlb etmək üçün hər iki platforma da yeniliklər etdi.
Əvvəlcə Apple öz yeniliklərini açıqladı. Apple, əslində iOS 4.3 ilə birlikdə çıxmağı gözlənilən abunəlik sisteminin həyata keçirdi. The Dailyin iki həftə əvvəlki təqdimatı əsnasında danışan Apple nümayəndəsi Eddy Cue abunəlik sisteminin çox yaxında gələcəyini ifadə etmişdi. Abunəlik sistemiylə iPad istifadəçiləri izlədikləri davamlı nəşrlərə həftəlik, aylıq, iki aylıq, üç aylıq, illik kimi fərqli şəkillərdə abunə ola biləcək.

( Ətraflı oxuyun )
Paylaş :