Facebook →  Facebook-dan iki yeni təhlükəsizlik xüsusiyyəti


Facebook, hesab təhlükəsizliyiylə əlaqədar iki yeni xüsusiyyətini istifadəyə verdi. Bunlardan birincisi «Etibarlı Dostlar» (Trusted Friends). Bu xüsusiyyət sayəsində, hesabınıza aid parolu unutsanız ya da hər hansı başqa səbəbdən hesabınız deaktiv olunsa, ən çox beş adamdan ibarət olan bir dost qrupu, hesabınızı geri gətirə bilir.
Etibarlı Dostlar xüsusiyyətiylə, əgər Facebook parolunuzu itirsəniz, parolunuzu yoldaşlarınıza göndərilməsini təmin edə bilirsiniz. Normalda parolunuzu itirdiyinizdə, e-poçt hesabınıza bir e-poçt göndərilərək yeni bir parol təyin edə bilirsiniz. Ancaq hər hansı bir səbəbdən e-poçt ünvanınıza da çata bilmədiyinizdə bu yeni xüsusiyyətdən faydalana bilərsiniz.

Digər yeniliksə App Passwords. Bu xüsusiyyət sayəsində də Facebook tətbiqləriniz üçün ayrı bir parol meydana gətirə bilirsiniz. App Passwordsun məqsədi isə, Facebook hesabınıza aid parollarınızın üçüncü tərəf tətbiqlərlə paylaşmanıza maneə olmaqdır.
Paylaş :