Blog: VasiFQuluzade → Angry Birds Əyləncə Parkı Olur

Angry Birds Əyləncə Parkı Olur
Populyar oyun, illərin Disney Land konseptinə medan oxumağa hazırlaşır.
Angry Birds, mobil oyunların çata biləcəyi ən yüksək potensialı bütün dünyaya sübut etdi. Worms seriyasında gördüyümüz oyun tərzini mobil dünyaya gətirən Rovio qısa zaman kəsiyində dünyanın ən çox qazanan firmalarından biri oldu.
Təxmini olaraq 10 milyondan çox adam Angry Birds oynayır. Statistikalara görə, Angry Birds minimum hər gün 1000 yeni istifadə tərəfindən yüklənilir.
Oyuncaqlardan, t-shirtlərə qədər böyük bir çılğınlık halına gələn Angry Birds indi də illərin Disney Land konseptinə göz dikdi. Rovio bir sərmayəçi ilə razılaşaraq Angry Birds əyləncə parkı üçün hazırlaşmağa başladı. Finlandiya’da açıqlacaq olan park deyilənlərə görə Paris’dəki Disney Land’dan daha böyük olacaq. Bu da Angry Birds əyləncə parkının tanıtım videosu.
- 0
- 23 марта 2012, 15:03
- şərh yaz
Blog: AndroidAz → Angry Birds Space gəlir!

Angry Birds – Bu oyun hər kəsə məlumdur. Bu oyunun bir neçə versiyası vardır: Angry Birds, Angry Birds Seansons, Angry Birds Rio. Bugün, Rovio şirkəti, Novruz bayramı ərəfəsi-22 martda təqdim edəcəyi, Angry Birds seriyasından olan yeni oyunun video çarxını yayımladı.
( Ətraflı oxuyun )
- +1
- 18 февраля 2012, 12:34
- şərh yaz
Blog: AndroidAz → Angry Birds - 500 milyon

Mobil oyun deyəndə, ilk ağla gələn oyunlardan olan Angry Birds'ün yaradıcısı Rovio, oyunun bütün platformalarda 500 milyon dəfə endirildiyini açıqladı. Əvvəllər, ancaq iPhone üçün oyun buraxılsa da, oyunun məşhurluğu digər platformalar, o cümlədən Android qurğular üçün də təqdim edildi. Rovio'nun CEO'su Michael Head; bunun özləri üçün fantastik bir müvəffəqiyyət olduğunu və oyunlarından bu qədər möhtəşəm miqdarda insanın yükləməsi, bizi həddindən artıq dərəcədə məmnun etdiyini dilə gətirdi…
( Ətraflı oxuyun )
- 0
- 4 ноября 2011, 11:05
- şərh yaz
Blog: farxadus → Qəzəbli quşlar? Hə!!! "Angry Birds" !!!
Oyun. Bu sözü eşidərkən çox insanın fikrindən uşaqlıq keçir. Bəli, biz əsasən uşaqlıqda oyun oynayırdıq. Müxtəlif cür oyunlar var idi… Bir-bir burada saymaq istəmirəm, çünki mən oğlan olduğumdan və xanım oxucularım olduğu üçün oyunlarımız üst-üstə gəlməyə bilər. Amma yaş ötdükcə oyun oynamaq artıq mümkünsüz olur. Düzdür, biz məktəbin həyətində, məhlədə «Ortada qaldı» (bu oyunun adı, belə yadımda qalıb + ümumi oyun seçdimdim ki, həm yada salıb gülümsəyək, həmdə bəy və xanımların birgə oynadığı oyun olsun) oynayarkən, indiki uşaqlar oyunları kompüterdə və telefonlarında oynayırlar. İnkişaf =) Bu kompüter və telefon oyunlarının olması, elə uşaqlıq dövrünü bitirmiş insanlara da kömək olur. Məs.: 20-30 yaşında bambılı kimi həyətdə o yana — bu yana qaçan deyilik ki =)
Sözümün canı nədir, deyim sizə… Hal-hazırda bu inkişaf bizim üçündə çox gözəl imkanlar yaradıb. Artıq oyun dedikdə, uşaqlıq yada düşmür. Artıq babalar və nənənlərdə bu imkanı qazanıblar. Düzdür bizdə baba və nənə mobil telefonları çox çətinliklə işlədir… Nəinki hələ oyun oynasınlar… Ancaq sizi inandırım ki, avropa və amerikada yaşlı nəsil bu texnologiyalardan aktiv istifadə edir, hətta oyun da oynayırlar =)
( Ətraflı oxuyun )
Sözümün canı nədir, deyim sizə… Hal-hazırda bu inkişaf bizim üçündə çox gözəl imkanlar yaradıb. Artıq oyun dedikdə, uşaqlıq yada düşmür. Artıq babalar və nənənlərdə bu imkanı qazanıblar. Düzdür bizdə baba və nənə mobil telefonları çox çətinliklə işlədir… Nəinki hələ oyun oynasınlar… Ancaq sizi inandırım ki, avropa və amerikada yaşlı nəsil bu texnologiyalardan aktiv istifadə edir, hətta oyun da oynayırlar =)
( Ətraflı oxuyun )
- +1
- 12 сентября 2011, 22:03
- 2
Apple → “Angry Birds” oyun müsabiqəsi.
Press-reliz: 27, 28, 29 May tarixlərində Alma Store mağazalarında “Angry Birds” oyun müsabiqəsində iştirak et, oyunda iştirak et və Apple iPad, iPod touch, iPod nano və ya onlarla dəyərli hədiyyə qazan.Müsabiqə haqqında məlumat
“Angry Birds” Apple istifadəçiləri arasında ən məşhur olan oyunlardandır. Müsabiqə daha əvvəl başda New York olmaqla dünyanın bir çox ölkələrindəki Apple Store və Apple Premiun Reseller mağazalarda keçirilmişdir. Artıq Azərbaycanda da “Angry Birds” fanları da bu oyun üzrə öz məharətlərini göstərə biləcəklər.
Müsabiqə şərtləri
— Müsabiqədə iştirak etmək üçün:
1) Ad, soyad və yaşınızı mayın 27-dək info@almastore.az e-mail ünvanına “Angry Birds” başlığı ilə göndərirsiniz.
2) Və müsabiqənin keçriləcəyi tarixlərdə Park Bulvar AVM, 3-cü mərtəbədə yerləşən Alma Store mağazasına gələrək oyunda iştirak edirsiniz.
( Ətraflı oxuyun )
- +2
- 25 мая 2011, 12:40
- 2



