Android →  Motorola XOOM tablet, Honeycomb [video]

CES 2011-də tanıdılar məhsullardan biri də daha əvvəl tizer video reklamınında blogda yazıldığı Motorola-nın tablet PC-si oldu. Motorola XOOM tablet PC, Androidin son Honeycomb OS-u ilə işləyəcək. 2nüvəli, 1GHz-lik prosessoru 1 GB Ram və 32GB daxili yaddaşa malik olacaq. Əlavə olaraq microSD yaddaş kartı dəstəyi də mövcuddur. 10 saata qədər video izləmək imkanl verəcək. Wi-Fi eləcə də 3G, 4G LTE də dəstəkləyəcək.
Video tanıtım:
Paylaş :
  • +3
  • 7 января 2011, 03:41
  • Weboxu
  • 1

Android →  Android 3.0 Preview

CES Las Vegasda başladı. Yeni və maraqlı texnologiyalar təqdimatlarını edirlər.
Bunlar arasında Androidin yeni versiyası da oldu.
Android 3.0 Honeycomb adlanan yeni versiyasnın tanıtım videosu:
Paylaş :
  • +2
  • 6 января 2011, 16:41
  • Weboxu
  • 1

Android →  Android əsaslı mövcud heç bir cihaz, Gingerbreaddan yuxarısını görə bilməyəcək (?)


Googlenin Honeycomb koduyla gələcək bir sonrakı Android versiyası haqqında maraqlı bir detal paylaşırıq. Hələ Google tərəfindən rəsmi olaraq təsdiqlənmiş olmamaqla birlikdə, qaynağı uzaq şərqdən olan bir ehtimala görə Android Honeycomb yaxşı işləmək üçün ən aşağı ehtimalla 2 nüvəli Cortex A9 prosessoruna ehtiyac duyacaqmış. Buradakı yməna məhsuldar çalışması olsa da yenə də açıqda qalan çox əhəmiyyətli bir detal var ki, bu məlumat doğru belə olsa, görəsən bu vəziyyət Googlenin qoyacağı və istehsalçıları əməl etməyə məcbur edəcəyi bir məhdudlaşdırmamı olacaq yoxsa yalnız tövsiyə xarakterimi daşıyacaq?

İndidən qəti olan şey budur ki, Honeycomb versiyası xüsusilə tablet PC-lərə istiqamətli hazırlanan bir versiyadır. Onsuz da Andy Rubin də Motorola Droid Xoom tablet PC-ni tanıdarkən bu vəziyyətin üzərində dayanmışdı. Lakin ona verilən sualda 'yalnız tabletlərə istiqamətli olacaq yoxsa smartfonlar üçün də aktiv olacaq?' sualına cavab verməmişdi. Amma hər nə olursa olsun, əgər deyildiyi kimi Honeycomb 2 nüvəyə ehtiyac duyacaqsa, bunun mənası Samsung Galaxy Tab və təbii Nexus S də daxil olmaq üzrə indiki heç bir Android əsaslı ağıllı telefonun mövcud 2.3 Gingerbread versiyasından yuxarı çıxa bilməyəcəyini demək olar. Həmçinin Googlenin də bu sualı cavabsız buraxması suallar doğurur.

Ehtimal olunur ki, CES 2011 əsnasında Google mövzuya aydınlıq gətirəcək.
Paylaş :

Android →  Samsung Galaxy S 10 milyonu keçdi!


2010-un Avqust ayında rəflərdə yerini almağa başlayan Samsung Galax S, satış uğurunu davam etdirir.

Samsung Galaxy S, rəsmi olaraq 10 milyon səddini keçdiyi ifadə edildi.

Ortalama 5 aydır bazarda olan Samsung Galaxy S, Şimali Amerikada 4 milyon və Avropada 2.5 milyon ədəd satışı reallaşdırıldığı ifadə edildi. Android 2.1 əməliyyat sistemiylə gələn Galaxy S, yeni versiya olan Android 2.2-ə (Froyo) keçişi də mümkündür.
Paylaş :

Android →  Android applicationlar 200.000 Oldu


Google-un Android əməliyyat sistemi üçün inkişaf etdirilən tətbiq sayı 200.000-i keçdi! Beləliklə Apple Store-a güclü rəqib gəldi! Bəs 2011-də Androiddən hansı rəqəmlər gözlənilir?

Apple və Google arasında application döyüşləri başlayır! Belə ki, Apple Store-un bu sahədəki liderliyi, Google-un Android ilə təhlükəyə girəcək kimi görünür.

Android Marketdə 2011-də Böyük Artım Yaşana bilər.

Belə ki, Android Market, 2010-u bağlayarkən 200.000 tətbiq sayını keçməyi bacardı. Bu xeyli böyük rəqəm, gələcək üçün də ümid verir. Çünki Android developerlərinin uzaqgörənliyinə görə, 2011 sonunda bu rəqəm 1.000.000ə çata bilər!

Bir tərəfdən də Microsoftun Windows Phone 7 üçün inkişaf etdirilən tətbiqlərində də artım müşahidə edilir. Çünki Microsoftun mobil əməliyyat sistemi üçün qısa müddətdə 5.000-dən çox tətbiq hal-hazırda mövcud vəziyyətdədir. Yenə də rəqəmlər, tətbiq bazarında ən potensiallı olaraq Android Market-i işarə edir.
Paylaş :

Android →  AppAdmin - Androidlər üçün application

Azərbaycanlı developerlər artıq bir çox platformalar (facebook, twitter, wordpress, android) üçün applicationlar yazmağa başlayırlar. Bu tip növbəti applicationlardan biri də AppAdmin adlanır. Application Mecid adlı developer hazırlayıb.
Haqqında:
AppAdmin application meneceri. Mobil cihazınızdakı applicationları idarə etməyə kömək edir.
İmkanlar:
* kütləvi silmə
* kütləvi bekap (backup)
* kütləvi apk quraşdırma (install)
* sistem applicationlarının kütləvi silinməsi (uzaqlaşdırması) (yalnız əgər rut varsa)
* kütləvi daşınma və proqramlardan hansının yaddaş kartına daşımaq imkanı olmasını göstərməsi (2.2 və yuxarı versiyalar)

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Motorola-nın yeni tablet PC-inin reklamı


Tablet PC bazarı böyüdükcə firmalar arasındakı rəqabət də artır. Hətta rəqabət, video reklamlarıyla bir-birinə qarşı söz atmalarına da çevrilə bilər… Motorola, CES 2011-də tanıdacağı yeni tablet PC-inin reklam videosunu yayımladı. Videoda iPad və Galaxy S 'ə də tənqidlər mövcuddur. Xüsusilə iPad üçün edilən tənqid maraqlıdır. Videoda Motorola iPad üçün «yalnızca böyük bir iPhone» deyə şərh edir. Galaxy Tab-ın isə tənqidi daha yumşaqdır: «Android əməliyyat sistemidir, ancaq telefon üçün Androiddir». Motorolanın isə Tablet PC-si Android 3.0 olmağı gözlənilir. Bu versiya xüsusi ilə tabletlər üçün hazırlanır.
Yəqin ki yeni əməliyyat sistemi çıxanda Galaxy Tabların da update-lər mövcud olacaq.
Paylaş :

Texnologiya →  Samsung iPod üçün də alternativ çıxarır

Samsung-un Galaxy etiketi ilə çıxardığı Android məhsulları olduqca uğurlu alındı. Galaxy S ilə başlayan bu uğuru Galaxy Tab izləyir. Galaxy S yüksək göstəricilərinə və istifadəçilərin razılığına əsasən bəzi jurnallar, saytlar tərəfindən 2010-cu ilin telefonu belə seçildi. iPhone-dan sonra 10 milyon satış həcminə çatın ilk telefon markası oldu və iPhone-a rəqib olmağı bacardı. Hətta Google-un növbəti telefonunu belə Samsungun istehsalı oldu.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Android 3.0 Honeycomb


Google-un mobil əməliyyat sistemi Androidin Gingerbread kod adlı 2.3 versiyası hələ yeni çıxmağına baxmayaraq, bir sonrakı versiya olan Android 3.0 Honeycombun haqqında ilkin məlumatlar əldə olunur.

Google səlahiyyətlilərindən olan Andy Rubin, təşkil edilən bir eventdə Android 3.0 istifadə edən Motorola markalı bir tablet PC ilə yeni versiyanın bəzi xüsusiyyətlərini izah etdi.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 11 декабря 2010, 01:30
  • Weboxu
  • 1

Google →  Google-un yeni telefonu Nexus S çıxdı


Beləcə çoxdan gözlənilən Google-un 2-ci nəsil smartfonu, növbəti Nexus seriyası artıq rəsmi olaraq elan olundu. Bu barədə fikirlərimi geniş formada yazmışdım. Demək olar ki, gözlənilən kimi də oldu. Yeni telefon Samsungla birgə işlənib. Nexus One-ın Nexus-u, Galaxy S-in isə S-i. Demək olar telefonun görünüşündən tutmuş, texniki göstəricilərinə qədər hər şey əvvəldən internetdə sızdığı kimidir. NFC dəstəyi də həmçinin.
Parametlərini buradan baxıb incələyə bilərsiniz. Galaxy S ilə müqayisə elədim. Demək olar ki, oxşar parametlərdir. Sadəcə xırda fərqliliklər var. NFC, Led flash, Yeni Android OS. Daxili yaddaş da Nexus S-də 16GB, Galaxy S isə 8GB/16GB microSD 32GB-a qədər artırmaq olur.
Tanıtım videosu və fotosu:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 7 декабря 2010, 13:32
  • Shaig
  • 4