Android →  "Android Market"-də endirilən tətbiqlər 10 milyardı keçdi


Mobil əməliyyat sistemi bazarında iOS və Android arasında gərgin çəkişmə olsa da açıq qaynaqlı olmağına görə Android bir addım daha öndədir. Google-ın əməliyyat sistemi Androidin rəsmi blog səhifəsindən edilən açıqlamaya görə Android Marketdən bu günə qədər endirilən tətbiq sayı 10 milyardı keçdi.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Yeni Android Market


Android əməliyyat sistemlərində application almaq üçün olan istifadə edilən Android Market-in yeni versiyası çıxıb.
Yeni versiya həm vizual olaraq, həm də funksional olaraq bir sıra yeniliyə malikdir.
Yeni Market ilə app-ları idarə etmək daha rahatlaşıb.
Bundan sonra Android Market üzərindən Kino və Kitab alış-verişi də mümkün olacaq. Kino üçün 1.99$ ödəmək lazım olacaq.
Android Marketin bütün funksiyalarından ABŞ istifadəçiləri daha yaxşı yararlana biləcək. Android 2.2 və üst telefonlar dəstəklənəcək. Marketi yeniləşdirmək üçün əlavə bir şey etməyinizə gərək qalmayacaq, sistem özü avtomatik yenilənəcək.
Əsas diqqət çəkən məqamlardan biri, yeni dizaynın Windows Phone 7-ə bənzədilməsidir. Youtube kanalında şərh edənlərin bir çoxu bunu işarə edib.
Paylaş :

Android →  Android Market artıq tətbiqlərin hansı cihazlarla uyğun olduğunu göstərir

Androidin rəqibi iPhone-a qarşı ən böyük çatışmamazlıqlarından biri cihaz və Android versiya müxtəlifliyinin çox olması səbəbiylə ortaya çıxan uyğunluq problemi idi. Android Marketə gətirilən yeni xüsusiyyət ilə, bir app endirmədən əvvəl Google hesabınızda qeydə alınmış Android cihazlarınızın hansılarıyla uyğun olduğunu görə bilir və ona görə yükləmənizi reallaşdırırsınız.

Bu yeni xüsusiyyət ilə, tətbiqlərin şərhlərini oxumaq ya da başqa istifadəçilərin şərhlərini gəzmək məcburiyyətində deyilsiniz. Çox vaxt onsuz da app-ın detallarını oxumaq istəməyən istifadəçilər, app-ın idarəsini cihaza yüklədikdən sonra deyil endirmədən edə biləcəklər.
Paylaş :

Android →  Android Market-də pullu app.-lar Azərbaycan üçün də açıldı!

Twitter-də verilən bir sualdan sonra bunu indi yoxladım. Android Market-də pullu applicationları artıq görə bilirəm:

Yəqin ki, bu da Google I/O eventinin nəticəsidir.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  App Store ilə Android Market app sayı avqust 2011-də eyniləşə bilər


Fevral ayından bəri Android Marketin böyüklüyünün Applenin App Store-nu keçəcəyinə istiqamətli analizlər nəşr olunur. Android Marketin göstərdiyi diqqətə layiq böyümə və App Store-daki yavaşlama bu inancın qaynağını meydana gətirir. Nəşr olunan son bir analiz isə bir az daha iddialı versiya irəli sürərək Android Marketin böyüklüyünün Avqust 2011′də Applenin mobil app. mağazasınınkını geridə buraxacağını deyir.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Android Marketin web versiyası açıldı


Google yenicə olaraq Android Marketin web versiyasını təqdim etdimarket.android.com/. Əvvəllər təkcə mobil applicationdan aktiv idi. Android Marketi internet üzərindən gəzmək üçün www.appbrain.com saytına daxil olmaq lazım idi. Bundan sonra yəqinki həmin saytın da ziyarətciləri azalacaq.
Google indiyə qədər Android Marketdə əsas kəmiyyətə üstünlük verirdi. Bu il yayılan xəbərlərin ümumi məzmunundan belə qənaətə gəlmək olar. Böyük ehtimalla 2011-ci ilin sonunda Google, Android Marketin kontentini də istədiyi səviyyəyə gətirəcək.
Paylaş :

Android →  Android applicationlar 200.000 Oldu


Google-un Android əməliyyat sistemi üçün inkişaf etdirilən tətbiq sayı 200.000-i keçdi! Beləliklə Apple Store-a güclü rəqib gəldi! Bəs 2011-də Androiddən hansı rəqəmlər gözlənilir?

Apple və Google arasında application döyüşləri başlayır! Belə ki, Apple Store-un bu sahədəki liderliyi, Google-un Android ilə təhlükəyə girəcək kimi görünür.

Android Marketdə 2011-də Böyük Artım Yaşana bilər.

Belə ki, Android Market, 2010-u bağlayarkən 200.000 tətbiq sayını keçməyi bacardı. Bu xeyli böyük rəqəm, gələcək üçün də ümid verir. Çünki Android developerlərinin uzaqgörənliyinə görə, 2011 sonunda bu rəqəm 1.000.000ə çata bilər!

Bir tərəfdən də Microsoftun Windows Phone 7 üçün inkişaf etdirilən tətbiqlərində də artım müşahidə edilir. Çünki Microsoftun mobil əməliyyat sistemi üçün qısa müddətdə 5.000-dən çox tətbiq hal-hazırda mövcud vəziyyətdədir. Yenə də rəqəmlər, tətbiq bazarında ən potensiallı olaraq Android Market-i işarə edir.
Paylaş :

Təhlil →  Android və iPhone, Google istəyinə çatır...


Google-un Nexus One-ı uğursuz kimi qiymətləndirilir analitiklər tərəfindən. Çox tez-tez o iPhone ilə müqayisə olunur. Eyni vaxt dilimində satış göstəriciləri qarşılaşdırılır. Mən isə Google-un müvəffəqiyyətini cihazda deyil, daha çox əməliyyat sisteminin yayılmasında görürəm. Ola bilər ki, Nexus One satışları o qədər də uğurlu olmamışdı. Ancaq Motorola Droid-in satışları kifayəq qədər uğurlu oldu. Fikrimcə Google-a lazım olan da budur. Əsas məqsəd əməliyyat sistemini yaymaq və Android Marketdən gəlir götürmək. Buna görə də Android Marketdə olan Applicationların sayının artmasında maraqlıdır və buna səy göstərir. Yəni bir növü o Apple-ın bazarına girməkdən daha çox, öz bazarında olan elektron ticarətdə də liderliyə yüksəlmək istəyir. Yəni hədəf iPhone-dan daha çox, Apple-ın AppStore-udur. Məhz ona görə də yeni çıxacaq Google Tabletdə də əməliyyat sistemini Chrome OS deyil, Android edəcəklər.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Android Market böyüyür

Keçən günlərdə Google-un açıqlamasında Android əməliyyat sistemi üçün cəmi 38.000 application olduğunu deyilmişdi.
1 həftə kimi qısa bir müddətdə 12.000 application hazırlandığı deyilir. Android Marketdə cəmi 50.000 application var və bu vəziyyətin Google üçün əhəmiyyət daşıdığı deyilir. Hələ rəqibi Apple-ın yanına belə yaxınlaşa bilməyən Android, developerlər sürət kəsmədən application yazmağa davam etsələr bu ilin sentyabr ayına qədər 100.000 application-a çata biləcəklərini deyirlər.

Paylaş :
  • +2
  • 27 апреля 2010, 20:04
  • Weboxu
  • 3