Google →  Yeni Google telefonunun adı "Nexus Prime" ola bilər


Deyilənlərə görə Google-un bir sonrakı rəsmi telefonu da Samsungun əlindən çıxa bilər. Google «Nexus Prime» olaraq adlandırılacağı iddia edilən bu telefon Android Ice Cream Sandwich əməliyyat sistemiylə işləyəcək və 720p HD dəstəkli ekrana sahib olacaq. BGR-in qaynaqlarına görə Samsungun çıxaracağı bu super telefonda fiziki düymələr olmayacaq və 1280 x 720 piksel həllolma əmsalı Super AMOLED HD ekran iştirak edəcək.

Digər yandan, telefonun Texas Instrumentin OMAP 4460 prosessorunda olması gözlənilir. 1.5 GHz sürətində işləyən bu cüt nüvəli prosessorun ardıcıl istehsalına 2011-in ikinci yarısında başlanması gözlənilir. Google-un bu telefonu ehtimal edilir ki, 4G LTE şəbəkələrini də dəstəkləyəcək.

( Ətraflı oxuyun )
Paylaş :