Blog: AndroidAz → Android 4.0 1%-i keçdi!

Android əməliyyat sisteminin ən son versiyası olan Android 4.0 Ice Cream Sandwich get-gedə yayılmağa davam edir. Amma, göründüyü kimi, hələ artmaq üçün qarşısında uzun bir yol var. Hal-hazırda ən çox diqqəti çəkən, ən aktual versiya olan Android 4.0 hələ gözlənilən yerə çata bilməyib. Cihazların bu versiyaya yenilənməsindən sonra, bu versiya, diaqramda artıq xırda hissə ilə yox, yavaş-yavaş böyük hissə olacağını inanırıq.
( Ətraflı oxuyun )
Android → Google, Android developerlərinə menu buttonu haqqında xəbərdarlıq etdi

Android 4.0 Ice Cream Sandwich-in çıxması ilə birgə istifadə olunmayacaq menyu button-u (düyməsi), Google tərəfindən edilən bir xəbərdarlıq mesajıyla gündəmə gəldi.
Android Developers Blog üzərindən xəbərdarlıqda Google, app developerlərin yeni dizaynlarını menyu düyməsi istifadəsinə gərək olmayacaq şəkildə hazırlamasını tövsiyə etdi.
Android 3.0 Honeycomb-da başlayan menyu düyməsi olmayan Android interfeysi axını, Android 4.0 ilə birlikdə fərqli bir anlayış ilə davam edəcək. Belə düşünmək olar ki, 2012-ci ildə Android interfeysi üzərində cəsur və yenilikçi application (tətbiq) dizaynları görə bilərik.
- 0
- 27 января 2012, 17:37
- 1
Android → Android.com yeniləndi

Google öz əməliyyat sistemi Androidin versiyasını 4.0-a yenilədi. Ötən ay təqdimat elan oldu. Google, Androidin saytını — -u da yeniləyib. Google son zamanlarda bütün servislərini ümumi stilə sadiq qalaraq yeniləyirdi. Androidin ümumi cizgiləri də yeni stilə uyğun gəlir.
Saytda əvvəl daha çox developerlər nəzərə alınırdı. Androidin API-ləri haqqında məlumat və SDK endirimi daha ön planda idi. Artıq sayt təkcə developerlər üçün deyil bütün istifadəçilər əməliyyat sistemi barədə məlumat almaqlarına kömək edəcək şəkildə qurulub. Dizaynda yenə də Google-un minimalistlik stilinə sadiq qalınıb. Eyni zamanda HTML5 texnologiyasından da istifadə edilib.
- +4
- 18 ноября 2011, 15:53
- 4
Blog: AndroidAz → Android 4.0 mənbə kodu açılmışdır!

Dünən, Notion Inc şirkətinin CEO'su Rohan Shravan qeyd etmişdir ki, mənbə kodu 17 noyabrda açılacaq. Amma, bu xəbər cənab Rohan Shravan'ın bəyənatlarından daha xoş oldu. Android 4.0 Ice Cream Sandwich mənbə artıq kodu indi açıqdır və hər arzu edən AOSP'dan (Android Open Source Project) yükləyə bilər.
Kodun açılışı haqqında informasiya eyni zamanda bir neçə mənbədə praktik olaraq çıxdı. Ən əsas, Twitter'də Android developerlərin rəsmi hesabında işıqlandırıldı.
( Ətraflı oxuyun )
- +1
- 15 ноября 2011, 14:45
- şərh yaz
Google → "Around the Google Technology" tədbiri uğurla başa çatdı.
Baku GTUGın ikinci tədbiri oktyabr ayının 1-i 2011-ci il, Qafqaz Universitetinin konfrans zalında baş tutudu. Hava şəraitinin pis olmasına və gözlənilməz texniki problemlərin yaşanmasına baxmayaraq tədbir zalında 100ə yaxın iştirakçı var idi. Tədbir planlaşdırılıandan daha uzun, 4 saat çəkdi.
( Ətraflı oxuyun )
- +2
- 2 октября 2011, 10:53
- 1
Google → Around the Google Technology
növbəti tədbiri keçiriləcək. İlk tədbirdən fərqli olaraq bu "Around the Google Technology" daha çox texniki ağırlıqlı olacaq. Adından da göründüyü kimi bu tədbirimizdə sırf Google texnologiyalarının tətbiqi istiqamətində çıxışlar nəzərdə tutulub.
( Ətraflı oxuyun )
- 0
- 15 сентября 2011, 19:32
- 1
Android → Android 4.0 "Ice Cream Sandwich" oktyabr və ya noyabr ayında çıxır

Android nəsilinin yeni nümayəndəsi olacaq Android 4.0 (Ice Cream Sandwich) versiyasının çıxışının təqribi vaxtı bilindi.
Google idarə heyətinin sədri Eric Schmidt tərəfindən birinci ağızdan edilən açıqlamaya görə, Android 4.0 ya önümüzdəki ay içərisində, ya da ən pis ehtimalla noyabr ayında çıxacaq. Hərçənd yeni əməliyyat sistemi ilə istifadəyə verilməsi gözlənilən Nexus Prime-ın oktyabrda çıxacağı deyilir. Bu da düşünməyə əsas verir ki, böyük ehtimalla elə birlikdə ictimaiyyətə təqdim ediləcəklər.
Bildiyimiz kimi Android 4-ün ən əhəmiyyətli xüsusiyyəti planşetlərlə smartfonların birləşdirəcək olmasıdır. Yəni, Android 2.x «Gingerbread» ilə Android 3.x «Honeycomb» versiyalarını sinxronizasiya edəcək. Google-un kameraya daxili panomara xüsusiyyəti əlavə etdiyini də bilirik. Əsas dəyişikliklər isə interfeys təməlli olacaq. Bu da düşünməyə əsas verir ki, yeni versiya Androidin son bir ildəki device-larda dəstəklənmək ehtimalını gücləndirir.
- 0
- 8 сентября 2011, 23:33
- şərh yaz



