Blog: AndroidAz →  Android Gingerbread - 50%


Google şirkəti, hər ay Android versiyalarının hansı mövqedə olduğu barədə hesabatları dərc edir. Bu hesabatda əsasən, hər versiyanın faiz miqdarları dərc olunub. Google, Android Gingerbread versiyasının (2.3.3-2.3.7) artıq ikinci yarımildə 50% olduğunu təsdiqləyib.

Artıq, bütün android smartphone'ların demək olar ki yarısı bu əməliyyat sistemində işləyir. İkinci yerdə isə Froyo tutur və Android Market'də 35.3%-lik paya malikdir. Qeyd edək ki, Froyo özünə düşən bazar payında hisəssini itirməyə davam edir, çünki, bu sistemdə olan bir çox ağıllı telefonlar, artıq Gingerbread'də işləyirlər.

( Ətraflı oxuyun )
Paylaş :