Google →  Google Analytics Real Time Statistikalara Başladı

Bir çoxları web saytının statistikalarına Google Analytics ilə nəzarət edir. Bu alət hər cəhətdən statistika ölçmək baxımından işə yarayır. Gedərək də təkmilləşir. Siz də Analytics istifadə edirsinizsə çox yaxın zamanda saytınızda olub bitəni anında görmə şansına da sahib ola biləcəksiniz.

Google bu xidmətini bir addım irəliyə daşıyaraq artıq saytdakı trafiki hər an sizə göstərəcək. Əslində, real timeı statistikalar internetdə bir çox statistika ölçən tərəfindən edilə bilir. Ancaq o servislər Google Analytics-in verdiyi digər xidmətli təqdim edə bilmir. Beləcə real time trafiki ölçmək istəyənlər daha az servisdən istifadə edə biləcəklər.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: farxadus →  %My blog% analytics

Əsgərlikdən qayıtdıqdan sonra şəxsi bloq aparmaq ideyası, qwe.az-da artıq aktivliyin azalması ilə bağlı yarandı. Şəxsi bloqumda bunu daha orijinal edə, istifadəçilərə daha rahat funksiyalar təklif edə biləcəyimə imkan yarandı.  Avqust ayının 23-ü bloquma «Google Analytics» plugini əlavə edib, izləyicilər haqda məlumat yığmağa başladım. Bu məlumatların 1 aylıq statistikasını əldə etdikdən sonra sizlərlə bölüşmək istərdim.

Bloqda ilk bir aylıq fəaliyyəti dövründə, 1304 unikal qonaq (visitor), 2783 dəfə izlənmə (visits), səhifələrin baxışı isə 5592 (pageviews)  olub. İzləyicilərin blogumda orta qalma müddəti 4 dəqiqə 14 saniyədir. Bu da daxil olan izləyicilərin məlumatlarla bir neçə dəqiqə tanış olmasından irəli gəlir. Bütün oxucularımı daim izlədikləri üçün təşəkkür edirəm. Google Analytics`dən screen`lər təqdim edim (şəkilləri böyütmək üçün üzərinə tıklayın):

Visitor (unikal qonaq) silsiləsinə diqqət yetirsəniz, İKT hadisələr zamanı izləyicilərin sayının gündəlik 150+ (hal-hazırda 300-ə qədər), sadə günlərdə isə 60-90 arası dəyişdiyinin şahidi ola bilərsiniz. Hal-hazırda bu rəqəmlərin çox kiçik olması, bloqun yeni olması, həmdə Azərbaycanda bloq izləyənlərin çox az olması ilə bağlamaq olar. Hal-hazırda 2011-ci il olsada, Azərbaycanda bloq mədəniyyəti hələ təzə-təzə formallaşır. Birdə onu qeyd edim ki, bloqumda fəallıq əsasən sentyabr ayından başlayıb.

İndi isə baxışmış səhifələrin bir aylıq silsiləyə görə dəyişməsinə baxaq:

( Ətraflı oxuyun )
Paylaş :

Twitter →  Twitter Web Analytics

Twitter saytların öz contentini bölüşməyi üçün çox güclü platformadır. Twitter də bu sahədə güclənmək üçün developerlər və saytlar üçün yeni həllər çıxarmaqda davam edir. Belə həllərdən növbətisi isə Twitter Web Analytics olacaq.
Yeni servis sayt sahiblərinə Twitter-dən qazandıqları trafiki görə biləcəklər, Twitter-in effektivliyini və saytla inteqrasiyasının analizini apara biləcəklər.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 14 сентября 2011, 01:35
  • Weboxu
  • 1