EduCat → eduCat IT kursları
Hər birinizi salamlayırıq. Yeni uğurlar əldə etmək üçün hər birimizə biliklər və bu bilikləri təsdiq edən sertifikatlar lazım olur. Biz, eduCat tədris mərkəzi olaraq, Azərbaycanda ən ilk IT tədris mərkəzi kimi keçirdiyimiz seminarlar, tədris etdiyimiz istiqamətlər üzrə treninqlər haqda sizlərlə məlumat bölüşümü edirik.Tədris mərkəzi haqqında bir neçə maraqlı faktı sizinlə bölüşmək istərdim:
eduCat tədris mərkəzi 1998-ci ildə yaranıb və bu günə kimi 15 mindən çox tələbə bizim kurslarda təhsil alıb. Microsoft, Cisco, VMware, Oracle, Unix/Linux, SAP, ITIL, Project Management, Biznes-training, Java, 1С: Предприятие, Adobe, İnformasiya təhlükəsizliyi (ISO 20000, 27000 və s.) və Microsoft Office istiqamətləri üzrə kurslar keçirilir. Müəllimlər yerli, eləcədə əcnəbi mütəxəssislərdir. Keçirilən kurslar üzrə(məs. Microsoft, Cisco və s. sertifikatları) imtahan vermək üçün Prometric və Pearson VUE imtahan mərkəzləri var.
WebOxu kollektiv IT blog olduğuna görə, burada Azərbaycanın İnformasiya Texnologiyaları üzrə ən tanınmış insanları, eləcədə bu sahə üzrə maraqlanan ən fəal gənclər toplaşıb. Bu cəhətdən, sizlərlə bölüşəcəyim kurslar, gələcəyinizi qurmaq üçün lazım olan məqamlardan biridir. Buyurun, bu ilin yanvar-fevral ayları üçün eduCat tədris mərkəzinin cədvəlini Sizə təqdim edirəm:
( Ətraflı oxuyun )
- 0
- 16 января 2012, 16:47
- 1
Mobil Texnologiya → Adobe, mobil cihazlara istiqamətli Flash dəstəyini sona çatdırır!

Adobe, mobil cihazlara istiqamətli Flash Player-in developunu sona çatdırdıqlarını açıqladı. Flash Player 11.1-in istifadəyə verilməsindən sonra artıq bu istiqamətdə yeniliklər etməyəcəklərini bildirdilər. Bundan sonra ancaq kritik xətaları düəltmək və ya hər hansı təhlükəsizlik problemi olduqda yeniləmələr edəcəklərini dedilər. Android və RİM-in Playbook-larında bundan sonra ancaq son versiyalar işləyəcək.
( Ətraflı oxuyun )
- 0
- 10 ноября 2011, 02:28
- 3
Blog: farxadus → Kim daha çox inkişaf edib? Biz ya Ermənilər?
Birdən elə fikirləşərsiniz ki, bu 1001golos.ru saytı kimi növbəti bir səsvermədir? Ya bəlkə Ermənistanın avropa çempionatına çıxa bilmə ehtimalı, Azərbaycan futbol komandasının isə 7 xal yığdığı haqda yazacam? Yox… Bu mövzu nə səsvermə, nə də futbol haqda olacaq. Bu günkü yazım, İnformasiya texnologiyaları sahəsində inkişaf barəsində olacaq. Bilirsiniz ki, XXI əsrdə informasiya müharibəsi ən böyük problemlərdən biridir. Ən böyük problemimiz olan «Qarabağ problemi» haqda informasiyanın internet cəmiyyətinə necə yayılması, elə bizlərdən asılıdır. Hətta bu günlərdə belə «Google Maps» xəritələrində, Dağlıq Qarabağda yerləşən rayonlarımızın adının erməni adları ilə əvəz edilməsi, bu müharibədə zəif olduğumuzu təstiq edir. Ünvan:
( Ətraflı oxuyun )
- +2
- 12 октября 2011, 01:17
- 9
Texnologiya → Adobe Flash Player 11 və Adobe AIR 3

Adobe-un flash-ın texnologiyasını hər nə qədər Adobe və Microsoft mobil cihazlarda dəstəkləməməyə də Adobe inkişafdan dayanmır.
Bir neçə aydır Flash Player 11-in beta versiyalarını developerlərin sınağına təqdim edən Adobe, AIR 3 ilə birlikdə rəsmi elanını etdi. Bir çox əhəmiyyətli yenilik əlavə edilən Flash Player 11 və Adobe AIR 3 tətbiqləri konsollarla yarışacaq qədər keyfiyyətli 2D və 3D qrafikləri kompüterlərə, televiziyalara və Android, iOS, BlackBerry OS kimi mobil platformalara gətirəcək.
( Ətraflı oxuyun )
- +1
- 24 сентября 2011, 18:40
- şərh yaz
Microsoft → Windows 8 planşetlərdə də Flash dəstəyi olmayacaq

Microsoft əzəli rəqibi Apple-ın izindən gedir. Apple-ın çıxardığı heç bir mobil cihazda dəstəkləmədiyi Flash fayllarına bir zərbə də Microsoftdan gəldi. Bu qərar web texnologiyalarında bir dövrün sonu ola bilər.
Apple-ın çıxardığı cihazlara Flash dəstəyi qoymaması davamlı müzakirə edilən bir mövzu olmuşdur. Flash yerinə HTML5 texnologiyasını dəstəkləyən Apple-ın yanında artıq Microsoft da var. HTML5-in bu qədər tez yayılmağına bəlkə də ən böyük səbəblərdən biri məhz Apple-ın izlədiyi yol oldu. Microsoftun Flash-a dəstək verməməsi isə bir növ Flasha rəqib sistemi olan Silverlight-a görə ola bilər. Səbəb nə olursa olsun, nəticə eynidir.
Microsoftdan edilən rəsmi bir elan ilə Windows 8-in içindəki Metro stil Uİ-də İnternet Explorer 10-un Flash fayllarını oxutmayacağı bildirildi.
Bu halda Apple-ın iPad modelləri ilə Windows 8 yüklü satılacaq digər markaların planşet cihazlarında Flash faylları oxudulmayacaq. Hələki təkcə Android OS-li cihazlarda Flash dəstəyi olacaq.
Windows 8-in destkop versiyasındakı İnternet Explorer 10-da isə Flash dəstəyi davam edəcək.
- +1
- 16 сентября 2011, 14:10
- 3
Blog: sandstorm → Androidlər üçün yeni Adobe Flash Player 10.2

Adobe Flash Player-in 10,2 versiyası hazırda Froyo, Gingerbread və Honeycomp qurğuları üçün -də mövcuddur. Flash Player 10,2-in Honeycomp versiyası hələ texniki olaraq betadır. Flash Player 10,2 Honeycomp-da Flash təsvirlərinin sürətlənməsi üçün aparat sürətlənməsindən istifadə edəcək. Xoom sahibləri isə Flash Player-ın yeni versiyasını yükləmədən öncə son Android 3.0.1 yeniləməsini qurmalıdırlar.
( Ətraflı oxuyun )
- 0
- 19 марта 2011, 02:08
- 4
Microsoft → Microsoft, Adobe-u satın ala bilər

İnformasiya sektoru önümüzdəki dövrdə nəhəng bir satın almağa səhnə ola bilər. Tərəflərdən biri Microsoft, digəri isə Adobe-dur. Yəqin ki, satın alacaq və alınacaq tərəflərin hansı olduğu kifayət qədər açıqdır.
, Microsoft ilə Adobe-un reallaşdırdığı görüşdə danışılan mövzulardan bir dənəsi də bu imiş. Bu cəhdin gerisində yatan səbəb isə, mobil sektorda gedərək daha çox söz sahibi olmağa başlayan Apple-ın qarşısında dayana bilməkdir. Təbii Google və Androidi də unutmayaq.
( Ətraflı oxuyun )
- 0
- 10 октября 2010, 23:10
- 3
Təhlil → HTML5 və Flash

Əvəllər düşünməzdim ki, HTML ilə Flash-ı bir-biri ilə qarşılaşdırmaq məntiqli gəlsin. İndi isə aktual qarşılaşdırmalardan biridir. Xüsusi ilə `ın öz məhsullarında onu dəstəkləməməsi məsələni lap qızışdırır. İndi texnologiyada hər kəs Flasha qarşıdır kimi bir fikir formalaşmağa başlayır məndə. İlk olaraq S.Jobs — Apple, Flashı tərk etdi. Öz açıqalamarında Flashı dəstəkləməmə səbəblərinin başlıca olaraq texnoloji tərəfdən geri qaldıqlarını, sürət və təhlükəsizlik problemləri olduğunu göstərdi. Əvəzinə HTML5-i məsləhət görür. iPad və iPhone-larda artıq flasha icazə yoxdur…
isə hələki məsələdə tərəf tutmur (ya da mən qarşılaşmamışam). Hər iki formatı dəstəkləmək fikrindədir.
təmsilçiləri isə HTML5-in tərəfdarıdır. Deyirlər ki, Flash-sız web olmaz, ancaq gərək Flash özünü təkmilləşdirə. İndi kifayət qədər problemləri var.
( Ətraflı oxuyun )
- +2
- 9 мая 2010, 01:09
- 19
Texnologiya → Texnologiya sahəsində rəqiblər artır

Nəsə son zamanlarda texnologiya şirkətləri bir-birlərinin bazarına girməyə başlayırlar. Gedərək rəqabət qızışır. Əvvəl daha çox hamı Microsoft`a «cırnayırdısa» indi artıq vəziyyət dəyişibdi. Müxtəlif güclü qütblər yaranır və onlar arasında ciddi mübarizə başlayır. İndi biz Google-Apple (Nexus One-iPhone, Tablet PC`lər, Chrome-Safari, Chrome OS-Macintosh), Google-Microsoft (Chrome-Explorer, Windows-Chrome OS, Windows Mobile-Android, Google search-Bing) Microsoft-Apple (Explorer-Safari, Windows-macintosh, Windows Mobile-iPhone). Əsas bu nəhənglər arasında olan mübarizədən başqa, bir pillə aşağıda olan texnologiya şirkətləri də bu mübarizəyə qoşulublar.
( Ətraflı oxuyun )
- 0
- 22 февраля 2010, 21:09
- 2



