Texnologiya →  Droid üçün yaxşı Başlanğıc: % 1.44 Bazar Payı

Statistika & analiz xidməti verən GetClicky məlumatlarına görə Droid, mobil bazara sürətli daxil oldu və % 1.44 bazar payını indidən əldə etdi.
Belə görsənirki Google Mobil bazarda işıq görüb və indi də mobil bazarda hakim mövqedə olmaq istəyir. Google AdMob`u da almaqla məndə belə ir təsəvvür yaradıbdı.



iPhone`un əzici üstünlüyünün aşkar şəkildə göründüyü siyahıda, WM və Symbianın da iştirak etdiyi «Everything else» (digər hər şey) siyahısı da olduqca böyük bir paya sahib görünür.
Bu məlumatlar, GetClickyin kodlarının olduğu 150,000 saytdan yığılır olsa da, Droidin çıxış yeri olan Amerikadakı başlanğıcı üçün fikir formalaşdırır
Paylaş :

Google →  AdMob Google`un 3-cü böyük satınalması oldu.

Google, mobil reklam şirkəti AdMob`u 750 milyon dollara satın aldı. Beləcə Google, Mart 2008′de 3.1 milyard dollara aldığı DoubleClick və 2006′da 1.65 milyard dollara aldığı YouTube`dan sonrakı üçüncü ən böyük satın almasını AdMob ilə etmiş oldu. Mobil appilication`lar və mobil saytlara reklam göstərilməsi üzərinə işləyən bir reklam şəbəkəsi olan AdMob, sektorun parlayan ulduzlarından biriydi.
Qeyd edimki AdMob`un Azərbaycandan da istifadəçiləri olduqca çoxdur. Nəzərə alandakı wap/mobil saytlar bizdə üstünlük təşkil edir. AdMob`dan da Azərbaycana müəyyən miqdarda pul gəlirdi.

Digər tərəfdən bildiyimə görə AdMob`da çox işləyən adamlar onun müəyyən dərmə-deşiklərini artıq öyrənmişdilər. Bu sayədə gəlir faizini saytın istifadəçi potensialına uyğun olaraq artırmaq mümkün olurdu. Artıq AdMob Google`un qanadları altına keçdiyindən bu tip halların azalacağını düşünmək mümkündür. Google ads`də çünki belə bir hal yaranan kimi hesab bağlanılır. Hadisələrin inkişafını birgə izləyərik.

P.S. AdMob`un sağ əli Moxito`nun başına :)
Paylaş :
  • +1
  • 10 ноября 2009, 16:57
  • Shaig
  • 4