Google →  Google`un 4-cü ayda 5-ci satın alması

Google, ən böyük rəqiblərindən biri olan Apple`ın yeni «oyuncağı» iPad`ı satışa çıxardığı ərəfədə böyüməyə davam edir. Böyük balığın kiçik balığı udmağı misalı olaraq video servislərindən biri olan Episodic`i satın aldı. Episodic`də video paylaşımla birlikdə canlı yayımları mobil və web cihazlarına çatdırmaq imkanı var. Belə görsənir ki, Google Youtube`a olan marağını daha da artırmaq niyətindədir. Youtube dünya üzrə axtarışlara görə Google`dan sonra ən çox query göndərilən saytdır. Google`da bu imkandan yararlanmaq istəyir və video paylaşımında həm öz mövqeyini gücəndirəcək həm də yeni texnologiyalar tətbiq edəcək. Bu satın alma məndə başqa bir fikir də formalaşdırır. Deməli uzun müddətdir Google Youtube`dan xeyir əldə etmir deyilənləri həqiqət deyilmiş. Bu sahədə nəsə xeyir olmasa Google ikinci belə video saytını satın almazdı. Yəqin ki bundan sonra Youtube üzərindən canlı yayımları izləmək imkanımız olacaq.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 6 апреля 2010, 02:04
  • Shaig
  • 5

İnternet →  Google`un sosial şəbəkə marağı nədən irəli gəlir?!

Nəsə bu Google son vaxtlarda sosial şəbəkələrə maraq salıbdı. Yəqin ki, Facebook`un bu qədər yüksəlişi onu da narahat edir. Bunun üçün bir çox addımlar da atıbdı. Deməli Google`un ilk işi Orkut olmuşdu. Bu cəhd elə də uğurlu alınmadı. Servis təkcə Brazilyada populyar oldu və burada çox rəğbət gördü. Sonrakı cəhd isə Google wave oldu. Düzü ilk baxışdan çox gözəl cəhd kimi görsənirdi bu. Hətta insanların dəvətnamə ilə üzv ola bilməyi buna marağı daha da artırdı və hər kəs üzv olmaq üçün növbəyə düzüldülər — bizim social media əhli də qarışıq. Ancaq bu elə bilki bir növ şar effekti verdi — şişdi və sonunda partladı. Maraq birdən-birə azaldı. Sonra Google`dan növbəti bir sosial platforma hədəfi gəldiGoogle Buzz. Bu yeni platforma bir növ Friendfeed`in qardaşı oldu. Tamamilə eyni servislərdir. Servisdə Google`dan gəldiyinə görə paylaşım button`ları belə bloglarda öz yerini aldı. Ancaq bu yeni servis də hər kəs tərəfindən birmənalı qarşılanmadı. Texnologiya aləmində Google`un istifadəçilərə qarşı bir haqsızlığı kimi qələmə verilir. Çünki bu sizin mailinizin daxilində yaranır. Üstəlik bir növ mailinizdə açıq hala gəlmiş olur.
Elə bu söz-söhbətlər davam edərkən Google yeni bir sosial start-up`ı satın aldı.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 15 февраля 2010, 02:48
  • Shaig
  • 5