Mobil Texnologiya → iPhone 4 satışa çıxdı və Droid X tanıdıldı
Bu günləri mobil texnologiyalar sahəsində əhəmiyyətli gündür. iPhone 4 mobil cıhazı bu ayın əvvəlində tanıdılmışdı. Həm iPhonun yeni , həm də məlumatları oxumaq olar. İndi isə satışa çıxır. Rəsmi olaraq AT&T Operatoru ilə satılacaq. Çox bəyənilən yeni cihaz üçün kifayət qədər iddialı satış rəqəmlərinə çatacağı barədə fikir söyləyənlər var. BCG analitiki Colin Gillis deyir ki, 1 günə 1 milyon iPhone 4 satıla bilər. Telefon bu gün satışa çıxır, artıq texnologiya bloglarında, saytlarında onun açılaraq detallı foto analizini mümkündür. Hər halda iPhone özünü təsdiq etmiş bir cihazdır və kifayət qədər alıcısı olacaq. Hər dəfə Apple yeni cihaz çıxaranda, onun satış rəqəmləri əvvəlkilərdən daha yaxşı olur. iPhonun satışa çıxmağından bir gün qabaq smartphone bazarının başqa bir güclü oyunçucu olan Android mənşəli yeni telefonun — Motorola Droid X-in təqdimat mərasimi keçirilib. Çox görkəmli bir təqdimat baş verib. Təqdimat Motorola, Verizon və Google üçlüyü tərəfindən həyata keçirilib. Cihazın tizer videosu bir neçə gün əvvəldən YouTube-da var idi:
( Ətraflı oxuyun )
- +1
- 25 июня 2010, 00:21
- 8



