Mobil Texnologiya →  5.3 düyüm Super AMOLED HD ekranlı Samsung Galaxy Note – [Video]


Samsungun IFA 2011 daxilində Berlində təşkil etdiyi «Unpacked» eventin-də tanıdılan cihazlardan ən təsir edicisi Samsung Galaxy Note ola bilər. İstifadəçilərin bütün mobil ehtiyaclarını qarşılaya biləcək xüsusiyyətə sahib olan Galaxy Note smartfon ilə planşet arasındakı boşluğu doldurmağı məqsəd qoyur.

Samsungun yeni Super AMOLED HD ekranını saxlayan Galaxy Note-da 1280 x 800 həllolma əmsalı, 5.3 düyümlük ekran var. Ekranın piksel sıxlığı isə 285 ppi kimi yüksək bir dəyərə sahibdi. Samsung Galaxy Note sayəsində telefon, planşet, kamera, qeyd dəftəri, qələm və kağız tək bir cihaz altında birləşmiş olacaq. 1.4 GHzlik cüt nüvəli prosessor, 1 GB ram, Android 2.3 Gingerbread, 8 megapiksel LED flaşlı arxa kamera, 2 megapiksel ön kamera kimi xüsusiyyətlərə sahib olan Samsung Galaxy Note 178 qr. ağırlıq, 9.65 mmlik qalınlığa malikdir. Samsung bu cihazın LTE və HSPA+ dəstəkli olmaq üzrə ən az iki fərqli konfiqurasiyanı təqdim edəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Yeni Google telefonunun adı "Nexus Prime" ola bilər


Deyilənlərə görə Google-un bir sonrakı rəsmi telefonu da Samsungun əlindən çıxa bilər. Google «Nexus Prime» olaraq adlandırılacağı iddia edilən bu telefon Android Ice Cream Sandwich əməliyyat sistemiylə işləyəcək və 720p HD dəstəkli ekrana sahib olacaq. BGR-in qaynaqlarına görə Samsungun çıxaracağı bu super telefonda fiziki düymələr olmayacaq və 1280 x 720 piksel həllolma əmsalı Super AMOLED HD ekran iştirak edəcək.

Digər yandan, telefonun Texas Instrumentin OMAP 4460 prosessorunda olması gözlənilir. 1.5 GHz sürətində işləyən bu cüt nüvəli prosessorun ardıcıl istehsalına 2011-in ikinci yarısında başlanması gözlənilir. Google-un bu telefonu ehtimal edilir ki, 4G LTE şəbəkələrini də dəstəkləyəcək.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Samsung-un bükülə bilən Amoled ekranları

Artıq ötən ildən Samsung-un Amoled və Super Amoled modelləri keyfiyyətinə görə müsbət qiymətləndirilirdi. Bu ekranların bükülə bilən modellərinin də istehsalı haqqında eşitmiş, onların demo versiyalarını videolardan da görmüşdük. Həmin ekranları Samsung CES 2011 üçün hazırladı və tədbirdə təqdim etdi. Videoda görüldüyü kimi ekranları ələ alıb bükmək də olur: görünüşə ziyan gəlmir və öz şəffaflığını itirmir. Amoled ekranları Samsungun satış rekordu vuran telefonu Galaxy S-ində ekranında var idi.
Bu texnologiyanın inkişafı ilə birgə, mobil cihazların dizaynlarının da müxtəlif formada dəyişmə ehtimalı yaranır.

Paylaş :