AİF → AIF`in Məlumatı: .az domainləri, internet keyfiyyəti və internet müsabiqəsi
Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.Toplantıda Azərbaycan İnternetinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, Milli İnternet Müsabiqəsinin Əsasnaməsinin təkmilləşdirilməsi, .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
AİF tərəfindən İnternetin keyfiyyəti ilə bağlı aparılan Monitorinqin nəticələri acıqlanıb. Toplantıda son illərdə internetin qiymətinin xeyli dərəcədə endirilməsi bir daha müsbət hal kimi dəyərləndirilib və bunun nəticəsində genişzolaqlı istifadəçilərin sayının xeyli artdığı bildirilib. Bununla belə Azərbaycan internetinin keyfiyyət probleminin son dövrlərdə kəskin dərəcədə pisləşdiyi bildirilib. Müvafiq qurumlar tərəfindən bu istiqamətdə yetərli və təsirli tədbirlərin görülmədiyi qeyd edilib. Müzakirələrin yekunu olaraq keyfiyyət probleminin aradan qaldırılması üçün səmərəli Təkliflər hazırlanıb və müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulub.
( Ətraflı oxuyun )
- 0
- 8 апреля 2010, 11:24
- 2
AİF → Azərbaycan İnternet Forumunun açıqlaması
AIF bildirir ki, son günlər bir sıra internet resurslara, xüsusilə də Azadlıq Radiosunun və internet resursuna,
və resurslarına ölkə ərazisindən girişlə bağlı ciddi məhdudiyyətlər yaranıb.
Bu günlər ərzində bir sıra provayderlərin istifadəçiləri adı çəkilən resurslardan ümumiyyətlə istifadə edə bilməmişlər və resursuna girişlə bağlı problemlər hələ də qalmaqdadır.
6 mart tarixindən etibarən AİF -in mütəxəssisləri və bir sıra ekspertlər tərəfindən baş verən məhdudiyyətlərin mahiyyətinin araşdırılması, problemləri törədən səbəblərin müəyyən edilməsi istiqamətində intensiv işlər aparılmışdır. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həqiqətən də bir sıra Provayderlər vasitəsilə adı çəkilən resursa girişlə bağlı ciddi əngəllər var. Provayderlərin də bir çoxu ölkə daxilindən bu resurslara girişlə bağlı şəbəkədə müəyyən problemlərin olduğunu, lakin onlar tərəfindən hansısa süni əngəllərin yaradılmadığını qeyd ediblər. Adı çəkilən resursa digər ölkələrin ərazisindən giriş sərbəstdir.

- 10 марта 2010, 13:29
- şərh yaz
AİF → AİF rəhbəri, Rabitə və İnformasiya Texnologiyaları nazirinə məktub ünvanlayıb.
AİF rəhbəri Osman Gündüz milli İnternet ünvanların — .az domeninin qeydiyyatının tənzimlənməsindəki ciddi problemlər və onların aradan qaldırılması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova məktub ünvanlayıb.Məktubda milli internet ünvanların qeydiyyatı sahəsində uzun müddət dən bəri davam edən dözülməz vəziyyətə diqqət yönəldilib. Müraciətdə qanunvericilikdə nəzərdə tutulduğu qaydada tənzimləyici infrastrukturun yaradılmadığı, bu istiqamətdə səylərin göstərilmədiyi, tənzimləmə prosesində əlaqədar qurumların iştirakının təmin edilmədiyi bildirilib. Bütün
bunların nəticəsində isə ölkədə .az domeninin qeydiyyatı prosesində ciddi qüsurların olduğu, şəffaflığın təmin edilmədiyi, inhisarçılığın mövcud olması, sui-istifadə hallarına yol verildiyi, beynəlxalq normalara uyğun online qeydiyyat sisteminin yaradılmadığı bildirilib.
( Ətraflı oxuyun )
- +1
- 18 февраля 2010, 17:35
- 2
AİF → AİF`in .az domainləri ilə bağlı keçirtdiyi iclas - yenilənib: #2
Bu gün AİF`in növbəti iclası keçirildi. Bu barədə blogda da . Toplantıda Milli İnternet ünvanların — .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə edildi. Toplantıda .az domainlərinin satışı ilə məşğul olan İntrans`ın direktoru Faiq Fərmanov da iştirak edirdi.
Müzakirə edilən məsələlər .az domainlərinin qeydiyyatını tənzimləmək, idarəsini asanlaşdırmaq yönümündə idi. Faydalı müzakirələr getdi, ümid edirəm ki, nəticəsi də olacaqdır.
Mövzu il boyu diqqətdə saxlanacaqdı. Yəqinki bu mövzuda daha çox blog yazıları və məlumatlar olacaqdı.
Osman Gündüz`ün toplantıdakı təqdimatı:
AİF`in rəsmi bəyənatı:

- 4 февраля 2010, 22:05
- 6
AİF → Azərbaycan İnternet Forumunun Məlumatı
Azərbaycan İnternet Forumu bildirir ki, 04 fevral tarixdə AİF-in növbəti toplantısı keçiriləcək. Toplantıda Milli İnternet ünvanların — .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə ediləcək.Məlum olduğu kimi hazırda mili internet ünvanının qeydiyyatı prosesi mövcud qanunvericiliyə və beynəlxalq normalara cavab vermir. RİTN tərəfindən əlaqədar qurumlarla birgə qanunvericiliyə uyğun qeydiyyat qurumunun yaradılması istiqamətində heç bir addımlar atılmamışdır. RİTN-nin qeyri-qanuni qərarı ilə qeydiyyat sahəsində inhisarçı və qeyri şəffaf bir mühitin formalaşmışdır. Son dövrlərdə isə bu qurumun bəzi rəsmiləri tərəfindən qeydiyyatla bağlı məsul təşkilat olan “İntrans” şirkətinə ünvanladığı qeyri-qanuni məktub bu sahədə vəziyyəti daha da pisləşdirmiş, nəticədə domen adlarının qeydiyyatı ilə bağlı korrupsiya və rüşvətxorluq üçün zəmin yaratmışdır.
AİF-in toplantısında milli internet ünvanların qeydiyyatı prosesinin beynəlxalq normalara və mövcud qanunvericiliyə uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması və gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi nəzərdə tutulub.
AİF in toplantısında həmçinin 9 fevral Beynəlxalq Təhlükəsiz Internet Günü münasibətilə ölkədə Təhlükəsiz internet probleminə diqqətin yönəldilməsin istiqamətində müzakirələrin aparılması nəzərdə tutulub
- 0
- 3 февраля 2010, 10:48
- şərh yaz
AİF → “İKT və Azərbaycan dilinin istifadəsi problemləri” mövzusunda Dəyirmi Masa keçiriləcək.
25 noyabr tarixdə Azərbaycan İnternet Forumu tərəfindən “İKT və Azərbaycan dilinin istifadəsi problemləri” mövzusunda Dəyirmi Masa keçiriləcək.Dəyirmi Masada İKT sahəsində, o cümlədən İnternetdə dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemlər ətrafında müzakirələr aparılacaq.
( Ətraflı oxuyun )
- 0
- 20 ноября 2009, 12:32
- şərh yaz