Blog: Shaig →  Twitter @Anywhere testləri


Bu gün Twitter Anywhere haqqında bir az oxudum. Yadınıza gəlirsə, bu servis mart ayının ortasında tanıdılmışdı.
Bir az oxuyandan sonra görmək olar ki, çox asan bir servisdir. Ətraflı olaraq burada məlumat verilir. Sistem çox sadədir, öz API-niz üçün KEY alırsınız və göstərilmiş tutoriallar əsasında saytda tətbiq edə bilirsiniz. Mən də yüngül testlər eləmək qərarına gəldim Anywhere ilə Twitter-i Weboxu-da tətbiq etdim. Bu sistem sayəsində, blog postlarda @ ilə verilmiş sözlər Twitter username-i olaraq qəbul edilir və xüsusi badge avtomatik olaraq yaranır. Azərbaycan istifadəçiləri arasında da microblog servisinin yayılması bu sistemdən istifadə etməyin maraqlı olacağı ehtimalını artırır. Bu servis sayəsində istifadəçinin infosuna saytda baxmaq, onu follow eləmək mümkün olur:

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 22 мая 2010, 20:23
  • Shaig
  • 2

Twitter →  Twitter artıq hər yerdə: @anywhere platformasını tanıtdı [video]

Twitterin yeni platforması CEO`su @ev tərəfindən təqdim edildi. Twitter artıq vebdə hər yerə girəcək. Ortaq olan aşağıdakı saytlarda twitteri o saytlardan çıxmadan istifadə etmək mümkün ola biləcək. Bunun üçün lazım olan skelet modeli inkişaf etdirən Twitter, ilk olaraq aşağıdakı saytlarla işləyəcək: Amazon, AdAge, Bing, Citysearch, Digg, eBay, The Huffington Post, Meebo, MSNBC.com, The New York Times, Salesforce.com, Yahoo!, və YouTube.

Məsələn Youtube`da bir video ilə əlaqədar twitinizi youtube saytından ayrılmadan yaza biləcəksiniz. Yəni Twitter hər yerə daxil olmağa başlayır…. Bunun üçün də platformanın adı ingiliscə hər yer mənasını verən @anywhere qoyuldu.
Paylaş :