Azercell →  Azercell şirkəti Naxçıvanda 4G-ni sınaqdan keçirtdi


Press-reliz: 4G şəbəkəsinin köməyilə 4 000-dən artıq tələbə Innovativ mobil texnologiyalardan faydalana biləcək.

Noyabr ayının 29-da Azercell Telekom MMC şirkətinin prezidenti cənab Ali Ağan Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Rövşən Məmmədov ilə görüşmüş, daha sonra Naxçıvan Dövlət Universitetinə 4G sınaqları layihəsinin açılışı münasibətilə səfər etmişdir. Hər zaman gənc nəslin bilgilərinin inkişafına istiqamətlənən layihələrlə çıxış edən Azercell Telekom MMC bu dəfə Naxçıvan Dövlət Universitetinin tələbələri üçün innovativ layihə təqdim etdi. Mobil Rabitə sahəsində müxtəlif texnoloji həllər təqdim edən Çinin ZTE şirkəti ilə birgə həyata keçirilən bu layihənin köməyilə ümumi ərazisi 108 hektar olan Universitetdə 4 mindən artıq tələbənin 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən yararlanmaq imkanı olacaqdır. Bu isə, yüksək sürətli mobil internet, böyük həcmdə mobil datanın ötürülməsi kimi son texnoloji nailiyyətləri tələbələrin şəxsən özlərinin sınaqdan keçirmək imkanı deməkdir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 2 декабря 2011, 19:11
  • Weboxu
  • 6

Azercell →  Azercell-ə 3G lisenziyası verildi (?)


Azercell uzun müddətdir 3G xidməti üçün hazırlaşır və bu barədə RİTN-ə dəfələrlə müraciət edirdi.
Hələki ölkədə yeganə 3G xidməti olan operator Azerfon-dur. Trend-in verdiyi xəbərə görə artıq Azercell də 3G lisenziyasını alıb:
Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyası «Azercell Telekom» mobil rabitə operatoruna 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik resurslarının verilməsi barədə müsbət qərar qəbul edib. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Radiotezliklər İdarəsindən məlumat verilib.


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 3 октября 2011, 12:54
  • Weboxu
  • 6

Texnologiya →  WiMax texnologiyası yox olur

İlk çıxan vaxtlarda istifadəçilər tərəfindən maraqla qarşılanan WiMax standartının tam yayğınlaşıb fəaliyyətə başlamadan sonu yaxınlaşır. Cisco keçən il dəstəyini çəkməsi ilə birlikdə, İntel də ağırlığını fərqli nöqtəyə istiqamətləndirəcəyini bildirir.

Kabelsiz ünsiyyət texnologiyasında yeni cığır açacağı deyilən WiMax standartı çox yaxında ortadan itəcək. İstədiyi dəstəyi tapa bilməyən və inkişaf müddəti çox uzun sürən bu standart üçün bir çox firma fərqli axtarışlara girdi.

Şəbəkə texnologiyaları mövzusunda mütəxəssis olan Cisco, keçən il WiMax ilə olan bütün ümidlərini itirdi və dəstəyini çəkdi. WiMaxın digər böyük dəstəkçisi olan İntel keçən günlərdə 100 milyon Clearwire səhmini satışa çıxardı.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 16 мая 2011, 17:03
  • Weboxu
  • 7

Təhlil →  BakuTel 2010 - yeni mərkəzdə, köhnə sərgi


Bu gün BakuTel sərgisinə tamaşa etməyə getmişdim. Əslində plan o idi ki, sərginin ilk günü gedək. Məlum olaraq, sərginin açılış vaxtı dəyişdiyindən, sərgini ziyarət vaxtı da avtomatik dəyişildi. Ona görə bu haqda öz fikirlərimi hələki indi yazıram. Yəqin ki, indiyə qədər sərginin gedişatı, oradakı stendlər haqqında oxucuların çoxusu ya gedib görüb, ya da indiyə qədər oxuyub. Mən də ona görə sərginin gedişatı haqqında yox, elə ümumiyyətlə sərgi haqqında fikirlərimi qeyd edəcəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 26 ноября 2010, 01:51
  • Shaig
  • 1

Mobil Texnologiya →  Mobile World Congress Barcelonada başladı


Bu gün Mobile World Congress 15 fevral 2009-cu ildə Barcelonada başlayıbdı. Hətta bu konqressdə Azərbaycan nümayəndə heyyəti də iştirak edibdi. Bu konqressdə mobil texnologiyalar tanıdılır. Bu ilki konqressdə əsas diqqət Windows Phone 7'nin üzərində idi. Yeni məhsul deyəsən uğrulu kimi görünür. Videosuna baxaraq bir fikrə gəlmək olar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 16 февраля 2010, 00:42
  • Shaig
  • 6

Texnologiya →  Dünyada 4G istifadəyə verildi. Bizdə də Azercell gözünü 4G`ə tikib?


Biz Azərbaycanda 3G gəlir, gələcək deyə-deyə qalsaqda, camaat 4G`ə keçid edir. Bu gün artıq dünyada rəsmi olaraq 4G xidməti istehlakıçların istifadəsinə verildi. Mən bilən bu ilin iyun ayında Yaponyanın NTT DoCoMo operatoru belə bir bəyanat vemişdiki, 2010-cu ildən 4G xidmətləri verməyə başlayacaq. Mən 4G`ni Şərqdən gözləyirdim. Xəbəri isə Qərbdən gəldi. Belə ki, TeliaSonera” şirkət dünyada ilk dəfə olaraq 4G mobil rabitə xidmətlərini Stokholm Oslodakı abonentlərin istifadəsinə verib.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 15 декабря 2009, 18:37
  • Shaig
  • 1