Azerfon →  Azerfon-Vodafone Azərbaycanda ilk 3G Mobil Müşahidə Kameralarını təqdim edir


Press-reliz: 21 sentyabr 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone 3G texnologiyasına əsaslanan daha bir məhsulunu — Müşahidə Kameralarını satışa çıxardı.

İndi Azerfon-Vodafone abunəçiləri 3G Mobil Kameralarından istifadə edərək adi video-zəng vasitəsilə kameranın quraşdırıldığı ərazini istənilən an rahat şəkildə müşahidə edə bilərlər.

Azerfon-Vodafone–nun Azərbaycan bazarında ilk olaraq təqdim etdiyi bu texnologiyadan istifadə qaydası olduqca sadə və rahatdır. Mobil müşahidə xidmətindən yararlanmaq üçün 3G Kameranın daxilinə quraşdırılmış sim nömrəsinə video zəng etmək kifayətdir.

( Ətraflı oxuyun )
Paylaş :