İnternet → 31 avqust - Blog günümüz mübarək

Dünyada 2005-ci ildən etibarən hər il 31 avqust blog günü kimi qeyd olunur. Artıq 6-cı blog bayramıdır. Bu günə aid olan məlumatları saytından ala bilərsiniz.
Ötən il də bu günü qeyd etmişdik. Bu barədə Weboxu-da iki müxtəlif post yazılmışdı — .
Blog gününün məhz avqustun 31-də qeyd olunmasına isə Blog sözünün 3108 rəqəmi ilə yazılışlarındakı olan oxşarlıqdır. Bu gündə bloqqerlər öz oxuyucularına bir-birləri haqqında məlumat verə bilir. Ənənəyə görə hər bir bloqqer öz yazısında 5 müxtəlif tematikalı bloqa istinad verir.
Oxucularımız da, şərhlərdə oxuduqları, izlədikləri 5 müxtəlif bloga istinad verə bilərlər.
- +1
- 31 августа 2011, 14:20
- 2
Blog: Shaig → 31 avqust - Dünya blog günü

Bu günün (31 avqust) ilk dəfə dünya blog günü olduğunu 2008-ci ildə, Barcamp Lənkəranda öyrənmişdim. 29-31 Avqust tarixində keçirilən ölkədəki ilk Barcampın son günü «Dünya blog günü»nə təsadüf edirdi. Mənim də həmin günü bloglara aid olan təqdimatım olmuşdu. Niyə məhz 31 avqustun blog günü olduğunu dəqiq bilmirəm. Təxminim isə Blog sözünün «31og» bənzəməsi və bu bənzəmədən də 31 avqust ifadəsinə yaxın bir məna alınmasıdır. Ancaq tamamilə səhv fikir də ola bilər. Bilənlər varsa bölüşə bilər. Bu fikrə saytında gördüyüm logolara baxaraq gəlirəm.
İki il əvvəl Barcampda etdiyim təqdimatın adı «Blogosfer» adlanırdı. Bu gün isə Barcamp Azerbaijan, -nun təşkilatçılarındandır.
( Ətraflı oxuyun )
- 0
- 31 августа 2010, 00:09
- 2



