Texnologiya → 2011-ci ilin sonunadək 26 mindən artıq təhsil işçisi təhsildə İKT-nin tətbiqi üzrə təlimlərdə iştirak edəcəkdir
Press-reliz: “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində 26200 min təhsil işçisi təhsildə İKT-nin tətbiqi üzrə müxtəlif təlimlərdə iştirak edəcəkdir. “Mədəd” təşkilatının icraçı direktoru Vüsal Xanlarovun sözlərinə görə, İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş təlimlərə 2011-ci ilin sonuna kimi təhsil sisteminin 21300 nəfər pedaqoji heyəti cəlb olunacaq. Təlim kursları Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Bakı, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gəbədəy, Goranboy, Göyçay, Göygöl, İmişli, Kürdəmir, Lənkaran, Masallı, Mingəçevir, Lerik, Qazax, Qəbələ, Quba, Qusar, Samux, Şamaxı, Şəki, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Yevlax, Zaqatala, Zərdab rayonlarının əhatə edir. Təlimlər təhsil sisteminin pedaqoji heyətinə tədris prosesində informasiya-komunikasiya texnologiyalarından effektiv istifadə etməsi üçün Rİ-SOL “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmiləşdirilməsi” və İntel “Gələcək üçün Təhsil” təlim vəsaitləri əsasında keçirilir.
( Ətraflı oxuyun )
( Ətraflı oxuyun )
- 0
- 5 октября 2011, 10:07
- şərh yaz



