Blog: rashadaliyev → GoDaddy-yə virus düşüb??

GoDaddy-nin xidmətlərindən yəqin ki, bir çoxumuz istifadə edirik. Bəzilərimiz sadəcə domain bəzilərimiz domain ilə birlikdə hostinq xidməti də alır. ( Mənim kimi ;) Təqribən 2.3 ildir ki, aldığım hostinq xidmətindən kifayət qədər məmnun olduğum GoDaddy-yə bu gün daxil olarkən çox çaşdım. Bəli Google Chrome GoDaddy-nin saytının viruslu olduğunu deyirdi.
Təqribən 1-2 saat qədər çəkən bu problemdən sonra sayta daxil olarkən içəridəki bəzi bölmələrdə problemin 5 saat sonra da davam etdiyinin şahidi oldum.
( Ətraflı oxuyun )
- +1
- 31 мая 2010, 00:43
- 7
İnternet → .Com`un 25 yaşı mübarəkdi

Dünən riyaziyyatçılar Pi`nin ad günün qeyd edirdilər. Bu gün də biz .Com`un ad gününü qeyd edək. Deməli 1985-ci il mart ayının 15`də .com ilə ilk domain adı qeydiyyatdan keçibdi — . Deməli əvvəllər ildə .com domaini ilə qeydiyyatdan keçmək üçün 6-ca müraciət olubmuş. Bu göstərici indi gündəlik təqribi olaraq 100 mindir. Domainə olan tələbin artmasına səbəblər arasında BBC'nin də təbliğatını unutmamaq lazımdır.
Apple`ın .com`u almağı 1987-ci ildə olmuşdu. Microsoft isə 1991-ci ildə domainini almışdı.
Bunlar isə ilk ildə olan 6 müraciətdir:
03/15/1985 SYMBOLICS.COM
04/24/1985 BBN.COM
05/24/1985 THINK.COM
07/11/1985 MCC.COM
09/30/1985 DEC.COM
11/07/1985 NORTHROP.COM
- 0
- 15 марта 2010, 17:15
- 3



