İnternet →  Яндекс (Yandex)-in e-mail servisinə Azərbaycan dili əlavə edilib


Rusiyanın axtarış nəhəngi Yandex-in e-mail servisinə Azərbaycan dili əlavə edilib.
Yandex qısa müddət əvvəl Türkiyə bazarında açılmışdı. Qeyd edək ki, Türkiyədə yerli ofis açan Yandex Türk dilinin qanunauyğunluqlarını nəzərə alaraq axtarış alqoritmi inkişaf etdirir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 6 октября 2011, 01:31
  • Weboxu
  • 12

İnternet →  Яндекс (Yandex) Türkiyə bazarında

Bu barədə iyun ayında məlumat vermişdik. İlin sonuna kimi Rus axtarış maşını Yandex Türkiyə bazarına çıxmağı gözlənilirdi. Bu barədə Türkiyədən də məlumat almışdıq. İlin əvvəlindən Yandex-in Türkiyədə işə başladığını öyrənmişdik.

Artıq ilin son rübünə doğru bu gerçəkləşdi. Yandex rəsmi olaraq Türkiyə bazarındadır — www.yandex.com.tr. Hadisənin detalları barədə ətraflı olaraq buradan oxuya bilərsiniz.

Hal-hazırda Türkiyə bazarında axtarış sahəsində Google 95%-lik bazar payına sahibdir. Yandex nümayəndələrinin dediklərinə görə ilk etabda məqsəd dərhal pul qazanmaq deyil. Onlar hesab edir ki, ən azından bazarda 10-15% paya sahib olduqdan sonra bu barədə düşünə bilərlər. Buna görə də ilk başda Türkiyəyə açılacaq servislər arasında Yandex Direkt yoxdur. Servislər arasında vebdə və şəkillərdə axtarış, video, hava haqqında, xəbərlər xidməti, tərcümə və s. var. Google-dan fərqli olaraq isə, Yandex-in çalışdığı Türk dilinin morfologiyasına daha yaxşı yiyələnməkdir. Bunun üçün komanda da yığılıb.
Paylaş :
  • +4
  • 20 сентября 2011, 22:54
  • Weboxu
  • 5