Oxatan → Day.az-ın dayaz yenilikləri
Deyəsən saytları yeniləmək bu il dəb halını alıb. İllərdi dizaynına əl vurmayan, internetimizə yöndəmsiz banner reklamı ənənəsi gətirən da bu il yenilənmək həvəsindədir. Özləri . Saytı təkcə yeniləməklə qalmayıb, əcaib-qəraib yeni funksiyalar da əlavə etmək istəyirlər. Deyəsən xəbər saytından çevrilib portal olmaq fikirləri var. Əvvəla e-mail servisiləri olacaqlarını deyirlər. Xəbər saytında bunun nə mənası var bilmirəm.
Digər tərəfdən axtarış sistemləri və lə əməkdaşlıq olacaqmış. Yəniki API-lərindən istifadə edəcəklər. Xəbər saytında axtarış. Bu da qəribə məntiqdi.
Ən maraqlısı isə «Мой Day» deyilən bir sosial şəbəkələri olacaqmış. Qısaca desək — «reytinq düşüb, oxuyan yoxdu, əlimizə nə gəlirsə dürtək sayta. Fikirləşək görək hansı servislər çox reytinqlidir. Mail, axtarış, sosial şəbəkə. Hamsından istifadə edək».
İndi əsas maraqlıdır bütün bunları hansı formada inteqrasiya edəcəklər? Xəbər bunun harasında olacaq? Day.az nə saytı olacaq?
- +2
- 16 июня 2010, 17:54
- 17



