Yazı-Pozu → Azərbaycan şriftləri və @font-face barədə

Bu yaxınlarda bir layihədə işləyərkən font (yəni şrift) anlayışı ilə ətraflı maraqlanmalı oldum. Topladığım qeydləri və informasiyaları burada səliqəli şəkildə qeyd edirəm ki, hamılıqla çatışmamazlıqları qeyd edək və yeni nəsə öyrənək. Yazı biraz uzun alına bilər amma çalışacam yararlı informasiyalar olsun, söz yığını yox. (çünki bu post bir növ özüm üçün də qeyd xarakteri daşıyır)
Məndən tələb olunan Azərbaycan şriftlərini dəstəkləməyən bir şrifti dilimiz üçün istifadəyə yararlı hala gətirmək idi. İlk olaraq köməyimə `kı yazısı çatdı. Amma mən yazıdakından fərqli olaraq təkcə Ə hərfini yox bütün Azərbaycan şriftlərin əlavə etməli idim. Ona görə biraz daha araşdırma aparmalı oldum. Belə aydın oldu ki, dilimizin çətin dəstəklənən simvolları, da (List of Unicode characters) Latin-1 (Ç-00C7 / ç-00E7, Ö-00D6 / ö-00F6, Ü-00DC / ü-00FC), Latin Extended A (Ğ-011E / ğ-011F, Ş-015E / ş-015F, İ-0130, ı-0131), Latin extended-B (Ə-018F) və IPA Extensions (ə-0259) bölmələrində (kodları ilə) sinifləndiriliblər.
Tipoqrafiya ümumiyyətlə çox geniş və dərin anlayışdı. Öz fontunuzu yaratmaq üçün araşdırıb internetdə əkrəsən ingiliscə çox maraqlı və faydalı məlumatlar tapa bilərsiniz. Məktəblər, cərəyanlar, konsepsiyalar filan araşdırılıb öyrənilməsi gərəkən bir çox amillər var.
Amma mən mövcud font`a Azərbaycan şriftlərin əlavə etməli idim. qeyd edildiyi kimi mən şrifti “redaktə” üçün Fontlab programını seçdim. Problem ondan ibarət idi ki, şrift o qədər də sadə formaya malik deyildi və Fontlabın imkanları mənə bir qədər məhdud göründü istədiyim nəticəni ala bilməyim üçün.
( Ətraflı oxuyun )
- +1
- 19 июня 2011, 00:08
- 4
Blog: DrELM → Şriftlərdə çatışmayan "Ə" hərfinin düzəldilməsi

Hər dəfə «A2 AzLat» tipli köhnə şiriftlərlə yazılmış rast gələndə, türklər demiş «qıcıq» oluram. Belə mətnlər latınca yazılıbmış kimi görünsə də Copy+Paste edəndə rus hərfləri ilə yazıldığı məlum olur. Microsoft 2000-ci ildən "ə" hərfimizi əsas şrifitlərinə əlavə edib, «Azeri (Latin)» klaviatura düzümünü yaradıb, amma bizdə hələ də «Rus» düzümü ilə mətn yığanlarımız var. Mən bunun səbəblərini açıb-tökmək istəmirəm, sadəcə kifayət qədər "Ə" hərfli şriflərimiz olmadığından bu problemin həllinə bir damcı köməyim dəyə biləcək bu məqaləni oxumağınızı istərdim.
( Ətraflı oxuyun )
- +7
- 5 мая 2010, 17:05
- 14



