Blog: Teodor86 → 2011-ci ildə internet istifadəçilərinin sayı 2 milyardı ötüb

“The Royal Pingdom” resursu tərəfindən dərc edilmiş məlumata əsasən, 2011-ci ildə internet-istifadəçilərin sayı 2 milyardı ötüb və hal-hazırda təxminən 2,1 milyard insan təşkil edir. Resursun məlumatına əsasən, Asiyada 922,2 milyon, Avropada 476,2 milyon, Şimali Amerikada 271,1 milyon, Latın Amerikası və Karib dənizi ölkələrində 215,9 milyon insan internetdən istifadə edirlər.
( Ətraflı oxuyun )
- 0
- 19 января 2012, 17:31
- şərh yaz
Texnologiya → KATV1 genişzolaqlı internet servisini istifadəyə verir

KATV1-nin genişzolaqlı interneti istifadəyə hazırlamağı ilə bağlı blogumuzda post . Artıq KATV1-dən verilən məlumata görə son tamamlama işləri gedir və qısa müddət ərzində xidmət tam istifadəyə veriləcək. Paketlər və qiymətlər barədə də ilkin məlumatlar var:
( Ətraflı oxuyun )
- 0
- 14 декабря 2011, 21:45
- 6
Bakcell → Bakcell və Opera ilə "Limitsiz internet" yeniləmə#1

Bu gün, ilə -nın tədbirinə dəvət almışdıq.
Tədbirdə Bakcell ilə Opera arasında olan əməkdaşlıq barədə məlumat verirdilər. Bundan sonra Bakcell istifadəçiləri, Opera Mini browseri ilə internetdə daha sərfəli vaxt keçirəcəklər. Tədbirdə həm Bakcell CEO-su Riçard Şirer, həm də Operadan MDB üzrə General Manager Mikhail Ilin əməkdaşlıq barədə məlumat verdilər.
İnternetdə limitsiz gəzmək imkanını aylıq 1.99 manata və ya gündəlik 19 qəpiyə əldə etmək mümkün olacaq.
Yeniləmə#1: Opera üçün hazırlanmış səhifədə — «2011-ci ilin Dekabr 1-dən- 2012-ci ilin Martın 1-ə kimi müddətdə Siz Opera Mini ilə 1 aylıq limitsiz İnterneti cəmi 1.99 AZN-ə əldə edə bilərsiniz» deyə qeyd edilir. Bu da ola bilsin ki, kampaniya xarakteri daşıyır. Çünki, cədvəldə aylıq qiymət başqa formada göstərilib. Əgər bir dəyişiklik olsa bu barədə yenidən düzəliş edərəm.
Limitsiz internet paketlərinə qoşulmaq üçün SMS ilə 1 (1 gün üçün) ya da 30 (1 ay üçün) yazaraq 6464-ə yollamaq lazımdır. Yəqin ki, qısa müddətə Bakcell-in saytında tariflər və əməkdaşlıq barədə daha ətraflı məlumat verilər.
( Ətraflı oxuyun )
- +3
- 1 декабря 2011, 13:56
- 3
İnternet → Optik Kabel ilə internet istifadəsi başlayır...

Sentyabrın əvvəlində Azertelecom-un fəaliyyəti və Optik Kabelin çəkilməsi ilə bağlı . Artıq bu gündən mən də bu provayderin istifadəçisiyəm.
Onu qeyd edim ki, hələki ödəniş tələb olunmur. Bir növ biz alfa testerlərik. İstədikləri istifadə etməyimiz və hər hansı bir problemlə qarşılaşdıqda zəng edib bu barədə məlumat verməyimizdir.
Çəkiliş prossesində də əməkdaşlardan xeyli razıyam. İşlə əlaqədar həftə içi çəkiliş üçün sabit bir zaman deyə bilmədiyimdən, istirahət günü gəlib çəkdilər.
( Ətraflı oxuyun )
- +7
- 20 ноября 2011, 16:08
- 16
İnternet → ADSL Xidmətini Necə Seçməli?
ADSL xidmətini seçərkən əsas 2 parametrə diqqət yetirmək lazımdır – qiymət və sürət. Provayderlərin qiymətlərini asanlıqla Yoxla.azda bilərsiniz. Lakin sizin nəticədə aldığınız sürət, provayderin göstərdiyi maksimal sürət olmaya bilər.
ADSL-in bir neçə standartı mövcuddur. Bunlardan ən geniş istifadə olunanları:
ADSL – maksimal 8 Mb/s
ADSL2 – maksimal 12 Mb/s
ADSL2+ – maksimal 24 Mb/s
Azərbaycanda demək olar ki bütün provayderlər ADSL2+ dəstəkləyir. Lakin, əgər siz ADSL2+ sürətindən faydalanmaq istəyirsinizsə, modeminiz ADSL2+ dəstəkləməlidir.
( Ətraflı oxuyun )
ADSL-in bir neçə standartı mövcuddur. Bunlardan ən geniş istifadə olunanları:
ADSL – maksimal 8 Mb/s
ADSL2 – maksimal 12 Mb/s
ADSL2+ – maksimal 24 Mb/s
Azərbaycanda demək olar ki bütün provayderlər ADSL2+ dəstəkləyir. Lakin, əgər siz ADSL2+ sürətindən faydalanmaq istəyirsinizsə, modeminiz ADSL2+ dəstəkləməlidir.
( Ətraflı oxuyun )
- +3
- 5 ноября 2011, 14:50
- 1
İnternet → Azərbaycan İnternet Sürətinə Görə Dünyada 106-cı yerdədir

Internet Provayderlərin sürətləri barədə məlumat verən saytı, blogunda yeni bir . SpeedTest statistikalarının nəticələrinə görə hazırlanmış yazıda ortalama sürət və provayderlərin sürətlərinin ortalama həddi qeyd edilib:
“SpeedTest” testləri əsasında formalaşdırılan “NetIndex” reytinqində Azərbaycan 106-cı yerdədir. Bu məlumat 24 Sentyabr – 23 Oktyabr müddətində toplanılmış 300.000-dən çox testlərin əsasında formalaşdırılıb.
Ölkə üzrə ortalama sürətlər aşağıdakı kimidir:
Endirim sürəti (download) – 2.78 Mb/s
Yükləmə sürəti (upload) – 0.92 Mb/s
( Ətraflı oxuyun )
- 0
- 25 октября 2011, 13:53
- 3
Texnologiya → KATV1-in kabel İnterneti

Kabel TV xidmətlərindən olan -dən kabel İnternetini artıq uzun müddətdir ki, gözləyirik. Tezliklə gələcək deyə gözlədiyimiz kabel İnternetinə deyəsən həqiqətən az qalıb. Çünki bu kabel interneti sınamaq . Kabel İnternetin növbəti dəfə mən sınaqdan keçirəsi oldum.
Onu deyim ki, son zamanlarda sürətli İnternet sahəsində ciddi dəyişikliklərin olmağı gözlənilir. Həm ADSL-də qymətlərin endirimini buna misal göstərmək olar. Bir neçə vaxt əvvəl də, Azertelecom-un .
KATV1-nin interneti işə salacağı təqdirdə, həm abonent cəhətdən bazarda özünə yer tapacaq. Həm də yeni müştəri cəlb etmə imkanları çox olacaq. Ən əsas səbəb olaraq ADSL-dən texniki cəhətdən bir mənalı üstün olmasıdır. Bir qədər texniki göstəricilər barədə:
( Ətraflı oxuyun )
- +5
- 12 октября 2011, 22:39
- 5
Texnologiya → Webrazzi Summit 2011

Türkiyənin Texnologiya bloqudur. Web 2.0, Sosial Media ve Digital Marketinq mövzularında ən populyar yazıların olduğu bir bloqdur.
Mən -ci ilin sonlarından başlayaraq bu bloqu izləyirəm. İlk başlayanda tək müəllifli olan bloq, bu gün bir neçə daimi və onlarla qonaq yazarı ilə kollektiv bloqdur. Bloqda Türkiyə bazarı üçün maraqlı və lazımlı olan müxtəlif analizlər, məlumatlar verilir. Azərbaycan bazarı ilə əlaqədar da, mən qonaq yazar kimi bloqda 2 yazı . Türkiyə üçün bir növ , bloqlarının alternatividir.
Webrazzi ötən ildən başlayaraq "" adlandırdıqları beynəlxalq tədbirlər keçirməyə başlayıb. Ötən il dünyadakı 277 fərqli şirkətdən 750 nəfərin iştirakı ilə keçirilən konfrans bu il oktyabr ayının 19-da olacaq. Konfransın spikerləri isə dünyadakı populyar olan müxtəlif texnologiya şirkətlərindəndir. Spikerlərə adamı həyəcanlandıran cəhət hər gün internetdə oxuduğumuz texnologiya contentini yaradan və bizə çatdıran şirkətlərin nümayəndələri olmaqlarıdır:
( Ətraflı oxuyun )
- +2
- 24 сентября 2011, 17:14
- 4
İnternet → Azertelecom evlərə Fiber Optik Kabel çəkəcək

Bir qədər əvvəl yeni Backbone haqqında məlumat . Belə görünür ki, Azertelecom end userlərə də satış edəcək. Yəni yəqin ki, yaxında onun qiymətlərini də ya biləcəyik.
Hələ Azertelecom-un işlək vəziyyətdə deyil, hələki hazırlanma mərhələsindədir. Ona görə də saytdan provayder haqqında ətraflı məlumat almaq olmur.
Backbone-nun end userlərə xidmət göstərəcəyini isə bu gün öyrəndim. Azertelecom-un nümayəndəsi evlərə gəlib bu servis barədə məlumat verirdi. Belə aydın oldu ki, binanı Azertelecom xəttləri ilə artıq təchiz ediblər. Evlərə də bu ayın sonları, gələn aydan internet xətti çəkə biləcəklər. Nümayəndənin dediyinə görə, 20Mb/s sürət cəmi 29 AZN olacaqmış. Üstəlik də limitsiz trafiklər. Üstəlik 20Mb/s sürət təkcə download yox, həm də upload sürətini də verəcək. Beləliklə bu yeniliklə birgə internet qiymətləri çox kəskin şəkildə düşə bilər. İndiki halda mən 30 manata 10 dəfə daha sürətli və həqiqi deyilən sürətdə internet ala bilərəm. Hesab edirəm ki, əgər nümayəndənin dediklərinin hər biri real olsa, bu internetimizdəki növbəti dönüş nöqtələrindən ola bilər.
Bəlkə də son zamanlardakı hələ davam edəcək. Bu hələ başlanğıc idi. Bir də bundan sonra -un bir xeyli düşünməsi lazım olacaq. Çünki, mən artıq yeni provayderin rəsmi fəaliyyətə başlamasını gözləyirəm. 20Mb/s sürət istər-istəməz cəzb edir.
- +1
- 7 сентября 2011, 18:06
- 11
Start-up`lar → Hansı internet bağlantı tarifinin sərfəli olduğunu Yoxla(.az)
Blogumuzun oxucularına yəqin ki, “Hansı internet provayderi yaxşıdır” sualı veriblər. İnternetdən aktiv istifadə edənlərə, yeni qoşulmaq istəyənlərin ən çox ünvanladığı sualdır. Bütün internet provayderləinin paketlərinə eyni bir resurs üzərindən baxmaq imkanı yox idi. Bu boşluğu nəzərə alaraq belə imkan yaratdıq — . İdeya olaraq uzun müddətdir üzərində iş gedirdi. Sistem olaraq sayt indi hazır oldu. Ancaq yenə də çatışmamazlıqlar qalacaqdır. Xüsusi ilə, elə bu gündən RİTN-nin tətbiq etdiyi yeni zona kodları səbəbi ilə, yenidən baxış keçirilməli, provayderlərin update-ləri sayəsində biz də sistemdəki məlumatlara yenidən baxmalıyıq.Xidmətləri almazdan əvvəl yoxlaya biləcəyiniz iki kateqoriya var:
( Ətraflı oxuyun )
- +1
- 1 августа 2011, 18:28
- 2



