Ultra →  Ultra şirkəti e-Təhsil layihəsi çərçivəsində növbəti məktəbdə sisteminin istifadəsini təhvil verdi

2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sisteminin tam istifadəsini təhvil verdi. Sistemin tam hazırlanması üçün neçə aydır ki, hazırlaşan konsorsium şirkətlər e-Təhsil layihəsi üzrə layihənin sistemini tətbiq etdilər. Artıq “Elitar Gimnaziya”-da e-Təhsil sisteminə tam qoşuldu. Bununla yanaşı, e-Təhsil layihəsinə 10 məktəb tam qoşulmuşdur.

Elitar Gimnaziyanın müəllim heyəti e-Təhsil sisteminin özəlliklərindən istifadəyə başlayıblar. Artıq müəllimlər elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından və Təhsil Portalından istifadə etməyə başlayıblar. E-Təhsil sisteminin tam tətbiqi üçün Gimnaziyanın bütün müəllimlərinə xüsusi treyninqlər keçirilmişdir. Təhsilin tam informasiyalaşdırılması üçün məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində yerləşən təhsil şəbəkəsinə qoşularaq yüksək sürətli fibrooptik kabelli internetə qoşulmuşdur.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: KNYAZ →  İntel Ağlımızı Oxuyur


İntel və Carnegie Universitetinin ortaq proyekti, insanların ağılından keçənləri anlayacaq bir proqram inkişaf etdirməyi hədəfləyir. Deyilənə görə, yeni proqram 90% müvəffəqiyyət nisbətinə sahibdi.
Carnegie Universiteti və İnteldə çalışan araşdırmaçılar, insan zehinini oxuya bildiyini iddia etdikləri bir cihaz və proqram inkişaf etdirdiklərini açıqladılar.
İnsan beynində yaranan dəyişiklikləri MRI cizgisiylə görə bilən araşdırmaçılar, hazırladıqları proqram sayəsində insanların o anda nə haqqında düşündüyünü anlaya bildiklərini ifadə etdilər.

90% müvəffəqiyyət
Təcrübədə qarşısına iki ədəd söz qoyan və bunlardan birini düşünmələrini istəyən araşdırmaçılar, inkişaf etdirdikləri proqramın insanların hansı sözü düşündüyünü 90% müvəffəqiyyətlə təsbit edə bildiyini ifadə etdilər.
İntel Labs araşdırmaçılarından Dean Pomerleau bu texnologiyanın, ətrafı ilə ünsiyyət qura bilməyəcək dərəcədə fiziki qüsurlu kəslər üçün istifadə edilməsini planladıqlarını lakin proyektin hələ daha çox başında olduqlarını söylədi.
Paylaş :
  • 0
  • 9 апреля 2010, 17:07
  • KNYAZ
  • 6

Texnologiya →  Azərbaycan müəlliməsi Microsoft korporasiyasının Ümumdünya Innovativ Müəllimlər Müsabiqəsinə vəsiqə qazandı [foto]

Press-reliz: İ.Əkbərova Avropa Innovativ Müəllimlər Müsabiqəsinin innovativ müəllimlərinin ilk “iyirmiliyinə” daxil oldu
Bakının 8 saylı orta məktəbinin müəlliməsi İlhamə Əkbərova Microsoft korporasiyasının Berlində keçirdiyi Avropa Innovativ Müəllimlər Müsabiqəsinin yekunlarına görə, ilk “iyirmiliyə” daxil olub. İ.Əkbərova Azərbaycanı “Məzmunda İnnovasiyalar” (“Innovation in Content”) nominasiyası üzrə “Çoxüzlülər bizim ətrafımızdadır” layihəsi ilə təmsil edirdi. Müsabiqədə 41 ölkədən 80-dən çox müəllim iştirak edirdi.


( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 31 марта 2010, 10:15
  • Weboxu
  • 1

Mobil Texnologiya →  Mobile World Congress Barcelonada başladı


Bu gün Mobile World Congress 15 fevral 2009-cu ildə Barcelonada başlayıbdı. Hətta bu konqressdə Azərbaycan nümayəndə heyyəti də iştirak edibdi. Bu konqressdə mobil texnologiyalar tanıdılır. Bu ilki konqressdə əsas diqqət Windows Phone 7'nin üzərində idi. Yeni məhsul deyəsən uğrulu kimi görünür. Videosuna baxaraq bir fikrə gəlmək olar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 16 февраля 2010, 00:42
  • Shaig
  • 6

Texnologiya →  Təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda konfrans keçirildi


Press-reliz: 9 fevralda Təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda Konfrans keçirilmişdir. Təhsil Nazirliyi və Microsoft Azərbaycan tərəfindən təşkil olunan konfrans İntel, HP, MƏDƏD, ULTRA tərəfindən dəstəklənirdi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov iştirak etmişdir. Nazir çıxışında İKT-nin təhsil sistemində geniş tətbiqini yüksək qiymətləndirmiş, amma bu istiqamətdə qarşıda duran böyük işlərin olduğunu da qeyd etmişdir. Nazir çıxışında təhsil sistemində İKT-nin tətbiqi mövzusunda müsabiqəninin keçirilməsi təşəbbüsü ilə çıxış etdi.
Konfransda İnnovativ müəllimlər müsabiqəsinin yekunları elan edilmişdir. III yeri Ülviyyə İsmaylova (6 saylı məktəb-lisey), Mehriban Abbasova (8 saylı orta məktəb), Baha İsmaylova (Zaqatala şəhər Humanitar fənlər gimnaziyası), II yeri Almaz Həsrət (204 saylı orta məktəb), Mətanət Əhmədova (264 saylı məktəb-lisey), I yeri isə İlhamə Əkpərova (8 saylı orta məktəb) tutmuşlar.

( Ətraflı oxuyun )
Paylaş :

HP →  HP şirkəti Azərbaycan bazarına əfsanəvi Compaq brendi altında iki kompüter çıxarır.

Compaq brendi altında iki kompüter çıxardır

HP şirkəti dünya kompüter bazarına əfsanəvi Compaq brendi altında iki kompüter çıxardı. Etibarlı stolüstü Compaq 500B və 505B kompüterləri kiçik və orta biznes üçün hazırlanmışlar, və bütün zəruri alətləri və proqram həllərini səmərəli şəkildə istifadə etməyə imkan verib, müasir biznesin bütün tələblərinə cavab verirlər.


( Ətraflı oxuyun )
Paylaş :