Mobil Texnologiya → Samsung Bada ilə İntel Tizen birləşir

Nokianın Maemosu ilə İntelin Moblin əməliyyat sistemi ilə birləşdirilərək yaradılan MeeGo-nu, Microsoft üçün tərk edən Nokiaya qarşı İntel çox qəzəbli idi.
İntel platformanın inkişafına tək başına davam edəcək gücdədir. Ancaq mobil cihazlarda daha geniş yayıla bilməsi üçün ağıllı telefon istehsalçılarından kimləsə əməkdaşlıq etməyə ehtiyacı vardı. , MeeGo-nun adını dəyişərək Tizen edərək yola davam edirdi.
( Ətraflı oxuyun )
- 0
- 16 января 2012, 02:09
- şərh yaz
Mobil Texnologiya → Mobile OS-lərdə yeniliklər

Amazon webOS-i alır.
Mobil İnternet gedərək daha da çox yayılır. Yayılmağı ilə birgə Texnologiya şirkətlərinin də mobil texnologiyalara yatırımları daha artır.
Hewlett-Packardın radikal bir qərar alaraq bağladığı webOS mobil əməliyyat sistemi, sonunda yoluna davam edə biləcəyi bir tərəfdaş tapdı. Amazon, webOS-in yaradıcısı Palm firmasıyla maraqlanır. Amazon ötən günlərdə təşkil etdiyi mətbuat konfransında bu bazara da daxil olmuşdu. Satın alma əməliyyatı reallaşdığı təqdirdə, Amazondan daha çox planşet görmə ehtimalımız yaranır.
MeeGo proyekti Tizen OS-ə çevrilir
( Ətraflı oxuyun )
- +2
- 1 октября 2011, 02:27
- şərh yaz
Texnologiya → Azərbaycan Intel Ümumdünya Elmi-Texniki Sərgisinə qoşuldu
Press-reliz: 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycan Intel Ümumdünya Elmi-Texniki Sərgisinə (Intel ISEF) qoşuldu. Sözügedən forum şagirdlər arasında keçirilən dünyanın ən miqyaslı elmi müsabiqəsidir. Hər il müsabiqənin final mərhələsində 50-dən çox ölkəni təmsil edən 3 minə yaxın şagird iştirak edir.Intel ISEF zamanı şagirdlər onları maraqlandıran sahələrdə çalışan alim və mühəndislərlə ünsiyyət saxlamaq, onlara sual vermək və qarşılarında açılan perspektivlər haqda daha geniş məlumat əldə etmək imkanını əldə edirlər. Intel ISEF müsabiqəsinin 20-dən çox qalibi daha sonradan Nobel laureatı, 3-ü isə — riyaziyyat sahəsində ali mükafat olan Filds mükafatı laureatı seçilmişlər.
( Ətraflı oxuyun )
- 0
- 28 июня 2011, 12:48
- şərh yaz
Blog: Teodor86 → Tilera 100 nüvəli TileGX-3100 prosessorunu elan edib
Yeni mikroprosessor istehsalçısı Tilera bu gün 100 nüvəli yeni mərkəzi prosessor (CPU) elan edib. Şirkət yeni prosessorların bazar liderləri — Intel və Advanced Micro Devices ilə müvəfəqiyyətlə rəqabət aparmağa icazə verəcəyinə ümid edir. Tilera-dan bildiriblər ki, 100 nüvəli TileGX-3100 çipləri kifayət qədər az elektrik enerjisi sərf edir və onun hazırlanması isə “bulud” xidmətlərinin aparıcı təchizatçıları ilə əməkdaşlıq çərçivəsində aparılıb.Prosessorları verilənlər bazası idarə sistemi qurulmuş serverlərdə, veb serverlərdə istifadə etmək təklif edilir.
Tilera hələ 100 nüvəli çiplərin hazırlanmasında əməkdaşlıq edən şirkətlərin adlarını elan etmir, lakin yaxın vaxtlarda partnyorlar haqqında elan edilməlidir. TileGX-3100 prosessorları 1-dən 1,5 QHz-ə qədər tezliklərdə işləyir və cəmi 48 Vatt sərf edir. Tilera iddialarına əsasən, təqdim edilmiş çiplər Intel və AMD istehsalının prosessorları ilə müqayisədə az enerji sərf edərək bir dövr üzrə daha çox əməliyyat emal edə bilərlər.
( Ətraflı oxuyun )
- 0
- 22 июня 2011, 08:42
- 1
Blog: Teodor86 → Intel kiçik enerji istehlakı ilə olan yeni prosessorları elan edib

Intel korporasiyası portativ kompyuterlər üçün mikroprosessorlar siyahısına 4 yeni model — Core i5-2557M, Core i7-2637M, Core i7-2677M və Celeron 847 əlavə edib.
Bütün çiplər 32 nanometr texnologiya üzrə hazırlanır, iki nüvəyə malikdir və eyni zamanda dörd təlimat axınını emal etməyə qabildirlər. Yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 17 Vatt-a bərabərdir.
( Ətraflı oxuyun )
- 0
- 21 июня 2011, 13:49
- şərh yaz
Mobil Texnologiya → Nokia-nın imtina etdiyi MeeGo platformasının yeni sahibi

Nokia və İntelin ortaq şəkildə yaratmağa başladığı MeeGo mobil əməliyyat sisteminin gələcəyi, Nokianın bundan sonra Windows Phone 7-ə keçəcəyini açıqlaması ilə birgə naməlumlaşmışdı.
Nokianın bu il ərzində yalnız tək bir MeeGo əsaslı məhsul çıxaracağını açıqlaması da bu platformanın ölü doğulduğuna deyənlərin səsini ucaltmağına imkan verdi.
( Ətraflı oxuyun )
- +1
- 15 апреля 2011, 23:19
- 1
Texnologiya → MeeGo mobil əməliyyat sisteminin çıxma vaxtı müəyyən oldu

Hal-hazırda Applenin iOS-u ilə digər bütün lider istehsalçıların seçimi olan Android əməliyyat sistemi ilə böyüyən tablet PC bazarının yeni oyunçusu olmağı gözlənilən MeeGo platformasının təqdimat tarixi müəyyənləşdi.
hesabata baxdığımız zaman, İntelin MeeGo əməliyyat sistemi ilə gələcək Tablet PC (və netbook) konfigürasyonlarının paylamasına bu ilin ikinci rübü daxilində başlanacağı məlumatı ilə qarşılaşırıq.
( Ətraflı oxuyun )
- +1
- 2 февраля 2011, 17:50
- şərh yaz
Texnologiya → "Intel" şirkəti Connected Store adlı konsepsual layihəsini təqdim edib.
Marketinq və rəqəmsal reklam sahəsində ən son texnikalarla təchiz edilmiş, sahəsi 220 kv. metr olan ikimərtəbəli futurist mağaza.İntel Core 2 yeni nəsil, İntel Core əvvəlki nəsil və İntel Atom prosessorları ilə təchiz edilmiş Connected Store ənənəvi pərakəndə satış vasitəsilə onlayn və mobil texnologiyaları birləşdirmək qabiliyyəti olan interaktiv nümayişlər və təcrübi imkanlar təklif edir.
Layihədə İntel ilə birlikdə Adidas, Best Buy, Kraft Foods və Procter & Gamble kimi brendlər və həmçinin MİT Media Lab tədqiqat mərkəzinin elm adamları iştirak ediblər.
( Ətraflı oxuyun )
- 0
- 17 января 2011, 15:28
- şərh yaz
Ultra → ULTRA şirkəti «Intel® Core™ prosessor nəsli bazasında məhsulların uğurla inkişafı» mükafatı ilə təltif edildi.
27 Oktyabrda Türkiyənin İstanbul şəhərində Intel korporasiyasının Premier Provider tərəfdaşları üçün keçirilən “Dəyirmi masa” Intel® Beynəlxalq konfransına Mərkəzi Asiya və Zaqafqaziyadan kommersiya sektoru, elmi dairələr və inzibati strukturları təmsil edən nümayəndələr toplanmışdı. Intel® konfransı marketinq tərəfdaşlığı proqramının vacib bir elementidir. Bu konfransda FK reseller, istehsalçı və distributorları strateji xəbərlər haqqında öyrənir, məlumatları bölüşür və özləri üçün qarşılıq əlaqə imkanları yaradırdılar. Konfransın məqsədi şirkət rəhbərlərinə, marketinq menecerlərinə və texniki mütəxəssislərə biznesin inkişafı üçün lazım olan bazarın vəziyyəti, həmçinin yeni Intel® məhsulları, məhsul buraxılış planları və texnologiyalar haqqında məlumat vermək idi.Konfransda ULTRA şirkəti «Intel®Core™ prosessor nəsli bazasında məhsulların uğurla inkişafı» mükafatı ilə təltif edildi. ULTRA 2001-ci ildən Intel® Premier Provider statusuna malikdir. Intel®-in Premier statusuna malik marketinq tərəfdaşlığı proqramının iştirakçıları üçün Intel®-in yerli ofislərində fərdi menecerlər ayrılır ki, onlar da sifarişçinin müraciətlərinə dərhal cavab verirlər. Intel® Inside® proqramı çərçivəsində yeni Intel® ticarət markalarından istifadə üçün icazə proseduru da sadələşdirilib.
( Ətraflı oxuyun )
- 0
- 5 ноября 2010, 14:47
- şərh yaz
Texnologiya → Azərbaycan müəllimləri Moskvada İntel treninqində iştirak edəcəklər

Press-reliz: 27 sentyabr – 1 oktyabr tarixlərində Azərbaycan müəllimləri Moskvada keçiriləcək İntel şirkətinin “1 şagird – 1 kompüter elektron mühitinin təşkili” mövzulu treninqində iştirak edəcəklər. Treninqlər Azərbaycanın da iştirak etdiyi İntel-in “1 şagird – 1 kompüter” qlobal layihəsi çərçivəsində təşkil olunacaq. İntel tərəfindən master-təlimçi (tyutor) kimi sertifikatlaşdırılacaq treninqlərdə iştirak etmiş müəllimlər gələcəkdə eyni kursları Azərbaycanda keçirəcəklər.
( Ətraflı oxuyun )
- 0
- 22 сентября 2010, 12:23
- 2



