Blog: Millenium →  Şəxsi təhlukəsizlik və provayderlərin abonentin yerləşməsinin dəqiq qeydiyyatı.


Artıq bir neçə gündür ki, bir neçə internet provayderləri vasitəsi ilə ADSL qoşulmalarını ayrı-ayrı ünvanlarda həyata keçirirəm. Və bu qoşulmalarda məqsədim: Həqiqətən mi provayderlər abonentlərin ünvan və qeo-lokasiyasının qeydiyyatını aparır ya yox? sualına cavab tapmaqdır. Mobil telefonlarda A-GPS və Antenaların yerləşməsi ilə abonentin yerləşdiyi yeri təyin etmək olur (GPS yoxdursa). Əlvəllər isə stasionar rabitə xətlərində öz yerləşməni sorğulayanda provayderin yerləşdiyi ünvan tapılırdı. Hal-hazırda isə provayderlər dahada irəli gedib və abonentin kordinatlarını belə (çox böyük dəqiqliklə) qeydiyyatdan keçiriblər (Kim üçün? MTN ;) )
Ən asan yolu, Brauzerinizi açın, maps.google.com ünvanına daxil olun və orada «My Location» («Моё местоположение») düyməsinə basın və öz evinizin dəqiq koordinatını tapın.
Bütün ADSL abonentlərindən bu əməliyyatı edib, nəticəni burda bölüşməsini xaiş edirəm. Mən artıq 7 ünvanda və 3 provayder ilə bunu etmişəm və 5 ünvan çox dəqiq, 2 isə 200 metr yalnışlıqla tapılıb.
Siz istərdiniz mi sizin yerləşmə koordinatınız provayder yaxud digər şəxs, qurum yaxud şirkət tərəfindən bilinsin?
Düzdür, sorğulama zamanı Brauzer «Google Maps»in bizim yerləşmşni soröulayır vı biz sorğuya rədd cavabıda verə bilərik, amma razılıq zamanı, informasiya provayderdən alınlr…

Təklifləriniz?
Paylaş :