Sosial Media →  Sosial Mediada reklam kampaniyaları #2


Sosial Media, dünyadakı reklam büdcələrinin böyük bir qismini təşkil etməyə başlayır. Milyonlarla büdcələr ayrılır.
Ölkəmizdə də son zamanlarda Sosial Media kampaniyalarına daha çox diqqət ayrılmağa başlayır.
Həm mövsümi imkanlardan, həm də təşkil olunacaq müxtəlif tədbirlərdən istifadə edən şirkətlər öz reklam kampaniyalarını keçirirlər.

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Sosial Mediada reklam kampaniyaları


Son zamanlarda, dost-tanış çevrəsində misal çəkdiyim bəzi Sosial Media reklam «case study»ləri olurdu. Həmin bu reklam nümunələrini onlarla paylaşmağımı istəyənlər çoxaldığından, düşündüm ki, blogda da həmin nümunələri yerləşdirim. Beləcə gələcəkdə də, yerli və ya xarici maraqlı Sosial Media «case»ləri olduqca paylaşaram. Əgər sizin qarşınıza belə nümunələr çıxsa, siz də paylaşarsınız.

Azərbaycanda təəssüf ki, Sosial Media kampaniyasını çox adam Facebookda şəkil yarışması kimi qəbul edir. Kampaniyada da iştirak edənlər də insanlardan «Like» istəyərək çox insanı bezdirir. Məncə belə kampaniyalar gedərək həmin yarışmanı keçirənlərə də antipatiya yaradır. Kimdən ki «Like» istəyib bezdirirlər, o yarışmanı təşkil edən brand-ı, ondan «Like» istəyəni də lənətləyir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 31 января 2012, 19:15
  • Shaig
  • 3

İnternet →  Seyahet.im - növbəti mərhələ


Bu gün Seyahet.im-də növbəti mərhələ başladı. Saytın potensialını ilkin dəyərləndirən şirkət Çinici oldu. Sayt üzərindən yeni kampaniyaya başlandı. Kampaniya haqqında ətraflı olaraq saytın özündə oxumaq olar. Necəki saytda hər kəs səyahət etmək istdəyi yeri yazırdı, eləcə də kampaniya daxilində hər kəs istədiyi yerə səyahət etmək şansı əldə edəcək.
Bu barədə Facebookda share edəndə, Seyahet.im`in saytı haqqında məntiqi «sonluq» fikri ifadə olunmuşdu. Qeyd edim ki, bu sonluq deyil. Sadəcə bir mərhələdir. Bundan sonra saytın texniki tərəfinin də inkişafı olacaq və bu kimi başqa kampaniyalar keçirilməyinə cəhd olunacaq.
Paylaş :
  • +1
  • 7 мая 2010, 19:05
  • Shaig
  • 7