Google → Google-un Çin üçün planları

Google-un köhnə CEO-su, yeni idarəçilərindən olan Eric Schmidt, Googlenin Çin əməliyyatı üzrə məsul şəxs olacaq… O, özünü bu iş üçün olduqca uyğun hesab edir.
Xüsusi ilə ötən ilin əvvəlində Google ilə Çin arasında gərginliklər yaşanmışdı. Gmail-ə edilən hücumlar və s. nəticəsi olaraq Google Çin bazarından çəkilmişdi.
( Ətraflı oxuyun )
- +2
- 30 января 2011, 15:00
- şərh yaz
İnternet → Yahoo! da Çinli hackerlərin hədəfi oldu
Google`dan sonra, indi də Yahoo! Çin qaynaqlı hack hücumlarının hədəfindədir. 12 adamın Yahoo e-poçt hesabı hacklandı.Google ilə yaşanan gərginlikdən sonra Google Çindən bazarından çıxdı və son olaraq Çin səssiz sədasız ölkəsindən Google`ın senzurasız axtarışlarına məhdudiyyət qoydu. Çin və Google arasındakı soyuq müharibə davam etdiyi vaxt bu dəfə də Yahoo, Çin qaynaqlı hack hücumlarına hədəf oldu.
Associated Pressin xəbərinə görə, aralarında müxaliflər, alimlər və jurnalistlərin olduğu ən az 12 adamın Yahoo e-poçt hesabı hack edildi. Hesabı hack edilən yazar Andrew Jacobs, hadisədən sonra hesabının bəzi nizamlarının dəyişdirilmiş olduğunu görüb. Hackerlər Jacobsun bütün yazışmalarını fərqli bir e-poçt ünvanına istiqamətləndiriləcək şəkildə dəyişdiribmişlər.
( Ətraflı oxuyun )
- +5
- 31 марта 2010, 20:19
- 2
Google → GoDaddy də Çin bazarından çıxdı
Google`un rəsmi şəkildə Çin bazarından çıxdığını . Çini tərk edən növbəti texnologiya nəhəngi isə GoDaddy . Çin hökümətinin internetə tətbiq etdiyi qanunlar şirkətin .cn domainlərinin satışını dayandırmasına səbəb olubdu. Çində ".cn" sonluğu ilə alınan hər domain ünvanı üçün, istifadəçilərdən şəkil və iş məlumatı tələb edilir. GoDaddy şirkəti isə özündən domain alan istifadəçilərindən bu məlumatları istəmir. Beləliklə Çin və şirkət arasında anlaşılmazlıq başlamış olur.
Çindəki əhalinin hədisiz çox olmağı, bu bazarı çox qiymətli hala gətirir. Ancaq bazar böyük olmaqla bərabər həmdə problemlidir. Burada əsas qayda Çinin qanunlarına tabe olmaqdır. Əks təqdirdə mövqelənmək mümkün olmur. Yəqinki GoDaddy`nin bazardan çıxmağı local bir şirkətin çox böyüməsinə səbəb olacaq.
- 0
- 25 марта 2010, 22:33
- 3
Google → Google Çin bazarından çıxdı!

Uzun müddətdir Google`un, Çin şöbəsi bağlanılacaq iddiaları mətbuatda gəzirdi. Artıq Google`un, Çin şöbəsi bağlandı!.. Axtarışlarda artıq Google Hong Konga istiqamətləndirilirik.
Google`da bir dövr sona çatır. Google.cn, yəni nəhəng axtarış sistemi Google`un Çin saytı artıq bağlanıldı. Əslində belə bir şey gözlənilirdi. Uzun müddətdirki söz-söhbətlər gedirdi.
Google.cn saytında edilən axtarışlar artıq saytına istiqamətləndirilir. Google.com.hk isə, Googlenin Hong Kong saytı.
Bu hadisələr zəncirini başladan ilk hadisə isə, Çinli hackerlərin Google`a hücum etməsi idi. Bu hadisədən sonra Google ilə Çin arasında gərginliklər yaşanmışdı.
- 0
- 23 марта 2010, 15:33
- 2
Oxatan →
Texnologiya və Siyasət
Heç vaxt siyasi məsələr barədə yazmamışdım Oxatanda. Həmişə yeni çıxan texnologiyalar , yeni yaranan internet saytlar və hazırki texnologiyalar haqqında fikirləri, qeydləri və tənqidləri yazırdım. Bir gün belə başlıqda bir yazı yazacağım isə ağlıma da gəlməzdi. Belə bir başlığa səbəb isə tarixdəki ilkləri göstərən Google və Çin arasında yaşanan krizislə bağlıdır.
- 0
- 15 января 2010, 15:01
- şərh yaz
İnternet → Çin spam liderliyində ikinciliyə gerilədi
İndiyə qədər həmişə harda oxuyurduqsa spam yollanmağında Çin lider olaraq göstərilirdi. Cisco`nun hazırladığı hesabata görə 2009-cu ilin başlanğıcından noyabr ayına qədər 7.7 trilyon spamla Brazilya liderliyə yüksəldi. Keçən ildən bu yana brazilyadan yollanan spamların həcmi 3 dəfə artıbdı. İkinci yerə geriləyən Çində isə yollanan spamlar keçən ilə nisbətdə 25% azalıbmış. Cisco`nun təhlükəsizlik üzrə mütəxəssisi Patrick Peterson`un fikrincə, «Brazilyada genişzolaqlı internetə çox sürətli keçid olduğuna görə spamlar belə artıbdı. Eyni zamanda Çin hökümətinin gördüyü tədbirlərdə buna səbəb olubdu».Məncə isə buna səbəb Çində olan qadağalardır.
- 0
- 8 декабря 2009, 21:06
- şərh yaz
Facebook → Çinli işçi hər yerdə ucuzdu
bildiyiimiz kimi ən böyük sosial şəbəkələrdəndir. Onun daxilində olan tətbiqlərində (app) olan insanların sayı belə başqa saytların üzvlərindən dəfələrlə çox olur. Ən çox üzv isə Farmville adlı tətbiqdədi. Online oyundur bu. Elə bilki virtual fermanız olur və onu əkib-becərirsiniz. İndi həmin oyunda yeni bir xüsusiyyət əlavə olunubduki burada da maraqlı bir nüans var. Bildiyimiz kimi Çin real dünyada ucuz işçi qüvvəsi ixrac edən ölkə kimi tanınır. Buranın əhalisi çox ucuza işləyir. Hətta Azərbaycanda da bəzi işlərdə görmüşəm onları. İndi də Facebook fermanızda onları ucuz qiymətə işlədə bilərsiniz. Ən ucuz işçilər Çinlilərdir burada da. Fermaya ayırmağa vaxt yoxdursa ucuz qiymətə Çinli tutun o siz əvəzdən işləsin.
- 0
- 7 декабря 2009, 10:56
- şərh yaz



