Blog: sESo → Aznet...Saytlarımızın “əhatə dairəsi” nə qədər genişdir?

Saytlarımızın istifadəçilərə nə dərəcə də təsir göstərirlər?
Salam.Weboxu blogunu hər gün izləyirəm,hər postu maraqla oxuyuram.Qərara gəldim ki, məndə bir post yazım.Yaralı yerimiz olan yerli saytlardan danışmaq istəyirəm.Bu yaxında qwerty blogunda yerli popsa saytlarımız haqqında maraqlı yazını oxudum.Yazı bizim aznet-də çox sayda istifadəçi toplamış əyləncə saytlarına həsr olunmuşdu.Bəli belə saytlar gənclərimizin zövqünün formalaşmasında böyük rol oynayır.Nəzərə alaq ki, bu saytların istifadəçilərinin 90-95% — ni gənclər təşkil edir.Amma çox təəssüf ki, bu cür saytlarımız DLE sisteminin məhdud funksiyalarından istifadə edir.Eləcə də xəbərlər haqqında da yaxşı fikirlər söyləmək çətindir.Eksklüziv mp3,şəkillər və s.Elə bu məntiqlə də bütün belə saytlarımız fəaliyyət göstərir və saylarıda günü gündən artmaqda davam edir.Ucuz,asan quraşdırma və hazır şablon...Təsəvvür edin msn.com-da son xəbər başlığı "Əziz istifadəçilərimiz üçün super avatarlar! Dünyanın yek saytı msn.com-da! :)" ...Nə isə mövzuya qayıdaq.Düzdür aznet istifadəçilərinin əksəriyyəti əyləncəli xəbərlər tələb edir.Və bu saytlarımızda bunu nəzərə alırlar.Amma mən düşünürəm ki. aznet istifadəçilərinin indiki zamanda belə əyləncəyə meyilli olmalarında da elə qeyd etdiyim bu saytların rolu böyük olub.Mən çox istərdim ki, belə çox sayda istifadəçiyə sahib olan saytlarımız (mix.az,big.az və s.) yeni layihələrə başlasınlar.İstifadəçilərimizin internet saytları,onların məzmunu barədə fikirlərini daha doğru və səmərəli yöndə inkişafına nail olsunlar.Məncə aznetin inkişafında buna ehtiyac var.
( Ətraflı oxuyun )
- 0
- 8 апреля 2010, 16:18
- 20



